Jump to content
Forum Windows-az.com

Mələklər və onların vəzifələri


Delphi7

Recommended Posts

1283400078_1233207856_662065.gif




Mələklərruh kimi latif, nurani, mahiyətləri Allah yanında məlum, varlıqları bizim dünyamıza aid olmayan ancaq insanlarla əlaqəli bir sıra görəvləri olan varlıqlardır. Ağılları və düşüncələri vardır. Müxtəlif şəkillərdə ola bilərlər.Allah'ın əmrinə heçbir vaxt üsyan etməzlər, yerdə və göydə bir sıra vəzifələrlə məşğul olurlar.

Mələklər haqqında surələr:

El-En'âm, 6/9,100; El-Hicr 15/8; El-Fâtır 35/1; El-Meâric 70/4

Mələklərin sayı və hər birinin hansı işlərlə vəzifəli olduqları bizə məlum deyildir. Ancaq bunlardan bir qismi və vəzifələri“Quran-i Kərim"də və Hz. Peyğembərin (s.a.s) hədislərində bildirilmişdir. Bu bilgilərə görə"böyük mələklər" olaraq tanınan 4 mələk vardır ki, bunlar: Cəbrail, Əzrail,İsrafil və Mikaildir.


Cəbrail Mələk:

Mələklərin ən böyüyüdür.Vəzifəsi Allah ilə Peyğəmbər arasında elçilik etmək, Allahın kitablarını Peyğəmbərlərə gətirməkdir. Kitabımız "Quran-i Kərim"i Allahdan Peyğəmbərimizə gətirən Cəbrail Mələkdir.Cəbrail, bu vəzifəni yerinə yetirərkən Peyğəmbərimizə müxtəlif şəkillərdə və surətlərdə gəlirdi. Bir çox dəfə insan şəklində öz görevini yərinə yetirirdi. İnsan şəklinə girdiyi zaman daha çox Dıhye adlanan səhabə qılığında, bəzən də normal bir bədəvi olaraq gəlirdi. "Cibrîl hədisi" deyə bilinən hədisdə Hz. Peyğəmbərin (s s.s)yanına bədəvi ərəb olaraq gəlmişdir.

Mikail Mələk:

Təbiət Hadisələrinin idarəsi ilə vəzifəlidir.


İsrafil Mələk:

Qiyamətin qopması və insanların öldükdən sonra dirilməsi ilə görevlidir.


Əzrail Mələk:

Ömrü sona çatmış insanların canlarını almaqla vəzifəlidir.


Digər Mələklər
.
Bu 4 mələkdən başqa hər bir insanın yanında olan və daima onun kiçik, böyük, gizli və aşkar etdiyi bütün işləri yazan mələklər vardır


Kiramən Katibin:


Bu iki Mələkdir. Biri İnsanın sağında, digəri İnsanın solunda olur. İnsanın Sağındakı Mələk insanın yaxşı işlərini, Solundakı Mələk isə pis işlərini yazır.


Münkər və Nəkir:

Bunlar insan öləndən sonra qəbirdə insanlara sual verməklə vəzifəlidirlər.


Rıdvan Mələk:

Cənnətdəki Mələklərin Başçısıdır.


Malik Mələk:

Cəhənnəmdəki Mələklərin Başçısıdır.


Mələlklərə inanmaq, müsəlmanlığın iman və etiqat əsaslarındandır. İnanmayan, müsəlman ola bilməz; inkar edən də dindən çıxar. Böyük Allaha belə buyurur:"Hər kim Allaha onun Mələklərinə, Peyğəmbərlərinə,Cəbrailə və Mikailə düşmən olsa Allah da kâfirlərə düşməndir" (əl-Bakara 2/98).
Link to comment
Share on other sites

  • 2 sene sonra...
Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...