Jump to content
Forum Windows-az.com

Kişilər niyə ağlayır?


Delphi7

Recommended Posts

Ağlayanda bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir

 

Qədim Yunanıstanda kişinin göz yaşını göstərməsində eyib heç nə yox idi.

Ötən əsrin ortalarında psixoloqlar əmin edirdilər ki, göz yaşları stress və psixosomatik xəstəliklərlə mübarizə aparmağa kömək edir. Sonralar araşdırmalar nəzəriyyəni təsdiqlədi.

 

Bir neçə on illər cəmiyyət güclü və qəhrəman kişi - emosiyasız terminatora pərəstiş edir. Amma kişilər anadan olandan ağlayırlar. Körpələrin göz yaşları gözü infeksiyadan qoruyur. Göz yaşı sosial siqnal kimi ətrafdakıların diqqətini və dəstəyini cəlb etməyə yönəlir. Hətta yanınızda heç kim olmasa belə göz yaşlarınız Allaha müraciət olunmalıdır.

 

Göz yaşının sağlamlığa faydası çoxdur: gözdən çıxan bioloji aktiv maddələr yaraların tez sağalmasına və ağrını kəsməyə qadirdir. Göz yaşları ilə bərabər təkcə qəm-kədər yox, həm də toksinlər, yəni zəhərli maddələr xaric olunur.

 

Ağlayanda 43, güləndə isə 17 üz əzələsi hərəkət edir. Kişilərin sağlamlığı naminə onları arabir ağlatmaq lazımdır!

 

Kardioloqların fikrincə, ağlamaq ürəyə xeyirdir. Bəzi kişilər hisslərini boğanda ürəkləri zədə alır. Bu da infarkta səbəb olur. Ağlayanda isə bütün mənfi emosiyalar göz yaşı ilə birgə bədəndən xaric olur və insana rahatlıq gətirir. Ona görə də ağlamaq istəyəndə ağlayın. Bu sizi sakitləşdirəcək.

 

Kişilərin dilindən bir sirri açaq - kişilər sevdiyi qadının kədərinə göz yuma bilmirlər. Onlar qadınlara nisbətən 30% daha çox təsirlənə və kədərlənə bilirlər. Gizlin bir yerə çəkilib ağlamağı üstün tutan kişilər “kişilər ağlamaz” yalanının qurbanıdırlar.

 

Psixoloqların fikrincə, oğlan uşaqlarının kiçik yaşlarından belə böyüdülməsi çox yanlışdır. Bu tərzdə tərbiyə alan uşaqlar gələcəkdə sevgilərini və hisslərini ifadə etməkdə çətinlik çəkirlər. Bəzən öz duyğularını ifadə edə bilmədiklərindən kişilərin qadınların köməyinə ehtiyacları olur. Onun kədərli olduğunu görəndə, hər hansı probleminin olub-olmamasını soruşun. Sizin onunla maraqlandığınızı görüb dərdini bölüşməyə istəkli olacaq. Sizin etibarınızı qazanandan sonra isə duyğularını rahatlıqla anlatmağa başlayacaq.

 

Kişilər hansı halda ağlayırlar?

 

Arzuları puç olanda - Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər. Bununla da mənfi duyğuları özlərindən kənarlaşdırmış olurlar.

 

Yaxınları vəfat edəndə - Onlar köməksiz qalacaqlarını hiss edirlər. Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir. Onlar uzun müddət tənhalığa qapanır, real həyatdan uzaqlaşırlar.

 

Eşqə düşəndə - Sevgi elə bir duyğudur ki, heç kəs ona qalib gələ bilmir. Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər. Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.

 

Sevdiklərindən ayrılanda - Bu zaman kişilər üçün dünya bitmiş olur. Yadda saxlayın ki, tərk edilmə ağrısı yalnız qadınları incitmir. Kişilərdən fərqli olaraq, qadınlar tərk ediləndə çəkinmədən ağlaya və kədərlərini başqaları ilə bölüşə bilirlər. Kişilər isə tərk edildikləri haqda heç kəslə danışmırlar, özlərinə qapanırlar. Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

 

Ata olanda - Kişilər istədikləri qədər soyuqqanlı görünmək istəsələr də, ata olduqlarını bildikləri an sevincdən ağlayırlar. Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur. Sevinc göz yaşları da bu xoşbəxtliyin bir parçasıdır.

 

İşini itirəndə - Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır. Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşı tökə bilərlər. Ailə qayğısı, yeni bir iş tapmaq və s. kimi problemlər kişiləri stresə salır. Hər hansı bir problemin qarşısında aciz qalmaq istəməyən kişilər işdən qovulanda bir müddət özlərinə gələ bilmirlər.

 

Azarkeş olduqları komanda uduzanda. Kişilər futbola vurğun olurlar. Komandalarının məğlubiyyəti onları məyus edir. Üstəlik də çarəsiz qalırlar və heç bir şey edə bilmirlər. Bu vaxt onlar yumruqlarını bərk sıxıb, gözlərindən yaş da axıda bilərlər.

 

İtləri öləndə - Kişilər sadiq heyvanın onları həyatda qeyri-şərtsiz sevən tək varlıq olduğunu düşünürlər. Vəfalı dostunun yoxluğu onlara çox pis təsir edə bilər.

 

Qeyd edək ki, qadınların kişilərə nisbətən daha uzunömürlü olmaları vaxtında ağlaya bilmələri ilə də izah olunur.

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...