Novruz Məmmədov Konu tarihi: 21 Haziran 2015 Paylaş Konu tarihi: 21 Haziran 2015 Əvvəla Hamıya Salam bu mövzunu açmazdan əvvəl araşdırdım və gördüm ki mənnən əvvəl bu forumda bu mövzu müzakirə olunmayıb.(olunubsa da mən tapmadım) Birdəki Mövzunu səhv bölmədə açmadığımı ümid edirəm. Mən çoxdandı maraqlandıran bəzi suallar var idi bunlardan ən maraqlısı və təzadlısı isə defraqmentasiya prossesinin xeyirli yoxsa zərərli olması ilə bağlı idi. Xaiş edirəm fikirlərinizi əsaslandırasız həmdə bu forumda bu mövzu öz həllini tapmış olsun Adətən Bu suala 2cür cavab verirlər. 1-Hə ziyanlıdı 2-Yox ziyanlı deyil ziyanlı olsa microsoft niyə onu öz sistemində saxlasınki. Bəs sizcə? Link to comment Share on other sites More sharing options...
İlgar Mammadov Mesaj tarihi: 21 Haziran 2015 Paylaş Mesaj tarihi: 21 Haziran 2015 Salam, defraqmentasiya prosesi fraqmentləşdirmənin əksidir.. defraqmentasiya prosesini də hər partition üçün edirlər.. məsləhətdir ki, şəxsi faylları əlavə partitionda saxlayaq.. defraqmentasiya sistemi sürətli edir.. ancaq multimedia faylları olan hissəni defraqmentasiya eləsək, fayllarımız zədələnə bilər.. ona görə də məsləhətdir ki, yalnız əməliyyat sistemi olan hissəni defraqmentasiya edəsən.. şəxsi faylları isə hard diskin digər hissəsində saxlayasan.. defraqmentasiya prosesi lazım olsa, deyərsiz onu da bacardığım qədər izah edərəm.. Link to comment Share on other sites More sharing options...
Novruz Məmmədov Mesaj tarihi: 21 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 21 Haziran 2015 Salam, defraqmentasiya prosesi fraqmentləşdirmənin əksidir.. defraqmentasiya prosesini də hər partition üçün edirlər.. məsləhətdir ki, şəxsi faylları əlavə partitionda saxlayaq.. defraqmentasiya sistemi sürətli edir.. ancaq multimedia faylları olan hissəni defraqmentasiya eləsək, fayllarımız zədələnə bilər.. ona görə də məsləhətdir ki, yalnız əməliyyat sistemi olan hissəni defraqmentasiya edəsən.. şəxsi faylları isə hard diskin digər hissəsində saxlayasan.. defraqmentasiya prosesi lazım olsa, deyərsiz onu da bacardığım qədər izah edərəm.. İlqar cavabın üçün çox sağol biraz daha sadə dildə defraqmentasiya prossesini izah edə bilərsən? Link to comment Share on other sites More sharing options...
İlgar Mammadov Mesaj tarihi: 21 Haziran 2015 Paylaş Mesaj tarihi: 21 Haziran 2015 Məlumatlar hard diskə sektorlara bölünərək yazılır.. Tutaq ki, sənin hard diski 2 hissəyə ayırmısan.. C və D diski.. C partition-una 50 gb fayl yazılıb və əvvəldə qeyd etdiyimiz kimi sektorlara bölünüb.. Daha sonra buradan hər hansısa faylları sildikdə həmin faylın olduğu sektorlar boşalır.. Həmin hissəni defraqmentasiya etməsək, yeni məlumatlar yazdıqdan sonra məlumatın oxunması zamanı sürət aşağı düşəcəkdir.. Performans azalacaqdır.. Tutaq ki, sən fayl siləndə 100 sektor boşalırsa və yeni yazdığın fayl da 150 sektor yer tutursa, o zaman həmin faylın bir hissəsi boş olan 100 sektora qalan hissəsi isə digər boş sektorlarda yerləşəcəkdir.. Ona görə də defraqmentasiya eləmək məsləhətdir.. Defraqmentasiya prosesi: http://www.millibyte.az/index.php?do=news_read&id=69 Link to comment Share on other sites More sharing options...
İlgar Mammadov Mesaj tarihi: 21 Haziran 2015 Paylaş Mesaj tarihi: 21 Haziran 2015 İnşAllah fikrimi tam çatdıra bilmişəm.. Link to comment Share on other sites More sharing options...
Karb10 Mesaj tarihi: 21 Haziran 2015 Paylaş Mesaj tarihi: 21 Haziran 2015 Mən xeyrini görmüşəm istifadə edəndən sonra.Kompyuter fayllarla daha sürətli işlədi və sistemin başlama vaxtı 2 dəfə azaldı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 21 Haziran 2015 Paylaş Mesaj tarihi: 21 Haziran 2015 SALAM. Yox ziyanlı deyil. Amma bir neçə xüsusiyyət nəzərə alınmalıdır: 1. Diskin yaddaşı-yaddaş nə qədər çox olarsa proses əsnasında disk sıradan çıxa bilər.Tövsiyyə edilən yaddaş 500gb və aşağı. 2. İstifadə edilmə intensivliyi- gündə nə qədər proqram yazılıb-silinir 3. Keyfiyyət- bilinən markalar altında olan məhsullara üstünlük vermək. 4. İstifadə edilən proqram- bəzi proqramlar sistemdə problemlər açır. Mavi ekran,sistem fayllarının silinməsi və s. Sistemin öz dəstəyi kifayətdir. 5. Defrqmasiyanın aparılma tezliyi- bu əvvəlki 4 ünsürü nəzərə almaqla ortalama ayda 1 dəfə aparılması məsləhətdir. Bu heç bir halda SSD-yə şamil edilmir. Bu kimi yaddaşlarda bu prosesə ehtiyyac yoxdur. Yalnız HDD-lar bu prosesi dəstəkləyir. Əlavə tövsiyyələr: 1. Prosesi həyata keçirməzdən əvvəl sistemi "Təhlükəsiz rejim"-ə keçirin. 2. Əlavə proseslərin getməməsinə diqqət edin. Yəni komputer sadəcə defragmasiya ilə məşğul olsun. 3. Prosesi "Manual" Əli ilə həyata keçirin. Müddətli rejim məsləhətli deyil. Bəzən proses əsnasında disk xarab olur. Səbəblər: 1. Diskin "Bad sector"-ları çox olanda. Əvvəlcə diski yoxlamaq lazımdır. 2. 1tb və daha çox yaddaşı olan keyfiyyətsiz disklər. Maqnit oxun həddən artıq işləməsi nəticəsində. 3. Ömrünü sona çatdırma üzrə olan disklər. Belə hallarda bəzi komputerlər sistem açılarkən xəbərdarlıq edir. 4. Əlavə proqramların diski gərəksiz yerə həddindən artıq yükləməsi.. 5. Proses əsnasında diskə ehtiyac duyan proqramların işləməsi. Xüsusilə oyun oynayan zaman defraqmasiya aparıldıqda. 6. Fragmentlərin faizi həddindən çox olduqda. Defraqmasiya bir növ lüğətin əvvəlində verilən əlifbadır. Həmin hərflərin qarşısına hərfin başladığı səhifəninrəqəmini yazır ki, axtardığı sözü qısa zamanda tapsın. Qeyd: yuxarıda yazdıqlarım mütləq deyil. Hər biri digərini tamamlayır. Məsələn: yaxşı bir firmanın dözümlü məhsulunu uzun müddət istifadə edib defragmasiya edərsiniz heç nə olmaz. Və əlavə oyunlar və proqramlar da açıb eyni anda edə bilərsiniz. Amma bu o demək deyil ki, diskə ziyan vermir. 10 il işləməli olan disk 5 il işləyəcək. Necə ki, siqaret çəkən və alkoqol qəbul edənlər həmin anda dünyalarını dəyişmirlər. 90 il yaşayan da var, 20 və daha az yaşayanlar da. Hər şeyin çoxu ziyandır. Nə qədər ziyan verməsi isə miqdardan və bir neçə amildən asılıdır. Link to comment Share on other sites More sharing options...
Novruz Məmmədov Mesaj tarihi: 22 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 22 Haziran 2015 Accountant qardaş yazın üçün çox sağol bu yazını yuxarıda ilqar qardaşın yazısı ilə birləşdirib saytda bir məqalə şəklindədə yazmaq olarki foruma üzv olmayan insanlarda faydalansınlar.Sən defraqmentasiyanın - və + yanların izah elədin ilqar qardaşımız isə defragmentasiyanın nə demək olduğunu izah etdi.Hər ikiniz çox sağolun əlavə olaraq onu da deyimki mənim hdd-m 1tb-dı və mən dünən noutbukumda defragmentasiya elədim qeyd edimki hd tune 5.50pro proqramıyla yoxlamışdım qabaqcadan heç bir problemi yox idi sectorlarda.Amma 8% fraqmentasiyaya uğramışdı c diski məncə buda normaldı çox işlədirəm gündəlik işimlə əlaqədar 10-15gb arası məlumat transferi həyata keçirirəm(silmək köçürmək kəsmək və s).Sözün açığı karb10 qardaşın məsləhətilə defragmentasiya elədim amma heç bir dəyişiklik baş vermədi.Sanki diskə heçnə olmuyub amma əvəzində açılma sürəti zəiflədi.Əməliyyat sistemim vindovs 7di ola bilsin onnandı. Amma istənilən halda məlumatınız üçün təşəkkür edirəm hər birinizə 3aya yaxındı bu saytın forumlarında üzvəm və bu 3ayda bu saytdan çox şey öyrəndim. Novruz Məmmədov and ACCOUNTANT 2 Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 22 Haziran 2015 Paylaş Mesaj tarihi: 22 Haziran 2015 Ümumiyyətlə 7 komputerin performansını çox aşağı salır. Bu proses o zaman açılış sürətinə təsir edir ki, faiz çox, (bu həcmə nibətdə dəyişir) və əsasən sistem fayllarının yeri dəyişmiş olsun. Ən çox da proqramlar və oyunları yazıb-siləndə olur. Transfer prosesi bir o qədər fraqment yaratmır. Məlumatımız işə yaradısa halal xoşunuz.. Link to comment Share on other sites More sharing options...
Novruz Məmmədov Mesaj tarihi: 23 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Haziran 2015 7nin yerinə hansını yazım bəs? 10təzə çıxıb hələ test mərhələsindədi xp və vistada artıq qıcqırıblar həmdə məndə ram 8di xp də 4dən yuxarı ram görmür İndi mövzunun içində mövzu açmış kimi olmayım bəs hansın yazım 8.1pro ya 8? Birdə varsa etibarlı birinin torrent faylının linkini yerləşdirərdiz bir dəfə sizin saytda mövzuların içində baxdım biri 8.1test olunmuş var idi amma nə qədər elədim yükləyəmmədim axırı gedib reklam saytlarına çıxırdı Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 23 Haziran 2015 Paylaş Mesaj tarihi: 23 Haziran 2015 İngilis-http://www.share.az/zo5jeeipdl4x/Windows-8.1-with-Update-Originalnye-obrazy-ot-Microsoft-MSDN-En.torrent.html Rus- http://www.share.az/03zb7sbz0gve/Windows-8.1-with-Update-Originalnye-obrazy-ot-Microsoft-MSDN-Ru.torrent.html Hər biri test edilib. Əlavələr yoxdur. Bütün yeniləmələri etdikdən sonra antivirusa ehtiyac yoxdur. Defender kifayət edir. Qeyd: linklərə görə Tanner-Azər Rüstəmova təşəkkürlər.. Link to comment Share on other sites More sharing options...
Novruz Məmmədov Mesaj tarihi: 23 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Haziran 2015 məlumatın üçün çox sağol qardaş bizim saytdada birini tapdım oda orijinal olduğu deyilir səncə hansı daha məsləhətlidir? http://windows-az.com/18544-windows-81-with-update-november-2014-orjinal-versiya-microsoft-msdn-x32-x64-eng.html Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 23 Haziran 2015 Paylaş Mesaj tarihi: 23 Haziran 2015 Fərqi yoxdur. Verdiyiniz sistemin bir hissəsi hazır yenilənib. İkincisində yeniləməyə vaxtınız az gedəcək. Link to comment Share on other sites More sharing options...
Novruz Məmmədov Mesaj tarihi: 23 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Haziran 2015 bəs mələhətli orijinaldan kopyalanmış vindovs 7 sp1 torrent faylının linkini ata bilərsiz heç bir əlavəsiz ən son yenilənmələrlə? ingiliscə x86x64 olsa əla olar. birdəki məndə evdə vindovs 8ində diski var sizcə 8.1 yaxşıdı ya 8? ciddi bir fərq varmı? Link to comment Share on other sites More sharing options...
Novruz Məmmədov Mesaj tarihi: 23 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Haziran 2015 burda disk obrazlarının adlarındakı nömrələr 40**** və 605*** bunlar həmin vindovsların hansı obnovleniyalara malik olduğunu göstərir yoxsa necə? vindovs 8.1 pro nu anladım bəs pro vl nədir? birdəki hansını yükləməyim məsləhətdi hərəsində 6obrazdı enterprise pro vl yoxsa 3cü?(biti nəzərdə tutmuram. Link to comment Share on other sites More sharing options...
ACCOUNTANT Mesaj tarihi: 23 Haziran 2015 Paylaş Mesaj tarihi: 23 Haziran 2015 Enterprise. 32/64 komputerinizin bitinə uyğun olanı yükləyin. Bəli kod yeniləmə ilə əlaqədardır. Birinci şəkildə daha çoy yeniləmə olmuş sistem var. Mən çox 7 yoxlamışam. Heç birsi 8.1-ə yaxın düşə bilmədi. İstər əlavəli istərsə də təmiz sistem olsun. Ona görə link vermirəm. Mən özüm 8.1 istifadəçisiyəm. Qeyd: əlavə suallar üçün yeni mövzu açın.. 8.1 ən son yeniləmələrə tam dəstəklidir. Link to comment Share on other sites More sharing options...
Novruz Məmmədov Mesaj tarihi: 23 Haziran 2015 mövzunu açan Paylaş Mesaj tarihi: 23 Haziran 2015 köməkliyiniz üçün çox sağolun verdiyiniz məlumatlar çox gümanki forumda öz həllini tabıp indi mövzulara baxaram çox sağolun mövzunu bağlaya bilərsiz Link to comment Share on other sites More sharing options...
Karb10 Mesaj tarihi: 23 Haziran 2015 Paylaş Mesaj tarihi: 23 Haziran 2015 Mövzu kilit Link to comment Share on other sites More sharing options...
Recommended Posts