Jump to content
Forum Windows-az.com

Windows 8-də göy ekran problemi


Aslanov Sefa

Recommended Posts

Proqramlar telegramda

Aleykum SALAM bu mavi ekran xəbərdarlığıdır ki windowsun qatı düşmənidir, PCdə əməliyyat apardığın zaman birdən çıxır qarşına və restart gedir PCyə, bir zamanlar XP əməliyyat sistemində bunun müxtəlif variantları çıxardı qarşımıza, bunun qarşısın ancaq əməliyyat sistemini dəyişməklə və ya HDD ni dəyişməklə ala bilərsən başqa yolu yoxdur təəssüf ki. Bu xəbərdarlığn çıxma səbəbi müxtəlif ola bilər ama ən dəqiq yollarından biri HDD də baş vermiş problemlər və qırılmalardan qaynaqlanır.

Link to comment
Share on other sites

...əsasən güclü virus düşəndə və sistem faylları silinəndə,zədələnəndə belə ola bilir....elə də ola bilər ki,hər hansı xaker proqramı yazanda sistem bu oşibkanı versin ... əgər alınarsa sistemi geri çəkməklə bunu düzəldə bilərsən...ya da sistem yenidən yazılmalıdır...özü də başqa diskdən istifadə elə...yeni sistem yazılanda ,sistem 1-ci dəfə açılan kimi belə oşibka verərsə,onda c və d disklərini birləşdirib format elə...

Link to comment
Share on other sites

Elcan qardaşın dediyini anladım təxmini olaraq, ama əməliyyat sistemi açılmırsa heç bir nəticə müsbət cavab vermiyəcək təəssüf ki, eyni ilə dediyim kimi əməliyyat sistemini dəyiş, bu hal çox olur Windows 7 və ya 10 yaz yoxla.

 

Və son olaraq məsləhət kimi çıxmasın ama mən bu forumda 5 illik fəaliyyətim dövründə hər zaman bildirmişəm editlənmiş, mod edilmiş sistemlər istifadə etməyin, hər zaman MSDN versiya istifadə edin nettə bolca versiyaları var, məndə ilk zamanlarda mavi ekran xətaları ilə qarşılaşırdım, çoxu zaman səbəbi mod edilmiş sistemlərdən qaynaqlanırdı belə sistemlər HDD-də problemlərə yol açır, həmdə nə var ki, mod edilmiş sistemlər görünüş baxımdan aldadıcıdır, ama son 4 ildə işlətdiyim Windows 7 Ultimate, Windows 8, 8.1 ENTERPRISE, Windows 10 PRO x64 MSDN sistemlərdən sonra bu hallar artıq məndən tərgizdi, Məsləhət görərdim hər zaman Microsoftun rəsmi çıxıardığı MSDN sistemlər istifadə edəsiniz.

Link to comment
Share on other sites

Qardaşlar qoy mən də öz fikrimi bildirim. Bu göy ekran problemi çox vaxt RAM-larla bağlı olur. Məndə də 2 kompyuter olub. Biri DDR2 biri isə DDR3. İkisində də ramdan qaynaqlanıb. hal hazırki komp.-da da oldu. 2 ədəd 4 gb DDR 3, 2 ədəd 2gb DDR3 ram aldım 4 RAM-ı birlikdə taxanda göy ekran olurdu tez tez. Sonra 2 gb-lıq RAM-ların birini çıxardandan sonra problem həll oldu

Link to comment
Share on other sites

RAM-la təbiiki əlaqəsi var ama çox vaxt HDD-də sektorların zədələnməsi zamanı baş verir bu hadisə, ama RAM-nanda olur RAM-ı dəyişibdə yoxlamaq olar, məndə HDD-də idi problem, belə hallar baş verirdi tez tez, həmin HDD artıq 3 il olar yanıb yenisin aldıqdan sonra problem yoxdur, ama birdaha deyirəm editlənmiş sistemlər həm HDD həmdə RAM-ı korlayır.

Link to comment
Share on other sites

RAM-la təbiiki əlaqəsi var ama çox vaxt HDD-də sektorların zədələnməsi zamanı baş verir bu hadisə, ama RAM-nanda olur RAM-ı dəyişibdə yoxlamaq olar, məndə HDD-də idi problem, belə hallar baş verirdi tez tez, həmin HDD artıq 3 il olar yanıb yenisin aldıqdan sonra problem yoxdur, ama birdaha deyirəm editlənmiş sistemlər həm HDD həmdə RAM-ı korlayır.

Mən sizinlə raziyam qardaş. Mən də bütün sayt üzvləri kimi saytımızdan çox bəhrələnirəm və buna görə yaradıcı heyyətinə minnətdaram. Mütəmadi olaraq sizlərə qoşula bilməsəmdə, istəyirəm bildiyim problemlərlə rastlaşanda kiməsə kömək edim. Axı saytımız, içi mən qarışıq heç kəsi darda qoymur. Məhz buna görə istəyirəm mən də kiməsə kömək edim. Qalddı ki, əvvəldə qeyd etdiyim kimi yenə təkrar edirəm mən sizin fikrinizin əksinə getmirəm və sizinlə tam razıyam. Sadəcə məndə RAM-da olmuşdu problem və RAM-ı çıxardıqdan sonra həll oldu

Link to comment
Share on other sites

.... yuxarıda göstərilən bütün səbəblər düzdür, bu cür göy ekran problemini verə bilər...sadəcə bu oşibka konkret nəyisə bildirmir...bu sadəcə xəbərdarlıq kimi çıxır ki,nəsə problem var...vəssəlam...ola bilər adi 1 şey olsun...misal üçün kompyuteri cərəyandan ayırasan,kompyuter qəfil sönsün...yandırandan göy ekran oşibkası versin.perezaqruskadan sonra düzəlsin...və ya virus...ram toz olanda...hdd-də bad sector çoxalanda,sistem faylı silinəndə və s....yəni bu göy ekran konkret nəyisə bildirmir...

...amma mexaniki problemləri çıxmaqla,yerdə qalan problemlər əsasən sistemin dayanıqlı olmamasından qaynaqlanır ki,Azər qardaşla razıyam....sistem güclü olarsa,bu oşibkaları özü yığışdıra bilir...mod versiyalar isə belə problemlər qarşısında çox acizdir...

Link to comment
Share on other sites

Təbiiki mod edilmiş sistemlərdə editorlar özləri istədiyi faylları çıxardıb istənilən editlənmiş faylları əlavə edirlər adi bir .bmp uzantılı bir rəsm faylı belə olsa (sistemlərdə .bmp uzantıdan istifadə edilir) ölçüləri düzgün verilməsə sistem dayana bilər, yəni mod edilmiş sistemlərin hamısında (ən güclü editorlar tərəfindən belə hazırlanan sistemlərdə) problem olur, microsoftun rəsmi programları var ki özləri çıxardıqları programları test edirlər oşibkaları görürlər buna baxmayaraq rəsmi MSDN sistemlərdə belə microsoft tərəfindən aşkarlanmayan xətalarda olur (belə xətalar əsasən yeni buraxılmış sistemlərdə olur ki, bunuda update ilə aradan qaldırırlar) və nəhayət nəticəyə gəlmiş olarsaq onu deyə bilərəmki yuxarıda sadaladıqlarımı nəzərə almış olarsanız mod edilmiş sistemlər əsasən RAM və HDD nin iş fəaliyyətində problemlərə yol açır ən çox təsir etdiyi isə təbiiki HDD-dir bütün sektorları sıradan çıxardır, səbəbi isə yuxarıda sadaladıqlarım və editlənmə zamanı hər hansı bir komponentdən sistemə düşmüş viruslardır ki, bu sirusları antivirus belə tutmaqda acizdir.

Link to comment
Share on other sites

Əvvəla hər kəsə salamlar.

Yazıları oxuduqca fikir verdim ki Azər elə mənim ürəyimdəkiləri yazıb. Mod olunmuş sistemlər, transformation pack proqramları və s. bu kimi vasitələrin zərərindən başqa bir təsiri yoxdur.

Yuxarıda yazılanlarla razıyam.. Praktikamda başıma gələnlərdən bir neçəsini yazım.

1. Kompyuterdə windows 8 sistemi var idi. Bəzi xəbər saytlarına girəndə bu problemi verirdi. bir neçə windows 8 yoxlamışdım, eyni problem qalmaqda idi. windows 7də bu problem qətiyyən olmurdu. Anladım ki, nədirsə windows 8 ilə əlaqəlidir və windows 7yə keçdim.

2. Bunu uzun zaman öncə forumda yazılmış bir mövzuya cavab olaraq da qeyd etmişdim. Bəzi proqramlar var ki, sistemə yazılanda sistem bu proqramı problem çıxara biləcək fayl formasında görür və yenə bu səhifə açılır. Restart gedir və proqram silinir. Daha problem çıxmır.

Yuxarıda  yazan qardaşların sözlərinə qüvvət olaraq bunları qeyd edim:

3. RAM-da problem olanda bu problem çıxa bilər.

4. HDD problemindən dolayı windows bu xətanı verə bilər.

5. Sistem çökmüş ola bilər..

Bütün bunları 1-1 yoxlamaq lazımdır. Ən sadəsindən - proqram təminatından başlayaraq irəliləmək lazımdır. Windows diskiylə sistemi bərpa etmək, alınmadığı halda kompyuteri formatlamağı yoxlamaq lazımdır.

İmkan daxilində RAM kimi bəzi kiçik detalları dəyişib yoxlamaq lazımdır.

Ən sonda heç bir problemin olmadığı qənaətinə gələndə HDD yoxlamaq lazımdır.

QEYD: Çox az hallarda olsa da, videoçipdə yaranmış problemdən dolayı da bu problemin çıxması mümkündür.

Bütün bu yazdıqlarım iş həyatımda qazandığım təcrübələrdəndir. Ümid edirəm hər hansı bir fikrin yaranmasında yararlı olar.

Uğurlar.

Link to comment
Share on other sites

Mən mod edilmiş sistem istifadə etmirəm 4-5 ildir microsoftun rəsmi MSDN sistemlərini istifadə ediəm, mənə görünüş lazım deyil ki, mod edilmiş sistemlər istifadə edim, və əgər lazım olsa belə hər zaman orijinal görünüşü tərcih edirəm, sistemlərdə yaranan nasazlıqlardan və problemlərdəndə MSDN sistem uzaq durur bu baxımdan başım rahatdır :) və hər zaman kompyuterlərin rahat işləməsi üçün və bu tip xətaların olmaması üçün MSDN istifadə edin, və təbiiki kompyuterdə təmizlik hər zaman üst sıralardadır.

Link to comment
Share on other sites

UralSOFT modlar yaxşıdı digərlərinə nisbətən ama UralSOFT'unda problemləri çox çıxıb qarşıma təbiiki keçmiş illərdə, hazırda 4 ildi mod işlətmədiyim üçün indi bilmirəm necədi ama hər halda ki, yeənədə mod edilmişdir, içində bəzən sizə lazım olmayan komponentləri belə ümumi olaraq yükləyir, bu baxımdan məsləhət görmürəm :) mən özüm Blu-ray arxivcisi və türkiyə ilə əməkdaşlıq edirəm və Audio Masterəm filmlər üçün dublajları hazırayıram, bunun üçündə 10 dan çox programdan istifadə edirəm, ama hamısınıda protable vəziyyətində, səbəbi isə sistemə yazılan hər bir program ağırlığa səbəb olur.

Link to comment
Share on other sites

Mən hazırda Windows 10 x64 PRO MSDN versiya oşlədirəm ama əvvəl işlətdiyim 8.1 versiyasını veririəm, buyurun torrentlərin içində bir neçə versiya mövcuddur

 

Bu ENGLISH versiyasıdır, torrenti açın Enterprise x86 və ya x64 olan versiyanı seçib yükləyin

 

http://torrent-windows.net/windows/windows_8/19577-windows-81-originalnye-obrazy-ot-microsoft-msdn-2013-english.html

 

Bu RUSSİAN versiyasıdır, torrenti açın Enterprise x86 və ya x64 olan versiyanı seçib yükləyin

 

http://torrent-windows.net/windows/windows_8/19547-windows-81-originalnye-obrazy-ot-microsoft-msdn-russian-2013-russkiy.html

Link to comment
Share on other sites

Misafir
This topic is now closed to further replies.
  • loading...
×
×
  • Create New...