Jump to content
Forum Windows-az.com

BlueStacks: "Donma və ya Ləngimə probleminin" Həlli!


TΛNNΞЯ

Recommended Posts

PIfLU98.png

 

BlueStacks: "Donma və ya Ləngimə probleminin" Həlli!
 
Hamınıza Təkrardan Salamlar.
 
Bildiyiniz kimi bir çox "BlueStacks" istifadəçisinin dərdi və sanki başına bəla olan "Donma probleminin"  həllinə dair ətraflı məlumat verməyə çalışacam sizlərə.
 
Əvvəlcə program niyə donur və ya ləngimə olur, bu haqda məlumat verim sizə,
 
Hər kompyuterdə müəyyən səviyyədə və nisbətlərdə RAM Səviyyəsi vardır;
BlueStacks qurulduğu andan etibarən ilk çalışdığında, kompyuterinizin "regedit" yəni "Registry" və ya "Qeyd Dəftəri" texniki düzəlişlərin olduğu hissədə öz faylını yaradır və özü üçün nə qədər "RAM" istifadəsi lazım olduğunu avtomatik olaraq təyin edir.
 
(Bunu edərkən, mümkün qədər az RAM istifadə etməyə çalışır, çünki, sistemin işinə və axışına bir zərər vermək istəmir)
 
İstifadə edilən bu az "RAM" səbəbiylə, program hər açılışda ya sizi dəqiqələrlə gözlədir, yada heç açılmır, açılsa belə istifadə ediləmiycək səviyyədə donur və ya ləngiyir. Kompyuterinizdə 4 GB RAM və i7 processor olsa belə, təəssüf ki, bu hal mütləq olacaqdır :)  

 

Gələk bu problemin həllinə:
 
Əvvəlcə bu əməliyyatları edərkən, arxa planda və vəzifə çubuğunda qətiyyən BlueStacks'a aid heç bir tətbiq və fayl uzantısı işlək olmasın, yoxsa səhv alarsız və heç bir əməliyyat apara bilmərsiniz.
 
Tətbiqə aid olan hər şeyi "Task Manager" vasitəsilə bağladıqdan sonra (Vəzifə idarəçisin'dən) bu yolu təqib edin;
 
Start > Run > "regedit" yazırıq > HKEY_LOCAL_MACHINE > SOFTWARE > BlueStacks > Guests > Android > Memory
 
Bu hissədə "Memory" yazısına iki dəfə klik edin və açın, daha sonra açılan pəncərədə,
"Base" > "Decimal" olaraq seçin və qutuda yazan dəyəri (Bu hər kompyuterə və RAM'a görə fərqlilik göstərəcək) dəyişdirin.
 


lZn9m4v.png

 
Yalnız bu əməliyyatı edərkən buna diqqət edin, verəcəyiniz bu miqdar əgər PC nizin RAM'ı 4 GB-dan az isə, əsla çox yüksək olmasın, yoxsa sistemə zərər verəcəksiniz.
 
Mənim kompyuterimdə "4 GB RAM" var, mən bunun yarısı qədər verdim yəni: "2048 MB"
Ordakı qutucuğa PC-nizin gerçək RAM-ına bağlı olaraq istədiyiniz dəyəri "MB" cinsindən yəni nümunə 1024 MB, yəni 1 GB kimi verərək "OK" deyərək çıxın, sisteminizi yenidən başladıb təkrardan "BlueStakcs" programını açın, və bu qədər artıq program donma və ya ləngimə yaşamayacaqdır.
 
Son olaraq bunuda xatırladım: PC-nin RAM göstəricisi əgər 4 GB yada yuxarı isə, RAM miqdarından minimum 2048 MB, yəni 2 GB verə bilərsiniz, bir problem olmaz amma 4 GB-dan az isə, diqqət edin, eyni ilə dediyim kimi.
 
ALLAHA əmanətsiz ;)  windows-az.com Administrator TΛNNΞЯ

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...