TΛNNΞЯ Konu tarihi: 23 Nisan 2015 Paylaş Konu tarihi: 23 Nisan 2015 DİQQƏT FORUMUN YENİ QAYDALARI İLƏ TANIŞ OLAQ: 1. Forumda mövzu açarkən bölməni düzgün seçin, çətinlik çəkərsinizsə ADMİN'lə əlaqə saxlayın. 2. Forumda mövzu açarkən mövzu başlığını Azərbaycan şiriftləri ilə açın. Əks halda mövzunuz silinəcəkdir. 3. Forumda mövzu açarkən mövzu açılışını Azərbaycan şiriftləri ilə açın. Əks halda mövzunuz silinəcəkdir. 4. Forumda mövzulara cavab yazarkən xahiş edirik öz dilimizə hörmət əlaməti olaraq Ü,Ö,Ğ,I,Ə,Ç,Ş şiriftlərindən istifadə edilsin. Əks halda Mesajınız silinəcəkdir. 5. Forumda mövzu açarkən Dini, irqi və siyasi mövzular açmayın və səsləndirməyin. Əks halda mövzunuz və mesajınız silinəcəkdir. 6. Forumda mövzu açarkən probleminizi tam şəkildə aydın yazın ki, kömək edərkən çətinlik çəkməyək. 7. Hər hansı bir mövzuda mübahisə etməyin. Mübahisəni başladan və davam etdirən tərəflər saytdan uzaqlaşdırılacaqlar. 8. Saytda və Forumda hər hansı bir istifadəçiyə təhqir, tənqid, küçə sözlərindən istifadə edərək etikadan kənara çıxan mesajlar yazmayın. Bunu edən istifadəçi saytdan uzaqlaşdırılacaq. 9. Bu sayt və Forum program və programçılara həsr edilib. Saytda və Forumda texnologiyaya və software aid olmayan mövzular paylaşılmasın. 10. Müddəti 3 ayı keçmiş, və köhnəlmiş mövzulara cavab yazmayın. Köhnəlmiş mövzulara ancaq zərurət olarsa Sayt Rəhbərləri və idarə heyyəti cavab yaza bilərlər. Hörmətli sayt istifadəçiləri Tural və mən belə qərara gəldikki saytı sırf program və texnologiya saytı edək sizlərdən xahiş edirik bu gündən etibarən saytda və forumda program və texnologiyaya aid xəbərlər xaricində hər hansı bir xəbər və ya mövzu paylaşılmasın. Diqqətinizə görə minnətdarıq... www.windows-az.com idarə heyyəti... valentin and yusifibrahim 2 Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 23 Nisan 2015 Paylaş Mesaj tarihi: 23 Nisan 2015 SALAM. Qaydalardan hardasa 12-13 bəndi ixtisar edilib lakin əvvəlki kimi əhatəliliyini qoruyub saxlayıb. Əziyyətini çəkənlərə təşəkkürlər. Belə başa düşdüm ki, artıq cavablar Azəri şriftləri ilə yazılmasa da olar. Eləmi? Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 23 Nisan 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Nisan 2015 SALAM. Qaydalardan hardasa 12-13 bəndi ixtisar edilib lakin əvvəlki kimi əhatəliliyini qoruyub saxlayıb. Əziyyətini çəkənlərə təşəkkürlər. Belə başa düşdüm ki, artıq cavablar Azəri şriftləri ilə yazılmasa da olar. Eləmi? Aleykum SALAM Xeyr olmaz qayda əlavə edildi qaydaların yerləri dəyişdirildi Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 23 Nisan 2015 Paylaş Mesaj tarihi: 23 Nisan 2015 Əlavələrə görə sağolun. Alıntı Link to comment Share on other sites More sharing options...
VahidoV Mesaj tarihi: 23 Nisan 2015 Paylaş Mesaj tarihi: 23 Nisan 2015 Saytın çox funkiyası hələ Rus dilindədir.Reklamlar da hədsiz çoxdur.Avtomatik özü yönləndirir.Pilusda əgər sırf siz deyən mövzularda sayt fəaliyyət göstərsə gərək forumda çoxlu əlavə bölmələr silinə.Nəzərə almaq lazımdır ki,saytda açılan hər 10-mövzudan ən azı 3-ü digər sahələrə aid olur .Bu isə 30 % deməkdir.Umumillikdə götürsək işimizdən,evimizdən, demək olar ki,həyatımızın 80 % hələ kompyuter texnologiyasına aitdir.Bu şəxsi fikrimdir.Yenə də ən yaxşısın və məsləhətlisin özünüz bilərsiniz ... ŞiZoFReNiYa 1 Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 24 Nisan 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 24 Nisan 2015 Saytın çox funkiyası hələ Rus dilindədir.Reklamlar da hədsiz çoxdur.Avtomatik özü yönləndirir.Pilusda əgər sırf siz deyən mövzularda sayt fəaliyyət göstərsə gərək forumda çoxlu əlavə bölmələr silinə.Nəzərə almaq lazımdır ki,saytda açılan hər 10-mövzudan ən azı 3-ü digər sahələrə aid olur .Bu isə 30 % deməkdir.Umumillikdə götürsək işimizdən,evimizdən, demək olar ki,həyatımızın 80 % hələ kompyuter texnologiyasına aitdir.Bu şəxsi fikrimdir.Yenə də ən yaxşısın və məsləhətlisin özünüz bilərsiniz ... Hər şeyi zamanla həll edəcəyik Alıntı Link to comment Share on other sites More sharing options...
Elit-killer Mesaj tarihi: 24 Nisan 2015 Paylaş Mesaj tarihi: 24 Nisan 2015 Salam olsun hər kəsə.Qaydalara isə söz ola bilməz qısa və konkret. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 3 Aralık 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 3 Aralık 2015 SALAM saytdan yeni qeydiyyatdan keçən istifadəçilərin çoxu bilmir qaydaları, bəzi lazımsız olan cavablar silindi, Mövzu aktual olaraq qalır, sualınız varsa buyurun. ACCOUNTANT 1 Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 3 Aralık 2015 Paylaş Mesaj tarihi: 3 Aralık 2015 Bildiyimə görə qeydiyyatdan keçəndə qaydalar təklif olunur. Bu hələ də belədir? TΛNNΞЯ 1 Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 3 Aralık 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 3 Aralık 2015 O qaydalar saytın istifadə qaydalarıdır, bəzən DLE sistemlərdə standart gəlir. Əgər Tural sonradan dəyişmişsədə sadəcə saytda hərəkət etmək üçün nəzərdə tutulan qaydaları qoyub, Forumda hərəkət etmək üçün forumun qaydaları mütləqdir, birdə bunu deyim ki, istifadəçilər hamısı demək olar qeydiyyatdan keçdiyi zaman qaydaları oxumur, yəni necə deyərlər Next Next. ACCOUNTANT 1 Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 3 Aralık 2015 Paylaş Mesaj tarihi: 3 Aralık 2015 Bu barədə mən də fikirləşmişəm. Bəlkə elə bölmə açmaq olar ki, yeni istifadəçilər ilk 2-3 mövzunu orda açsınlar. Təbii ki bu xeyli əmək tələb edir. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 3 Aralık 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 3 Aralık 2015 Mən çıxıb yenidən qeydiyyata vurdum heç bir qayda çıxmadı, ola bilər Tural scriptdən bağlayıb. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 3 Aralık 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 3 Aralık 2015 Bu barədə mən də fikirləşmişəm. Bəlkə elə bölmə açmaq olar ki, yeni istifadəçilər ilk 2-3 mövzunu orda açsınlar. Təbii ki bu xeyli əmək tələb edir. Məncə düzgün fikir olmaz, çünki, istifadəçi elə öyrəşəcək, o bölməyə açacaq mövzusunu. Alıntı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 3 Aralık 2015 Paylaş Mesaj tarihi: 3 Aralık 2015 Orasını da fikirləşmişəm. İndi də irad tutmaq lazım olacaq ki, düzgün bölməyə keç daha limiti aşmısan. Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 4 Aralık 2015 Paylaş Mesaj tarihi: 4 Aralık 2015 Düzü elə istifadəçilər var ki nə qədər desəndə elə bildiyini edir.Buna bəzi köhnə və yeni istifadəçilər daxildir. Ama bu kimi hallar demək olarki tək tək qarşıma çıxır.Yəni çoxsu qaydalardan xəbərdardır. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest H4C3R Mesaj tarihi: 4 Aralık 2015 Paylaş Mesaj tarihi: 4 Aralık 2015 Təşəkkürlər. Ümid varam ki, istifadəçilər bu qaydalara əməl edəcəklər. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 4 Aralık 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 4 Aralık 2015 Mövzunu bağlamayın, bu tip mövzular kömək xarakterli mövzu deyil problem həll oldusa bağlanmalıdır deyə, bu tip mövzular hər zaman aktuallığını qoruyan mövzudur. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 4 Aralık 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 4 Aralık 2015 Adı çəkilən qaydalar bunlardır ki, qeydiyyat zamanı təqdim olunur. Bu qaydalarda forum üçün təəssüf ki, keçərli bir şey yoxdur, olsa belə istifadəçi qeydiyyatdan keçdiyi zaman bunları onsuzda oxumur və ya oxumaq istəmir. http://windows-az.com/rules.html Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.