Jump to content
Forum Windows-az.com

Ehtiraslı qadınların sirrləri.....


Delphi7

Recommended Posts

Həyatı dərk etdikləri gündən bəri qızları narahat edən ?əbədi ? bir sual var: ?Necə edim ki oğlanların xoşuna gəlim?

Oğlanların gözləri isə daim axtarır.Kimi?Əlbəttə, gözəl və ehtiraslı xanımı.

Ehtiraslı və cəlbedici qadının ? baza?sında nələr olmalıdır? Cazibədarlıq nə hündür boyla, nə uzun ayaqlarla, nə gözəl saçlar, nə də qüsursuz üzlə ölçülmür.

Çox ?100 %?-li qızlar var ki, kişilər onlar tərəfə heç gözlərinin ucu ilə də baxmırlar.

İstənilən qız, hətta gözəl olmayan qadın belə, xüsusi şərtlərə əməl edərək ən cazibədar və ?can alan? xanıma çevrilə bilər.

Güzgünün qarşısına keçin, özününzə tamam başqa gözlə , lakin diqqətlə baxın:

Ehtiraslı qadının bədəni

 

 

 

 

İdman görünüşlü-əzələləri tarım çəkilmiş və qamətli görünüş hər dövrdə, hər bir kişinin ideal saydığı bədəndir.

Düz kürək, boyun və çiyinlərdən uzaqsınızsa, ürəyinizi səxmayın. Ən münasib yerdə ən asan idman növü ilə məşğul olun. İdman hərəkəti sizi yaşınızdan ən azı 5 yaş cavan saxlayacaq. Gözəl qamətli, incəbelli xanımlara baxan kişilər fikirlərində ağlagəlməz seksual fantaziyalar qururlar.

Ölçü və çəki

 

 

 

 

Kim deyir ki, kişilər kök xanımları xoşlamırlar? Əksinə, nağara çubuqlu ayaqlar, kürəyin 12 qabırğasının da birdən görünməsi heç də ürəkaçan deyil. Boyunuza uyğun çəki: BUDUR İDEAL BƏDƏN....Həddən artıq köklük, ağırlıq, bir sözlə, ?yekəpərlik? heç vaxt cazibə şərti sayılmır.Ən pəzəvəng kişilər də həmişə böyük çəkili və irigövdəli xanımlardan çəkiniblər. Çünki onunla ?bacarmamaq? qorxusu onların beyninə həkk olunub. Aşağı ətrafların enini və həcmini konkret olaraq 90 sm-ə çatdırmaq üçüçn əl-ayağa düşməyin.Son vaxtlar sübut olunub ki, kişiləri qadın budlarının köklüyü narahat etmir,əsas belin incəliyidir.Kişilər qollarının asanlıqla sarıla bildiyi və əllərinə sığışan belin ?dəlisidirlər?

Saçlar.....!

Saç qadını uzaqdan,arxadan və ani görünüşdə nəzərə çarpdıran ən başlıca amildir.Əgər saçlarınızın quruluşu və görünüşü şampun reklamındakı xanımların saçlarına bənzəmirsə, onları yığmağa və kəsməyə tələsməyin.Ən gözəl saç ,təmiz yuyulmuş,səliqəli daranmış yaxud fenlənmiş və mütləq xoş qoxu gələn saçlardır.Kişilərin 70%-i yatağa dağılmış saçların qarşısında tab gətirə bilmir.

 

 

 

Yeriş

?kişi yerişli?, ?qaçaraq? yerişli xanımlar .....hara tələsirsiniz?Belə yerişlə heç bir kişinin diqqətini cəlb etməyəcəksiniz.Ehtiraslı qadının yerişinin əlamətləri---yüngül, ?qu kimi?,ayaqlar bərabər məsafədə atılır,qarın bir qədər içəri dartılmış,baş düz,çənə sinənin bərabərində olmalı,gözlər düz baxmalı,əllər yanınca yellənməməli.....Bədən hərəkətlərinizin plastikasını artırmaq üçün rəqsə getməyiniz məsləhətdi.İşdən evə yorğun gələn istənilən kişi qadının mətbəxə incə və nazlı yerişlə keçməsinə laqeyd qalmayacaq.

 

Bir baxışla

Anadangəlmə seksual və mənalı baxışı çox az adam qazanır.Dünyanın bütün modelləri,Merilin Monro uzunmüddətli,təcrübə və məşqin sayəsində ?can alan? baxışlara sahib olublar.Güzgü qarşısında əyləşin: diqqətlə yalnız gözlərinizə baxın.yavaş yavaş fikirlərində yaxşı, maraqlı və şən hadisələr,sözlər canlandırın.Həmin an baxışınızın necə dəyişdiyini izləyin.sizin xoşunuza gələn baxışda dayanıb,seçin və həmin baxışı ?məşq?etdirin.Əks cinsin nümayəndələrinə baxanda elə edin ki, gözlərinizin dərinliyi gülsün, onunla gözlərin danışsın.

 

Gülüş

Heç bir kişi gülüşə, özü də qımışaraq gülən gülüşə biganə qala bilməz.Gülərkən,danışarkən dişlərinizin 32-sini,ağzınızın içini göstərməyin.Bu kiçini qorxuda bilər.Ciddi,bir ?birinə yüngülcə toxunan dodaqlar,incə gülüş,mütləü və mütləü təmiz dişlər....Araşdırmalara görə,ilk tanışlıq zamanı kişilərin 80%-i xanımın gözlərinə,dodaqlarına,dişlərinə baxır.dodaqlarınız ya həmişəlik onu sizə bağlayacaq,ya da əbadi uazqlaşdıracaq.Çox qırmızı vəya tünd rəngli dodaq bouasını görüş zamanı çəkməyin.Ümumiyyətlə,kişilər boyasız, bir qədər nəm dodaqları xoşlayır.

 

 

 

 

Bədənin ətri

Çox vaxt olur ki, gözəl bir kişi ona yaraşmayan və çirkin bir qadınla görüşür və evlənir.Bu, çox gözəl qadınları özündən çıxarır. Amma əsəbləşməyə dəyməz. Əsas məsələ bədənin ətrindədir. Qadının dərialtı piy təbəqəsinin ifraz etdiyi xüsusui rəngsiz, lakin iyli maddə spesifik və özünəməxsus olur.Lakin bu qoxu hər kişiyə xoş gələ bilməz.Bədənlərinin bir-nbirinə xoş və ?oyadıcı? təsir edən evli cütlüklərin nigahı daha uğurlu olur. Heç bir bahalı ətir və ya krem təmiz dərinin ətrini vermir. Fikir vermisinizsə, hamamdan çıxandan sonra kişiləri qadınlarına daha çox yaxınlaşır, xoş sözlər deyirlər, nəinki hər hansı ziyafətə gedərkən bəzənib-düzənəndə... Kişilər qadınlardan daha təmizkardılar, halbuki əksinə olmalıdır. Ayaqlarını, qollarınızı depilyatorla təmizləyirsinizsə, onu müntəzəm edin. Kişiləri bilmək olmaz. Hərdən onların ?yoxlama? əməliyyatları olur. Buna hazır olun.

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...