Jump to content
Forum Windows-az.com

Samsung smartfonları gözü seçəcək


Recommended Posts

Cənubi Koreyanın Samsung şirkəti mobil qurğu istifadəçilərinin eyniləşdirməsini gözün qüzehi qişasının skan edilməsi yolu ilə həyata keçirməyə imkan verən Iris on the Move (IOM) texnologiyasını lisenziyalaşdırıb.

 

Yeni biometrik texnologiya Stenford Elmi Tədqiqat İnstitutu, müxtəlif innovasiyalı layihələrlə məşğul olan ABŞ-ın qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb.

 

İstehsalçı bəyan edib ki, Iris on the Move texnologiyası barmaq izinin qeydə alınması üçün smartfonlarda tətbiq edilən daktiloskopik sensorlarla müqayisədə 1000 dəfə daha yüksək dəqiqliyi təmin edir. Samsung Galaxy Tab Pro 8.4 aparatı gözün qüzehi qişasının skanerinə malik ilk cihaz olacaq.

 

Bizimyol.info ICTnews-a istinadən bildirir ki, şirkətin mini-kompüteri 2560x1600 piksel təsvir ölçülü 8,4 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli Snapdragon 800 prosessoru, 2 QB əməli yaddaş, 32 QB-lıq fləş modul, 2 və 8 meqapiksellik matrislə təchiz edilmiş kameralar, Wi-Fi a/b/g/n/ac və Bluetooth 4.0 simsiz şəbəkə adapterləri, həmçinin GPS/GLONASS qəbuledicisi ilə təchiz edilib.

 

Sözügedən model aprelin 17-də təhlükəsizlik məsələlərinə həsr edilmiş ISC West 2015 konfransında nümayiş etdiriləcək.

 

 

 

 

(saytda problem var şəkil yükləmək mümkün deyil)

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...