Jump to content
Forum Windows-az.com

Usenet haqqında ətraflı məlumat və ətraflı istifadə qaydası (SABİT)


TΛNNΞЯ

Recommended Posts

USENET NƏDİR ? NECƏ İSTİFADƏ EDİLİR ?
 
Net'də ortalama belə bir izahı mövcuddur;
 
İlk quruluşunda Usenet forum kimi bir yerdi. İstifadəçilər bir biriylə mesajlaşırdı. Sonralar mesajlara fayllar əlavə olunmağa başladı. Lakin faylların müəyyən bir imiti vardı. Artıq bu  fayllar elə bir ölçüyə çatdı ki, bunları tək-tək yükləmək mümkünsüz olmağa başladı. Düşünün ki, forumda 700 MB-lıq bir fayl paylaşılır, bu fayl hər biri 128 KB olan kiçik parçalara bölünür, bunları tək-tək endirmənin mümkün olmadığı bir program yazırlar, bu program xəbər qruplarından (Usenet) faylları çəkib birləşdirir.
Bir müddət sonra Usenet artıq böyük bir fayl paylaşma məkanı olur. İş ticari bir sistemə daxil olur. Faylların arxivlənəcəyi serverlər qurulur və bu serverlərə sahib kəslər aylıq sabit bir ödəniş istəyir. Məsələn Astraweb. Ayda 11 dollar verib birbaşa serverdən fayl endirə bilərsiniz. Torrent kimi gözləmədən fayl endirmənin imtiyazlarını yaşayırsınız.
 
USENET ŞƏBƏKƏSİ NECƏ İSTİFADƏ EDİLİR ?
 
Torrent: > torrent proqramı + torrentfaylı.torrent uzadılmalı kiçik fayl,
Usenet: > usenet proqramı + usenetfaylı.nzb uzadılmalı kiçik fayl,
Görüldüyü kimi, məntiq eynidir, tək fərq budur ki, torrent əlavə istifadəçilərə bağlanıb (seed) endirər, Usenet isə, şirkət şəbəkələrinə və serverlərinə bağlanıb endirər. Vəziyyət belə olunca, Usenet programını qurduğunuzda, programın bağlana biləcəyi server məlumatlarını daxil etməyiniz gərəkir. Bu serverlərin seedbox kimi fərqli tarif paketləri var. Limitli (məhdud müddətli), limitsiz (həmişəlik). Mən sizə nümunə olaraq həftəlik ödənişsiz server göstərəcəyəm, istəsəniz hər həftə yeni bir mail ünvanı ilə yenidən qeyd olub yeni bir hesab əldə edə bilərsiniz.
 
Addım 1 > Usenet servisindən qeyd olun.
https://www.eweka.nl/en/usenet_toegang/aanmelden/
 
keçid linkindən məlumatlarınızı daxil edib “Next” düyməsinə klikləyin,
 

CBGY3fN.png

 
“1 week trial” seçimini seçin, “Next” düyməsinə klikləyin, e-mail ünvanınıza gələn aktivləşdirmə linkinə klik edib hesabınızı aktivləşdirin.
 

yPy95CJ.png

 

 

E-mail ünvanınıza məlumatlarınız göndəriləcəkdir, və ya istifadəçi panelinizdən baxa bilərsiniz,
 
http://www.eweka.nl/myeweka/?p=account
 
Məlumatlarınız aşağıdakı kimi olacaq.
 
LGVijw8.png
 
Addım 2 > Programı endirib quraşdırın.
 
http://sabnzbd.org/download/
 
Nizamları dəyişmədən Next > Next deyib quşadırın, daha sonra masa üstündən programın yaratdığı qısa yola 2 dəfə klik edin, program web səyahətçinizdə açılacaq, http://localhost:8085/wizard/ açılan pəncərədən dil seçimini edib “Start Wizard” düyməsinə klik edin, sizə verilən məlumatları “Port 119” “Connection 8” olacaq şəkildə ardıcıllıqla daxil edin, server adı sizə e-mail vasitəsi ilə göndərilən məlumatlar arasında yer alacaqdır, “Test Server” düyməsinə klikləyin, məlumatlarınız doğru daxil edilmişsə Connection Successful! yazısı çıxacaqdır, nizamlara toxunmadan sıra ilə Next > Next düyməsinə klik edin, bir neçə addımdan sonra Setup is now complete! yazısı çıxarsa əməliyyat səhvsiz yerinə yetirilmişdir deməkdir, program restart edib açılacaqdır.
 
Program quraşdırılması tamamlandı, hər hansı bir usenet saytından .nzb faylı əlavə etsəniz, endirməyə başlayacaqdır. Bundan sonra əhəmiyyətli olan isə Usenet (nzb) saytları tapmaqdır. Torrent kimi açıq saytlar olduğu kimi, qapalı və ya ödənişli saytlarda var, populyarlığına görə dəyişir. Bir çox nzb index saytları olsada, hamısı eyni şirkət şəbəkələrinə bağlıdır, yəni demək olar bir çoxu bir-birini təqib edir, bir sistemin şəbəkəyə əlavə etdiyini, digər sistemdə paylaşır. Aşağıdakı keçid linkində bir çox nzb saytlarının siyahısı mövcuddur.
 
https://usenetreviewz.com/nzb-sites/
 
Addım 3 > Endirilmə.
 
·         Hər hansı bir nzb saytına daxil olun, axtarışdan istifadə edib sizə lazım olan .nzb uzantılı faylı yükləyin (.torrent kimi bir fayl olacaq)
·         Az öncə qurduğunuz programı açın, sağ üstdən “Add NZB” düyməsinə klik edib .nzb uzantılı faylı seçin, daha sonra “Upload” düyməsinə klik edin.
·         Fayl artıq enməyə başladı,
·         Endirdiyiniz bütün usenet faylları .rar partlıdır, endirmə bitdiyi zaman program avtomatik faylı rardan çıxardıb, .rar fayllarını silir, endirmə zamanı dəyişiklik etməmisinizsə, endilirən fayllar "C:\Users\**\Documents\Downloads" qovluğuna düşər.
 
Incomplete (enməkdə olan) Complete (tamamlanan).
 
Müəllif: Azər Rüstəmov (TANNER) (Bir təşəkkürü çox görməyin)

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • Karb10 unpinned this konu

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...