Jump to content
Forum Windows-az.com

Bürclər sentyabrda nə vəd edir?


Delphi7

Recommended Posts

QOÇ

Sentyabr qoçların həyatında özlərini dəyişmək üçün uğurlu vaxtdır. Bu ay impulsiv yüksəliş sizə real təmkinlilik öyrədəcək. Siz hər bir kiçik nöqsana görə yaxınlarınızı və sevdiyiniz insanları incidəcəksiniz. Buna baxmayaraq, dost və iş yoldaşları qoçların tərəfində olacaq.

 

BUĞA

Sentyabr buğalar üçün işdə, münasibətlərdə və şəxsi yüksəlişdə dəyişikliklər vəd edir. Bu, həm də sizin çevrənizlə bağlı olacaq. Yaxşı olar ki, bu keçid vaxtında məsləhətə qulaq asasınız. Keçmiş səhvlərin düzəldilməsinə çalışın. İşdə problemləriniz olmayacaq.

 

ƏKİZLƏR

Sentyabrda ev işləri əkizlərin həyatında ön plana keçəcək. Qarşınızda səhv işlər də olacaq. Çalışın, bu dövr liderliyi başqa birinə həvalə edəsiniz. Bu ay keçmiş tanışlarınızla rastlaşacaqsınız. Bundan başqa, sizi sevgi macərası və ay işığında gəzinti də gözləyir.

 

XƏRÇƏNG

Sentyabr xərçənglərin əvvəlki mövqeyini geri qaytarmaları üçün yaxşı vaxtdır. Nəhayət, bu ay başqalarının problemlərini buraxıb öz qayğınıza qalacaqsınız. Müqavilələrin imzalanmasında diqqətli olmalısınız. Dostlarınızı itirə bilərsiniz. Bu hadisə sizi aktiv işlərə cəlb edəcək.

 

ŞİR

Şirlər sentyabrda daxil olan informasiyaya diqqətli olmalıdırlar. Riskli işlərə yol verəcəksiniz. Adi vaxtdan fərqli olaraq yaxınlarınızı daha tez inandıra biləcəksiniz. Bu da, əlbəttə ki, müqavilələrin asanlıqla imzalanmasına şərait yaradacaq. Qarışıqlıq və yalan da ola bilər. Alğı-satğı məsələsində müvəfəqiyyət qazanacaqsınız.

 

QIZ

Bu ay işləriniz o qədər çox olacaq ki, öhdəsindən çətinliklə gələcəksiniz. Lakin bir şey sevindiricidir ki, siz öz öhdəliklərinizə ciddi yanaşırsınız. Bu ay sizin üçün emosional yüksəliş dövrü kimi xarakterizə edilir. Neqativ hadisələrin baş verməsi daxili inkişafınıza imkan yaradacaq.

 

TƏRƏZİ

Bu ay sizi yeni tanışlıqlar gözləyir. Əgər şansı əldən verməsəniz, gələcək inkişaf üçün yol açılacaq. Qəzalardan özünüzü qoruyun. Sentyabr tərəzilər üçün işlərindəki səhvləri və ilin yekunlarını təhlil etmək üçün yaxşı vaxtdır. İşdə yeniliklər gözlənilmir.

 

ƏQRƏB

Bu ay yeni layihə üzərindəki işləriniz uğurlu olacaq. Təmir işlərinə başlayacağınız gözlənilir. İşdə hər şey əla olacaq və təklifləriniz qəbul olunacaq. Yalanlardan özünüzü qoruyun. İstirahət etmək istəsəniz, ən yaxşı yer tanımadığınız məkandır.

 

OXATAN

Bu ay oxatanların hər bir işi sevgi və məhəbbətlə bəzənəcək. İş planlarınızda sizi xoş hadisələr gözləyir. Sağlamlığınızı və istirahət zamanı özünüzü bədbəxt hadisələrdən qoruyun. Hər şeyin uğurlu qurtarması üçün imkanlarınız çərçivəsində işlər görməyiniz məsləhətdir. Ancaq təkliflər olduqca maraqlı olacaq.

 

OĞLAQ

Sentyabr oğlaqlar üçün aydınlaşma dövrü olacaq. Kimin dost, kimin düşmən olduğu və hansı işlərin müvəffəqiyyət gətirdiyi müəyyənləşəcək. Gərək qəbul etdiyiniz qərarlarda ehtiyatlı olasınız. Sentyabr Oğlaqlara iş həyatında uğurlar vəd edir. Bu ay şəxsi həyatınızda da yeni tanışlıqlar olacaq.

 

DOLÇA

Payızın gəlişi ilə dolçalar üçün keçmiş borcların qaytarılması dövrü olacaq. Bu dövr inadkarlıq və möhkəmlik tələb edir. Sizin xeyirxah işləriniz də olacaq. Ətrafdakılarla yaxşı münasibət qurmaq üçün müxtəlif imkanlar yaranacaq. Bu ay sizi istirahət gözləyir.

 

BALIQLAR

Bu ay balıqların aktiv yüksəliş dövrü davam edəcək. Kollektiv layihə və imic məsələlərində uğur qazanmaq ehtimalınız var. Çoxdankı mübahisələrinizin sülhlə bitməsi qaçılmazdır. Tanımadığınız insanlarla münasibətlərdə ehtiyatlı olmalısınız. İşləri qaydasına qoymaq üçün özünüzü diplomatik aparmalısınız.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...