Jump to content
Forum Windows-az.com

Kişi ilə Qadını ayıran 40 fərq


Delphi7

Recommended Posts

1) Fərq elə beşikdən başlanır. Klinik məlumatlara müvafiq olaraq bu zaman oğlanlar yerlərində fırlanır, qızlar isə ətrafdakılara diqqətlə nəzər salırlar.

 

2) Kişi beyni qadın beynindən 200 qram ağırdır.

 

3) Qızlar daha tez dil açır.

 

4) İybilmə duyğusu qadınlarda 20 faiz yaxşı olsa da, ətir yaradıcılarının 80 faizi kişidir.

 

5) Psixi tənəzüllər qadınlarda iki dəfə tez baş verir.

 

6) Qadınlarda musiqi qabiliyyəti daha yaxşıdır. Bu mənada 6 qadına 1 kişi düşür.

 

7) 15-24 yaşlı oğlanlar qızlara nisbətən 6 dəfə çox uğursuzluqla rastlaşır, üç dəfə artıq yol hadisəsi törədir və tez-tez intihar edirlər.

 

8) Kişilərin 48 faizi, qadınlarınsa yalnız 22 faizi xoruldayır.

 

9) Kişilər adətən öz tələblərini birbaşa irəli sürür, qadınlarsa "mıs-mıs" edirlər.

 

10) Uşaq oyuncaqları istehsalçılarının fikrincə, oğlanlarda yaradıcılıq qabiliyyəti daha aydın ifadə olunub.

 

11) Qadınlar kişilərdən üç dəfə çox telefonla danışır, buna gündə 20 dəqiqə vaxt sərf edirlər. Kişilərdə bu müddət 6 dəqiqədən çox deyil.

 

12) Kişilərdə ağ ciyərin məhsuldarlığı 20 faiz, ürəyinki isə 15 faiz çoxdur.

 

13) Miqrenlərin dörddə üç hissəsi qadınların payına düşür.

 

14) Qadınlar kişilərdən çox yaşasalar da, onların qocalma prosesi tez baş verir və nəzərə çarpır.

 

15) Qadınlar spirtli içkinin təsirinə iki dəfə artıq həssasdır.

 

16) Solaxaylıq oğlanlar arasında daha çoxdur (beynin sağ yarımkürəsinin üstünlüyü).

 

17) Tərəf-müqabilinin zahiri görkəmi kişilərin 22 faizi, qadınlarınsa 11 faizi üçün hakim rol oynayır.

 

18) Yerlərini qeyri-ixtiyari olaraq bulaşdıran uşaqların 90 faizi oğlanlardır.

 

19) Kişilər riyaziyyata daha çox meyl göstərir. 12 görkəmli riyaziyyatçıya yalnız bir qadın düşür.

 

20) Qadınlar şirniyyatı, kişilərsə turşunu çox sevirlər.

 

21) Dərketmə hissində kəskin fərqlər: toxunmaya az həssas olan qadınlar ən həssas kişini geridə qoyur.

 

22) Qadınlar xarici dilləri daha tez mənimsəyir.

 

23) İsveçrəli dilçi Edit Slembekin tədqiqatlarına görə, qadınlar kişilərdən iki dəfə çox felin lazım formasından istifadə edir, beş dəfə çox "ola bilsin" və "bir neçə" sözlərini işlədir, üç dəfə çox sual verir, tez-tez üzr istəyirlər.

 

24) Oğlanlar öz amansızlıqları ilə qızlardan 15 dəfə artıq fərqlənirlər.

 

25) Kişilər tez və qətiyyətli, qadınlarsa uzun-uzadı düşüncələrdən və yaxın adamlarla məsləhətlərdən sonra qərar qəbul edir.

 

26) Kişilər psixatriya müalicəxanalarına iki dəfə artıq düşürrlər.

 

27) Siqaret çəkən kişilər qadınlardan 30 dəfə çoxdur.

 

28) Oğlanlara qızlardan çox yuxu lazımdır. Lakin bu tənasüb 6 yaşında dəyişir. Yaşlı qadınlara isə orta hesabla bir saat çox yuxu lazımdır.

 

29) Debore Tannenin fikrincə, qadınların kişilərlə söhbəti zamanı "bəli, bəli" demələri, onların kişiləri dinləməsi deməkdir. Kişi isə belə hesab edir ki, qadın onun sözlərini təqdir edir.

 

30) 68 faiz kişi, 20 faiz qadın ononizmlə məşğul olur.

 

31) Hər iki cins bərabər dərəcədə güzgüyə baxmağı xoşlayır: kişilər öz bədənlərindən, qadınlarsa paltarlarından həzz alır.

 

32) Kişilər çox zaman qırmızı rəngi, qadınlar isə mavi rəngi seçirlər.

 

33) Qadınların 60 faizi, kişilərin 40 faizi yuxusuzluqdan əziyyət çəkir.

 

34) Kişilərin seksual təxəyülləri bədən və onun ayrı-ayrı hissələri ətrafında fırlanır. Qadınlar isə bütün "ssenarini" təsəvvür edirlər.

 

35) Qadınlar stressləri kişilərdən yaxşı keçirirlər. Çünki onlarda adrenalin daha az ayrılır və təzyiq belə kəskin qalxmır.

 

36) Qadınlar ağrılara daha həssasdırlar, lakin kişilərdən dözümlüdürlər.

 

37) Kişilər həyatı çətinliklərin öhdəsindən asan gəlir və çox zaman işdə, siyasətdə, idmanda təskinlik tapırlar.

 

38) Mühakimə olunmuş 10 nəfərdən 9-u kişidir.

 

39) Qadınlar tez-tez gülümsəyir və söhbət əsnasında həmsöhbətin dik gözlərinə baxırlar, kişilər isə əksinə, baxışlarını yayındırırlar.

 

40) İctimaiyyətin təsiri altında kişi və qadınların seksual davranışının müxtəlif modelləri yaranıb. Fransız seksoloqu Nadin Qrafeqleyə görə, kişilər daim bunun həsrətini çəkir, qadınlar isə arzu edirlər.

Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...