Jump to content
Forum Windows-az.com

Ram və HHD problemi


Mehebbet

Recommended Posts

Salam hörmətli sayt rəhbərliyi, üzvləri və istifadəçiləri. Mənim kompyüterimdə belə bir problem var. Ramlar HHD-dən yaddaş götürür. Məsələn C disqinin ümumi yaddaşı 82 gb malikdir, sistem vindovs 7 maksimal (64 bit), ram həcmi isə ümumilikdə 12 gb-dır(2 ədədd 4 gb, 2 ədəd 2 gb).C disqinin 82 gb yaddaşından əməliyyat sistemi və qurulan proqramlar təxminən 25-30 gb istifade edir.Əasas problem isə belədir, ramları azaltdıqca C disqinin yaddaş tutumu coxalır, ramları artırdıqca isə C disqinin tutmu azalir. Yəni sadə dillə desək ramlar C disqinin yaddaşından yeyir. Bütün ramları cixardıb 1 ədəd 2 gb-lıq ram qoşanda C disqi olur 59 gb boş yer, 2 ədəd 2 gb və ya 1 ədəd 4 gb qoşanda C disqində 52 gb boş yer, 2 ədəd 4 gb və ya 1 ədəd 4 gb 2 ədəd 2 gb ram qoşanda olur 46-48 gb boş yer, ümumi 2 ədəd 4 gb və 2 ədəd 2 gb ram qoşanda isə C disqində 42 gb boş sahə göstərir.Hər halda bütün ramlar nasaz ola bilməz. Ana lövhə barədə onu deyim ki, HHD qoşmaq üçün olan "SATA" portların biri qırıldığı üçün "payannik"-lə yerindən çıxardılıb. Amma 4 "SATA" port işləyir. Bu problem nədən qaynaqlana bilər, nə etməliyəm və həlli yolu nədədir? Bu problemdə sizlərdən ayrı- ayrılıqda mənə kömək etməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürlər.

Qeyd: Kompyüterin parametrləri aşağıdakılardır.

Qida bloku 400 watt

Mainboard: Gigabyte Z68P-DS3 

CPU: İnter Core i7 2600 Sandy Bridge

Ram: TwinMOS 4gb PC3-10700 (667 MHz) 2 ədəd

Ram: Apacer 2 gb PS3-10600 2 ədəd (hal hazırda qoşmamışam)

VGA: NVİDİA GeForce GT 630 4 gb

HDD: Segate 233 gb,82 gb C disqi, 151 gb D disqi

Mövzunu səhv bölmədə açmışamsa bagışlayın.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Salam, 

 

bu problem deyil.. çox güman ki, sizdə yerləri pagefile (virtual RAM) doldurur.. Virtual RAM → fiziki RAM-ın ölçüsü çatmadıqda istifadə olunur.. Bunu bağlamaq üçün:

 

My Computer → Properties → Advanced System Settings → Daha sonra açılan menuda Performance settings bölməsinə daxil ol → Sonra "Advanced" bölməsinə keç → Change → Buradan hər partition (HDD hissələri) üçün virtual RAM-ın ölçülərini nizamlaya bilərsən..

 

Daha sonra sistemə restart ver, açıldıqdan sonra düzəlməlidir..

Link to comment
Share on other sites

Ilqar bəy salam. Cavablandırdığına görə cox sağ ol. Əməliyyat sistemi rus dilində olduğu üçün sən göstərdiyin parametrlərə ingilis dilindədir deyə girə bilmədim. Çox xahiş edirəm mümkünsə rus dilində göstərərdin. İngilis dilində video izah varsa linkini imkan dairəsində qoyardın.

Link to comment
Share on other sites

Salam, 

 

bu problem deyil.. çox güman ki, sizdə yerləri pagefile (virtual RAM) doldurur.. Virtual RAM → fiziki RAM-ın ölçüsü çatmadıqda istifadə olunur.. Bunu bağlamaq üçün:

 

My Computer → Properties → Advanced System Settings → Daha sonra açılan menuda Performance settings bölməsinə daxil ol → Sonra "Advanced" bölməsinə keç → Change → Buradan hər partition (HDD hissələri) üçün virtual RAM-ın ölçülərini nizamlaya bilərsən..

 

Daha sonra sistemə restart ver, açıldıqdan sonra düzəlməlidir..

Ilqar bəy salam. Cavablandırdığına görə cox sağ ol. Həmin bölməni tapdim amma Virtual RAM-ın ölçüsü 8109 mb-dır. Məncə bu elədə cox deyil. Bəs mən Virtual RAM-ın göstəricisini nə qədər qoysam məsləhətdir? Ümumiyyətlə Virtual RAM-ın həcmini azaldıb-çoxaltmanın xeyri və ziyanı varmı və varsa nədən ibarətdir?

Link to comment
Share on other sites

Qardaş,

 

əgər daxil olmadınsa rus dilində ataram.. daxil oldunsa, virtual RAM haqqında məlumat verim.. Deməli, virtual RAM yəni pagefile.sys faylı kompüterdə fiziki RAM çatışmazlığı olduqda əməliyyat sistemi virtual RAM-a müraciət edir.. Virtual RAM-ın da ölçüsü default olaraq səndə olan cari RAM-ın ölçüsünə bərabər olur.. Yuxarıda göstərdiyim keçiddən virtual RAM-ın ölçüsünü nizamlamaq mümkündür.. Həmin bölmədən "no pagefile" da edə bilərsən.. Yəni, virtual RAM olmasın.. Həmin pagefile.sys faylına isə folder options bölməsindən gizli faylları showed etməklə baxmaq olar.. 

 

Virtual RAM-ın ziyanına gəldikdə isə, heç bir ziyanı yoxdur.. Xeyrini isə yuxarıda dedim.. Tək ziyanı müəyyən həcmdən istifadə etməsidir.. Əgər, sizin üçün həmin həcm vacibdirsə, "no pagefile" edərək hər partition üçün virtual RAM-ı bağlaya bilərsiz..

 

Sonda bir qeyd edim ki, virtual RAMla fiziki RAM arasında çox fərq var.. Yəni, sizin RAM-ınız 8 gb-dırsa və siz virtual RAM-ı 20 gb qoymusuzsa, virtual RAM 20 gb-lıq effekti verməyəcək..

 

Bu qədər.. 

Link to comment
Share on other sites

Qardaş çox sağ ol.Tam aydınlıq gətirdiyinə görə sənə öz təşəkkürümü bildirirəm. Minnətdaram.

 

Rus dilində daxil oldum həmin yerə və Virtual RAM-ın həcmini azaldıb sistemə restart edib fərqi gördüm. Həqiqətən Virtual RAM-ın göstəricisini azaltdıqca C disqində artım oldu. Dediyiniz kimi Virtual RAM-ı bağlamağın heç bir ziyanı yoxdursa, onu tam bağlamaq üçün sizə əziyyət deyilsə rus dilində izah versəniz çox yaxşı olardi. 

Link to comment
Share on other sites

Buyur, qardaş xoşdur..

 

Bağlamaq elə həmin yerə daxil olun şəkildə göstərildiyi yerdən "quş"u götürün, daha sonra partitionu seçin və "no pagefile" var.. Onu klik edin..

 

Siz həcmi nizamladığınız üçün, virtual RAM-ı silmək qaydası da elə ordadır.. Ona görə, rus dilində atmadım..

 

http://www.boxca.com/uw0dxqmy7vko/aaaa.png.html

Link to comment
Share on other sites

Qardaş bağışla sənə baş ağrısı verirəm deyəsən. Mən elə indicə Virtual RAM-ı tam bağlayib sistemə restar verdim düzdü C disqinin hecmi coxaldı və oldu 58 gb. Kompyüteri sondürüb 2 ədəd 4 gb-lıq ramların birini çıxartdım maraqlıdır ki, C disqinin həcmi yenə coxaldı və oldu 61 gb. Amma Virtual ram bağlıdır. Bu cox maraqlı bir hadisədir. Deyəsən problem nəsə başqadır.

Link to comment
Share on other sites

Başağrısı deyil, qardaş.. Problem deyil bu da nrht olma.. Sistem diskində pagefile.sys faylından başqa həm də hiberfile.sys faylı olur.. Hiberfile.sys faylı hibernate prosesi üçündür.. Hibernate isə, yəni sistem hibernate rejiminə keçdikdə heç bir proqram bağlanmır, sadəcə əməliyyat sistemi sanki yatır.. (Sleep moda kimi sanki).. Əməliyyat sistemimiz də RAM-a yükləndiyindən elə hiberfile.sys faylının ölçüsü də RAM-a bərabər olur.. 

 

Sizdə dediyiniz kimi 8 gb RAM var idi, burdan belə nəticəyə gəlirik ki, sizdə olan hiberfile.sys faylının ölçüsü də 8 gb olmalıdır.. Siz RAM-ın birini çıxartdıqdan sonra, 4 gb RAM qaldı və burdan belə çıxır ki, 4 gb RAM olan sistemdə hiberfile.sys-in ölçüsü elə 4 gb olacaqdır.. Yəni sizdə də fikir verdiyimiz kimi partitionun (C diskinin) həcmi 4 gb artdı.. 

 

Sadəcə sizdə ölçülər mb-la olduğu üçün 58 gb-dan 61 gb-a qalxıb.. Sanki, 3 gb yəni.. Ama əslində mb fln hesablasaq, 4 gb artıb.. 

 

Bir qeyd də edim ki, hiberfile.sys faylını da silmək mümkündür, yəni hibernate funksiyasını deaktiv etmək.. Bunu silməyin xeyiri yalnız həcmdir, boş həcm qazanırıq.. Ziyanı isə kompüterdə hibernate (qışlama) funksiyasını deaktiv edirik..

Link to comment
Share on other sites

Qardaş cox sağ ol. Allah razı olsun. Zəhmətini halal elə.

Problem tam həll oldu. Bilirsən əslində məndə əvvəl DDR 2 4 gb RAM olan kompyüter idi. Həmişə 32 bit sistem qururdum və eyni yaddaş olurdu deyə fikir vermirdim.

Bu yaxinlar Mainboard: Gigabyte Z68P-DS3, CPU: İnter Core i7 2600 Sandy Bridge ,Ram: TwinMOS 4gb PC3-10700 (667 MHz) 2 ədəd, Apacer 2 gb PS3-10600 2 ədəd vəVGA: NVİDİA GeForce GT 630 4 gb işlənmiş vəziyyətdə aldım. Nəsə oyun quranda C disqində yer catmadı deyə diqqətimi cəkdi ki, axı köhnə komp.-da C disqinin həcmi cox idi. RAM-larıda təsadüfən cixardıb yoxladım və fərqi gördüm, diqqətimi cəkdi. Saytımıza üz tutdum. Bu saytımız da cox işimizə yarayır və nə yaxşi ki Azərbaycanda belə sayt və belə gözəl rəhbərlik və istifadəcilər var. Hamınıza təşəkkürlər bir daha. Allah hamınızdan razı olsun!

 

Qeyd: Yeri gəlmişkən bunu da soruşum. Bütün bu sadaladığım detallara ümumilikdə 120 AZN ödəmişəm. Münasıb qiymətə almışam yoxsa baha?

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...