Delphi7 Konu tarihi: 15 Eylül 2010 Paylaş Konu tarihi: 15 Eylül 2010 Tutanhamon – hələ də çar adlandırılan bu şəxs eramızdan əvvəl 1333 – cü ildə taxta sahib olmuşdur və həmin vaxt bu oğlanın 9 yaşı var idi. 19 yaşı olarkən hələ də məlum olmayan sirli ölümlə dünyaya əlvida demişdir. 12 yaşında firon 13 yaşında olan Exnaton və Nefertitinin qızı Anaksunamunla evlənmişdir. Belə məlum olur ki, nigaha həqiqi bacı və qardaş girmişdir, bütün bu hadisələri olduğu kimi tarixi faktlarda dəstəkləyir. Tutanhamonun və Anaksunamunun həyatda qalan övladları olmamışdır. Bəlkə də ola bilsin ki, onların ölmüş əkiz övladları dünyaya gəlmişdir. Beləliklə onların mumyaları qəbirdə aşkar edilmidşir. Lakin qədim yazların heç birində uşağı ölmüş firon qadını barəsində məlumat əks edilməmişdir. Bir çox alimlər düşünür ki, bəlkə də balacaların başqa valideynləri də ola bilər; Amenhotep III, Exnaton, hətta Tutanhamon Smenkhara. Bir həqiqət də var ki, öz ərinin ölümündən sonra Nefertiti gizlənirmiş. Nəhayət bütün bu söhbətlərə son qoymaq üçün qan analizinin keçirilməsi və uşaqlar haqqında dərin, dəqiq məlumatların əldə olunması nəticəsinə gəldilər. Beləliklə müəyyən müddət bundan əvvəl Misirin qədim tədqiqatlar üzər Yüksək ali Sovetinin sədri Zaha Havas bildirmişdir ki, lazım olan hissələr götürülmüş və mütəxəssizlərə tapşırılmışdır. İlk nəticələr ilin sonunda əldə olunacaqdır. Elə həmin vaxt da əkizlərin əsl valideynləri aşkar ediləcəkdir. Misirliləri yenə də sirli aləm əahət etməyə başladı. Nəyə görə xarici alimlər də bu prosedurlarda iştirak etmədi. Bu prosesin yeni qan analizi laboratoriyasında keçirilməsi, xüsusi Qahirə Universitetində olan şəxslər tərəfindən genetik cəhətdən Tutanhamon və Anaksunamunun qanları ilə müqayisə ediləcəkdir. Bundan əlavə sona qədər öyrənilməmiş mumyalar da var ki, bunlardan biri də Nefertitiyə aiddir. Bunları da dərindən yoxlayacaqlar. Havasa əfsanəvi gtözəllə əlaqədar müəyyən fikirdə olmamışdır. Buna görə bəzi adamlar da düşünür ki, Tutanhamonun anası məhz Nefertiti olmuşdur. Heç gözlənilməyən anda yeni bir sirrin də olduğu meydana çxdı, bu sirr çarla bağlı idi. Onun cinsiyyət orqanı heç bilinməyən bir səbəbə görə 40 il bundan əvvəl itmişdir. Cinsiyyət orqanı 1922 – ci ildə öz yerində olmuşdur, həmin vaxt mumyanı qəbirdən çıxarmışdılar. Bunlara Harry Burtonun da (1879 – 1940) da çəkdiyi şəkillər şahidlik edə bilər. Bu rəsmlər Hovard Karterin ekspediyasının nümayəndələrinə aiddir. Lakin 1968 – ci ildə artıq o öz yerində olmamışdır. İlk dəfə aparılan tədqiqatlardan sonra itmişdir və həmin araşdırma Ronald Harissona aid idi. Hətta yayılan sözlərə görə пенис satış zamanı oğramışlar. Məlum oldu ki, kişilik mənasını ifadə edən hissə heç yana itməmişdir. Sadəcə olaraq uzun onilliklər boyunca qumun altında Tutanhamonun altında qalmışdır. Müəyyən müddət bundan əvvəl oradan da tapılmışdır. Zaha Havasanın məlumatına əsasən onlar bu itkiyə çox da fikir verməmişlər və qum da həmin hissəni gizlətmişdir. Həmin hadisə də rentgen aparıldıqdan sonra məlum olmuşdur. Nəticədə həmin hissəyə 2005 – ci ildə aparılmış tomoqrafiyaya əsasən tapa bilmişlər. Şimali Arizona Universitetinin tədqiqatçısı Yevgeni Kruz Yuraybanın məlumatlarına əsasən mumyalanma zamanı qədim misirlilər həmin hissəyə xüsusi qayda ilə forma verirmişlər. Əlbəttə məhz bu mumyalanmanı əfsanəvi edən əlamətlərdəndir. Tutanhamonun qəbridə tapılmış iki qız Tədqiqatçılar demək olar ki, fironun qəbirindəki iki balaca mumyanın kimlərə məxsus olduğunu aşkara çıxarmışdır. Təxminən bir ay bundan əvvəl Misir alimləri xarici mütəxəssizlərlə birlikdə Titanhamonun qəbrindəki iki balaca uşaq mumyasına diqqət yetirdilər. Həmin mumyalar hələ 1922 – ci ildə Karvaron və Harvard Karterin araşdırmaları zamanı üzə çıxmışdır. Lakin indiyə qədər demək olar ki, heç kim bu mumyalar haqqında məlumata sahib olmamışdır. Bilinməyən səbəblərə əsasən uşaqların mumyaları gizli saxlanılmışdır. İndiki dövrə qədər onların mumyaları Qahirə Universitetinin tibb fakultəsində gizlədililirmiş. Balacaların mumyaları heç vaxt Tutanhamondan ayrılmamışdır. Lakin Qərb alimləri balacalar üçün 30 il bundan əvvəl tədqiqat məqsədi ilə icazə almışlar. Bu mələlələr konfransda aşkar edilmişdir, hansı ki, keçən sentyabr Böyük Britaniyanın Mançester Universitetinin misirşünaslıq üzrə biotibbi mərkəzində keçirilmişdir. Mumyaların hər ikisinin embrionu yoxlanılmış və onların qız olduqlarının qərarı verilmişdir. Onlardan birinin hündürlüyü 30 sm, digərininki isə 38,5 sm hesablanmışdır. Ümumiyyətlə tam dəqiqliklə desək birinci beş aylıq, ikinci isə yeddi aydan doqquz aya qədər ola bilərdi. Onların beyinləri və daxili hissələri hələ qalırdı, çünki adətləri üzrə mumyalanmışdı və üzərlərinə maska qoyulmuşdu. “1969 – cu ildən etibarən mən Tutanhamonun qalıqları üzərində tədqiqatlar aparıram.” - Robert Konelli demişdir. Həmin şəxs Böyük Britaniyanın Liverpul Universitetinin antropoloqu olmuşdur. Həmçinin onun qan qrupunu da aşkar etmişdir. 1979 – cu ildə məni və mənim kolleqam olan Norveçdən Katerina Helierə həmin balacalardan biri üzərində araşdırmalar aparmağa icazə verdilər. Həmin mumyanın qanı fironunku ilə eyni idi. Alimlər hardasa 100% əmindilər ki, Tutanhamon o mumyalanmış balaca qızlardan birinin atasıdır. Bəlkə də ikisinində atasıdır. Digər fikirlərə əsasən bu qızlar əkizdir, onların boylarında hər hansı fərqlərə rast gəlinsə də. “Belə hallar baş verir.” – Konolli izah etmişdir. O, bildirmişdir ki, bəzən embrionlardan biri digərindən qidalanaraq sürətlə uzanır. Bunu da qeyd edək ki, mumyaların rentgen edilməsi zamanı onların sümüklərində anormal hallarla qarşılaşmışlar. Qədimdən irəli sürülmüş fikirlərə görə Tutanhamonun övladının olması onda olan çatışmamazlıqlarla əlaqədar mümkün deyildi və həmçinin digərlərinə görə isə onun qadınla qarşıq formada olması bu tipli hadisələri tamamilə təqzib edirdi. Lakin xatırladaq ki, bütün bunlar yalnız irəli sürülən məlumatlardır. Həmçinin alimlərdən bir neçəsi bu balacaların Tutanhamonun ailəsinin üzvlərindən və hətta qohumlarından olmasını da vurğulayır. Məlumdur ki, Tutanhamonun atası Exnaton olmuşdur, həmin şəxsin möcüzəli dərisi, xüsusi bədəndən çıxmış vəziyyətdə olan başı və əlləri, bütün alimlər tərəfindən bu fironu hörümçəyə bənzədilməsinə səbəb olmuşdur. Həmçinin ekspertlər aparılarkən onun quruluşu göydən gələnlərə də bənzədilmişdir. Lakin Tutanhamonun anası indiyə kimi məlum deyil, ola bilsin həmin qadın Exnatonun birinci xanımı Nefertiti olmuşdur. Həmçinin ikinci xanımı olan və onun həyatından tarixçilərə yalnız adından başqa heç nə məlum olmayan Hiya da ola bilər Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 16 Eylül 2010 Paylaş Mesaj tarihi: 16 Eylül 2010 melumata gore cox sagol. Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 25 Kasım 2012 Paylaş Mesaj tarihi: 25 Kasım 2012 ...məlumat üçün təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 ~Təşəkkürlər~ Alıntı Link to comment Share on other sites More sharing options...
kenan chelsea Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 onun cizgi filmine baxirdim evveller Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 maraqlıdır Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 ..məlumat üçün təşəkkürlər... Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.