Jump to content
Forum Windows-az.com

Ağlamağın faydaları


Delphi7

Recommended Posts

Ağlamaq ürəyə yaxşı təsir göstərir.

 

İnsanın ən əhəmiyyətli orqanlarından biri olan göz narahatlıqlarının önündə göz yaşı kanalının tutulması durur. Türkiyə mətbuatına istinadən bildirilir ki, ölkənin tanınmış oftalmoloqlarından Harika Çevikel göz yaşı kanalı tutulmasının ən çox körpələrdə və qadınlarda rast gəldiyini, bunun da gözdə infeksiyaya səbəb olduğunu bildirib.

 

Göz yaşı kanalı tutulması ilə yanaşı, gözdə quruluğun da sağlamlıq üçün problem olduğu yazılarkən, aparılan araşdırmalarda zaman-zaman ağlamağın faydalarının da olduğu öyrənilib. Gözyaşının tərkibindəki bir maddə əgər heç axmazsa, göz quruluğu narahatlığına səbəb olur. Hərdən ağlayan adam beləcə bu xəstəliyə tutulmaqdan xilas olur. Xüsusilə kədərlənən zaman ağlamaq ürəyi daha az yorur. Çünki gözyaşı axıtmaqla kədərli olarkən sıxışan ürək damarları açılır. Ağlayaraq bir çox xəstəliyin əsas düşməni olan stresslə başa çıxa bilərsiniz. Çünki bu duyğu təəccüblü olsa da xoşbəxtlik hormonlarını hərəkətə gətirir.

 

Kədərli olduğu günlərdə gözyaşı tökən insanlar rahatlayaraq daha yaxşı yuxu alırlar. Sıxıntılı və ya sevincli olduğu zaman təzyiqi düşən, ya da qalxan adam ağladıqda təzyiqi normal vəziyyətə dönür. Ağladıqda bədəndəki stress hormonları göz yaşları vasitəsilə bədəndən uzaqlaşır və bir az sonra rahatladığını hiss edir.

 

Harika Çevikel körpələrdə gözyaşı kanalı tutulmasının masaj tətbiq olunaraq aradan qaldırıldığını söyləyib: “Körpələrdə göz yaşı kanalının tutulması zamanı ilk 1 il masaj tətbiq olunur. Masaj burun kökündən aşağı doğru sığallayaraq həyata keçirilir. Gündə 4 dəfə 15 dəfə olmaqla bu masaj hərəkətini etmək lazımdır. Masajla kanalın öz-özünə açılma ehtimalı 95 faizdir. Ancaq bu, mütləq işin mütəxəssisi tərəfindən edilməlidir”

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...