Delphi7 Konu tarihi: 15 Eylül 2010 Paylaş Konu tarihi: 15 Eylül 2010 Xalı olmayan adam yoxdur. Bəzi inanclara görə, hər bir insan bədənində xarakteri, maraqları və taleyilə bağlı vacib informasiyanı daşıyan ləkələr gəzdirir. Deyilənə görə, iri xalların insanın taleyinə təsiri də böyükdür. Xırda xallar isə heç bir əhəmiyyət kəsb etmir. İnsan bədənində elə bir yer yoxdur ki, orada xal əmələ gəlməsin. Hətta ağızın içində, dildə də xala rast gəlmək olar. Tibb elminə görə, ləkələr və xallar dərinin inkişafının anadangəlmə qüsuru və ya həyat boyu əldə edilən xoşxassəli şişdir. Xallar müxtəlif forma və ölçülərdə olur. Onlar həmçinin qəhvəyi, çəhrayı, göy və qara rənglərə görə də fərqlənirlər. Göyə çalan tüklə örtülmüş xallar qədim dövrlərdə şeytan əməli sayılırdı. Orta əsrlərdə belə xalları olan qadınlar tonqalda yandırılırdı. Təbiblər indiyə qədər də xalların yaranma səbəblərini izah edə bilmirlər. Xallarla bağlı problemlər isə dünyanın bütün alimlərini düşündürür. Bəzi xallar sahiblərinə görünüşcə narahatlıq yaratmaqla bərabər, həm də sağlamlığa zərər vururlar. Xallar arasında ən zərərsizi yastı - dəridaxili xallardır (çəhrayı rəngdən tünd qəhvəyi rəngə qədər). Onlar əzilmir və heç bir problem yaratmırlar. Belə xalları yalnız günəş şüalarından qorumaq lazımdır. Qabarıq, dəriüstü xallara isə daha diqqətlə yanaşmaq lazımdır. Geyimin belə xallara sürtülməsi nəticəsində müxtəlif fəsadlar yaranır. Əgər xalda dəyişiklik ortaya çıxarsa - formasını, rəngini dəyişərsə, qaşınarsa, qanaxma baş verərsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır. Mütəxəssislər qabarıq xallar problem yaratdığı təqdirdə onu kəsdirməyi məsləhət görürlər. Bəzən insanlar belə xallardan ev şəraitində ipək sap vasitəsilə xilas olmaq istəyirlər. Bu, qətiyyən yolverilməzdir. İnsanlar bir qayda olaraq, xal ləkələrini formasına və yerləşməsinə görə mənalandırırlar. Əksəriyyətin fikrincə, sifətdəki xallar xüsusi məna kəsb edir. Şərqdə belə xallar həmişə fizioqnomika (sifətin oxunması sənəti) ilə bağlı əhəmiyyət kəsb edib. Yapon fizioqnomikasına görə, sifət şərti olaraq üç hissəyə bölünür - üst (alın), orta (qaşlar və burun) və alt (dodaqlar və çənə). Hissələrin hər biri insan həyatının müəyyən dövrü ilə (gənclik, yetkinlik və qocalıq) birbaşa əlaqədardır. Təmiz və düzgün formalı alın bədənin və ruhun sağlamlığından xəbər verir. Sifətin orta hissəsinin normal inkişafı və mütənasibliyi psixi sağlamlığın göstəricisidir. Alt hissə isə insanın xarakterini müəyyənləşdirir. Əsas hissələr sifətin tən ortasına nəzərən sağ və sol tərəfləri əhatə edir. Yapon fizioqnomikası xalı bədbəxtlik əlaməti hesab edir. Amma digər inanclarda isə əksinə, xalın müsbət məna kəsb etdiyi, insanın fərdiliyindən xəbər verdiyi göstərilir. XVIII əsrdə xallar xüsusən də Avropada dəbə düşmüşdü. Gözəl xanımlar qələmlə özlərinə xal çəkirdilər. Bundan başqa, onlar məxmər parçadan ulduz, ay, qayıq forması kəsib bədənin müxtəlif yerlərinə yapışdırırdılar. Bunun da öz mənası var idi. Bəs görəsən, ilahinin bizə bəxş etdiyi xallar hansı mənanı daşıyır? BAŞIN tüklü hissəsində xalı olan adamlar çox vaxt özlərini ətrafdakılardan təcrid edirlər. Bu adamlar öz problemlərini, sirlərini heç kimlə bölüşmürlər. Amma belə xallar heç də həmişə bədbinlik əlaməti sayılmır. ALININ ortasındakı xal sahibinin məqsədyönlü və hakimlik iddiasında olmasından xəbər verir. Bu insanlar ağıllı və müdrik olurlar. Böyük enerji ehtiyatı sayəsində bir çox işlərin öhdəsindən asanlıqla gəlirlər. YANAQLARDA və gözlərin altındakı xal qadınlarda incəlik və mehribanlıq nişanəsidir. Sol yanaqda, qulağın yaxınlığında xalı olan qadınlar fədakardırlar. Ümumiyyətlə, sol yanaqdakı xal mübarizliyin göstəricisidir. Sağ yanağında xalı olanı isə hər bir işdə uğur gözləyir. QULAQDA xalı olanlar özlərindən çox razı adamlar hesab edilir. Onlar yerli-yersiz həddən ziyadə öyünərək, bacarıqlarını şişirdirlər. Belə adamlar çox vaxt sözlərinin üstündə durmurlar. Savadlı, yüksək intellekt sahibinin qulağındakı xal isə onun həm də qeyri-adiliyinə, orijinallığına işarədir. Onlar zahiri görünüşlərinə görə də kütlədən seçilirlər. Onların özünə inamsızlığı müvəqqəti xarakter daşıyır. Belələri çətinlikləri və kompleksləri asanlıqla dəf edirlər. DODAĞIN qırmızı haşiyəsindəki xal insanın zəif iradəsindən xəbər verir. Belə xallara daha çox qadınlarda rast gəlinir. Bu xalın sahibləri öz əməllərinə görə cavab verə bilmirlər. Onlar həm də çox hissiyyatlı olurlar. Həmçinin başqalarını dinləməyi bacarmırlar. BOYUNDA xal kişilərdə hövsələsizliyi göstərir. Belə xalı olan adamların əhvalı tez-tez dəyişir. Onlar zəif və iradəsiz olurlar. Kişilər yüksək intellektə və mənəvi zənginliyə malik olsalar da, mübarizəni sevmədiklərindən çox vaxt özlərini realizə edə bilmirlər. Bununla belə, onlar öz işlərinin peşəkarı olurlar. Qadınlar isə dəyişkən xasiyyətli olurlar. Boynunda xalı olan qadın öz zövqünü, ehtiraslarını və əqidəsini tez-tez dəyişə bilər. Eyni zamanda belə qadınlar çox zərif və sadiq olurlar. Həmişə rahatlıq yaratmağa çalışsalar da, ətrafdakılar onları zövqsüz hesab edirlər. Çox vaxt başqalarının məsləhətlərinə qulaq asmırlar. Boynunda xalı olan insanlar arasında heç vaxt ailə qurmayan tənha insanlara da rast gəlinir. ÇİYİNDƏ xalı olanlar çoxlu informasiya daşıyıcısıdırlar. Belə adamların çiyinlərində elə bil ağır yük var. Bədənin bu hissəsində xal problem deməkdir. Bu xal nəsildən-nəsilə keçdikdə uşaqlar öz valideynlərinin səhvlərini təkrarlayırlar. Belə adamlar güclü şəxsiyyət olsalar da, başqalarının asanlıqla etdiklərini təkrarlamağa onların cəsarəti çatmır. Buna görə də onlar həmişə yaxşı vəzifədə işləyən savadsızlara və şəxsi həyatda xoşbəxtlik qazananlara qibtə edirlər. Onlar heç vaxt bütün həyatı gözləri qarşısında keçən uşaqlıq dostlarının, tanışlarının avtoritetini qəbul etmirlər. Belə adamlar az danışan, hövsələli olur və tapşırılan bütün işləri dəqiqliklə yerinə yetirirlər. SİNƏDƏKİ xal qadınlar üçün daha böyük məna kəsb edir. Bu, bütövlükdə insanlığa böyük məhəbbətin simvoludur. Belə qadınlar etibarlı həyat yoldaşı və ideal ana olurlar. Onların hissləri daimi, məqsədləri isə dəqiqdir. Kişilərdə də bu işarə təmiz məhəbbət və sadiqliyin göstəricisidir. Bu insanlar əzəli və əbədi sevgilərinə sadiq qalırlar. BUDDA xal (ayağın dizdən yuxarı hissəsində) sağdadırsa, bu, tərki dünyalıqdan xəbər verir. Belələri analarından asılı olurlar. Uşaqlıqda yaşıdlarından fərqlənirlər. Harada olurlarsa olsunlar, "ağ qarğa" hesab edilirlər. Belə qadınlar çox çətinliklə ailə qururlar. Onlar xüsusi bacarığa malik olurlar. Bu adamlarda ya gözəl əl qabiliyyəti, ya da şairlik istedadı olur. Onlar öncəgörənlik də edə bilirlər. ÜST DODAQDAKI xal qadınlarda məkr və qəddarlıqdan xəbər verir. Hakimiyyət iddialı və ruhən güclü olan belə xal sahibləri seçdikləri kişini, sözün əsl mənasında, "əzirlər". Onlar ərinə və uşaqlarına qarşı qətiyyən mehribanlıq göstərmirlər. Çox vaxt uğurlu karyera qurur və cəmiyyətdə nüfuz qazanırlar. BURNUNDA xalı olan adamlar ünsiyyətcil olurlar. Burunun ucundakı xal yüngül xarakter və yumor hissinin göstəricisidir. Belə adamlar heç nəyi ciddi qəbul etmir, tez-tez iş yerini və təhsil ocaqlarını dəyişirlər. Onlar əqidələrini ötəri istəyə asanlıqla dəyişə bilərlər. ÇƏNƏDƏKİ xal hakimiyyətdən xəbər verir. Belə adamlar nə istədiklərini dəqiq bilirlər. Güclü iradəyə malik bu insanlar istənilən işi axıra çatdırırlar. Bunun üçün onlar bütün vasitələrə əl atırlar. Cəmiyyətdə yüksək mövqe tutan belə insanlarda diktatorluq cizgiləri də özünü göstərir. QARINDA xal qorxuya işarədir. Belə adamlar öz qorxuları barədə heç kimə deməyərək böyük cəsarət göstərə bilərlər. Bu xalın sahibləri çox zaman ehtiraslarının qurbanı olurlar. Onlar bütünlüklə öz istəklərindən asılıdırlar. KÜRƏKDƏ çiyinlərə yaxın yerdə xalı olanlar özlərinə və ətrafdakılara qarşı tələbkar olurlar. Çox vaxt onlar idmançı olur və başqalarından da bunu tələb edirlər. Amma özünün fiziki inkişafına nə qədər diqqət yetirsələr də, çox vaxt sağlam olmurlar. Uşaqlıqda çox xəstələnir, qocalıqda da zəif olurlar. Ümumiyyətlə, belə xalı olanlar həmsöhbət, güvəniləsi tərəf-müqabili və işinin peşəkarı olurlar. QOLDA xalı olan qadınlar nikahda xoşbəxt olurlar. Onlar özlərini kişiyə elə sevdirirlər ki, əks cinsin nümayəndəsi bu qadınları əlləri üstündə gəzdirməyə hazır olur. Dirsəklə çiyin arasındakı məsafədə xalı olanların əlləri son dərəcə incə və eyni zamanda güclü görünür. Onların enerji ehtiyatı sevdikləri adamın enerji ehtiyatı ilə, demək olar ki, uyğunluq təşkil edir. Kişilərdə də bu, eyni məna kəsb edir. Qolunda xalı olan kişilər bütün dəqiq işləri görə bilirlər. Onlar yorulmur və ağır günlərdə ruhdan düşmürlər. Belə adamlara həmişə güvənmək olar. BARMAQDA xalı olanlar tez gözə gəlirlər. Şəxsi həyatda isə bəxtləri gətirmir, boşanmalarla üzləşirlər. Belə adamlar, əsasən, biçmə-tikmədə usta olurlar. Onlardan həm də yaxşı illüziyaçı çıxır (Devid Kopperfilddə də belə xal var). Başqa bir inanca görə barmağında xalı olan adam heç vaxt pulsuz qalmır. Digər fərziyyəyə görə isə onlardan mahir oğru olur. DİZDƏKİ xal səbirsizliyə işarədir. Belə adamlar üçün nəyisə gözləmək ən dəhşətli şeydir. Onlar hətta dayanacaqda nəqliyyatı da gözləyə bilmirlər. Çox cəld yeriyir, kitabda səhifələri ötürə-ötürə oxuyur, çox tez-tez yeyir, teatrda və kinoda isə daim saata baxırlar. GİCGAHDA, xüsusilə də sağ tərəfdə olan xal çox təsadüfü hallarda nəsildən nəsilə ötürülür. Bu xal xüsusi adamlarda olur. İncə intuisiyaya, öncədən görməyə işarədir. Deyilənə görə, belə xalı yad gözlərdən qorumaq lazımdır. Ümumiyyətlə, gözün yanında, gicgahda və yanaqdakı xal həm də əks təsirli ola bilər. Ola bilsin ki, bu xalla siz ətrafınızdakılara mistik şəkildə təsir edə biləsiniz Rəqəm şəklində olan xallara da tez-tez rast gəlinir. Amma bunlardan yalnız başda, boyunda, çiyində və kürəkdə olanlar əhəmiyyət kəsb edir. Belə xalları ən qədim elm olan numerologiya ilə əlaqələndirirlər. Xallar formasına görə xaç, ulduz, coğrafi xəritə, quş, pişik, tonqal-alov, fil, dodaq, insan, günəş, ay və s. şəkildə olur. Onların hər birinin öz mənası var. Tarix boyu xallar insanın xarakter və gələcəyini yozmağa xidmət edib. Xallara və ləkələrə indi də böyük məna verənlər bədəndəki əlamətləri taleyin siri kimi qiymətləndirirlər. Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 ...məlumat üçün təşəkkür... ...əvvəllər insanlar lazım oldu-plmadı xallarını,kor bağırsağını və s. kəsib atırdılar... ...indi elm təsdiq edir ki,insan orqanizmində lazım olmayan orqan və ya hissə yoxdur... ...ALLAH insanı elə yaradıb ki,orqanizmdə olan hər 1 şeyin mənası və xeyri var... Alıntı Link to comment Share on other sites More sharing options...
Həsən İldırımov Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 ...məlumat üçün təşəkkürlər... Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 məlumat üçün təşəkkür Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 Melumat ucun tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 maraqlidir Alıntı Link to comment Share on other sites More sharing options...
kenan chelsea Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 maraqlı məlumatlardır Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.