Delphi7 Konu tarihi: 15 Eylül 2010 Paylaş Konu tarihi: 15 Eylül 2010 Qadın Qoçlar: Od ünsürü onu anadangəlmə odlu-alovlu edib. İlk baxışdan elə görünə bilər ki, naz-qəmzədən uzaqdırlar və öz ünvanlarına gələn tərifi düzgün yoza bilmirlər. Əslində isə bu o deməkdir ki, onların başını xırda nəzakətlə qatmaq olmaz. Onu əldə etmək üçün bircə an kifayətdir: ya həmin dəqiqə «hə» deyəcək, ya da həmişəlik «yox» deyəcək. Qadın Buğalar: Əgər onun ürəyindən kimsə keçirsə, beyninə bir fikir düşübsə, uzun müddət gö tür-qoy edir. Onun bədəni yaşa dolduqca kök olmalıdır. Əgər arıq qalıbsa, deməli, sağlamlığında problem var. Bu qadının nazını bahalı şokolad, langet, kabab və likör içkisi ilə çəkmək lazımdır.Əgər onun nəyisə çatmasa özünü bədbəxt hiss edir və soyuyur. Qadın Əkizlər: Onlarla intim münasibətdə olan aşiqlər şən və maraqlı olur, hərdənsə münasibətləri düyünə düşür. Əkizlər öz ehtiraslarını dilə gətirir, sözlər, səs və emosiyalardan bol istifadə edirlər. Əkizlərin çoxu erotik şəkillərdən, filmlərdən zövq alır, tanışları ilə müxtəlif variantlar haqda müzakirələr aparırlar. Qadın Xərçənglər: O, öz yengəcləri ilə ovunu, yəni kişiləri möhkəm və tez tutur, asanlıqla da buraxmır. Onlar kişini yumşaqlıqla cəzb edir, sonra sıxır. Ayrılıqlara çətin alışır. Yaman qısqanc olur. Xərçəngləri romantik şeirlərlə inandırmaq mümkün olsa da, onlar pulsuz şairləri yaxın buraxmırlar. Qadın Şirlər: Seçdiyi kişinin atlet kimi bədəni, iri gövdəsi, bahalı maşını və cəmiyyətdə mövqeyi olmalıdır. Bu qadınları asanlıqla bər-bəzəklə, şirin vədlərlə aldatmaq olur. Həmişə baxımlı və özünəinamlı Şirlər sevgi-məhəbbət meydanında hadisələrin filmlərdəki kimi inkişafını istəyir. Qadın Qızlar: Onunla eşq-məhəbbət yaşamaq üçün gərək sağlam və intellektual olasan. Bu qadınlar hər mənada maraqlıdırlar. Kişiylə oyunun bütün qaydalarını əla bilirlər. Gəncliyində onlar gizli hisslərindən utanırlar və büruzə vermirlər. İlk baxışdan buna aldanmaq lazım deyil. Qadın Tərəzilər: Onlar dünyadakı bütün kişilərin xoşuna gəlmək arzusundadırlar. Onunla bir yerdə olanda anlamaq olur ki, əsl ehtiras və məşuqə necə olur. Onlar aşiqlərini yalnız ürəkdən sevdikləri təqdirdə seçirlər. Kişilərə bir sözləri var: apar məni özünlə, hara istəsən…. Qadın Əqrəb: Əqrəb ruhlu, həvəsli bədən… Onun aurasından güclü seksual impulslar gəlir. Eyni zamanda ciddi və əlçatmaz Əqrəb kişiyə deyir: əgər məni istəyirsənsə, yalnız ciddi münasibət qurmalısan. Romantik aşiqlər onlarra görə deyil. Vəhşi eşq – Əqrəblər bunun dəlisidir. Qadın Oxatanlar: Amazonka, keçmiş komsomolçu, idmançı… Bu qadınlar belə ruhdadırlar. Onlar kişiləri incitməyi, razılığı uzatmağı, qısası, əsl ovu xoşlayır. Oxatanlar aşiqlərinin düz gözünə yox, daha uzaqlara, üfüqə baxırlar. Əgər orda maraqlı heç nə görməsə, əminliklə «yox» deyəcək. Qadın Oğlaqlar: Cavanlıqda bir az quru və darıxdırıcı olurlar. Həyatı olduğu kimi yaşaması üçün «böyüməli» və təcrübə yığmalıdır. O, aşiqi üçün təkcə məşuqə deyil, həm də söykənəcək çiyindir. Oğlaq arzuladığı kişini gizlədir. Amma gözü tutandan əl çəkən də deyil. Qadın Dolçalar: Yalnız fiziki baxımdan güclü və ehtiraslı kişilər onu əldə etməyə qadirdirlər. Bu qadınlar sevgi məsələsində qeyri-adi, ekstravaqant və azaddırlar. Qısqanc deyillər. Al-qırmızı qızılgüllə, adam arasında öpüşlə onu valeh etmək olar. Onun kişisi öz müstəqilliyi, gəliri və düşüncəsi ilə digər kişilərdən seçilməlidir. Qadın Balıqlar: O, isti və xoş rayihəli, köpük kimi yüngül və yumşaq vannadır ki, sakitcə suya dalıb, dünyanı unudasan. Bu qadınların gözləri və dərisi xoşagələn olur. Yataqda əsas sözü partnyora verir. Sakit həyat, rahat yuxu onunla birgə kişiyə də xoşbəxtlik gətirəcək. Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 ...maraqlı məlumatlardır...təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 məlumat üçün təşəkkür Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 ...məlumat üçün təşəkkürler.... Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.