Jump to content
Forum Windows-az.com

Əyləncəyə və boş qazanlara yox deyək!


Guest TuRaL

Recommended Posts

Hamınızın diqqətini TV-də olan mənasız verlişlərə yönəltmək istəyirəm. Bildiyimiz kimi Azərbaycanın cəmi 6-7 Televiziyası var. Onlara da nə zaman baxırsan ya hansısa müğnnini göstərirlər, ya hanısa müğənni üçün SMS nömrəsini göstərirlər, ya da boş qazana 1 litr su və içinə 2-3 kartof tökürlər qaynadırlar. Adlarını da qoyurlar verliş aparırlar. Sözün düzü mən həmin o verlişləri aparanları qınamıram. Çünki onların öz qazanlarında olan elə odur. Ondan çox bilmirlər, daha da yazığım gəlir onlara. Amma bütün bunları Tv-yə buraxanlardadır günahlar.

 

ATV, XƏZƏR, ANS, İCTİMAİ, SPACE, LİDER kimi kanllar günün əksər vaxtını axmaq-axmaq verlişlərlə keçirdirlər. Ay kanal sahibləri bəsdirin də bu milləti bu günə saldınız. Sizin bu axmaq verlişlərinizə baxmaqdan millətimizin beynidə artıq boş qazana çevrilir. Bəsdirin bu milləti kor etdiniz.

 

Mədəni, Marifləndirici, Elmi, Bədii, Məntiqi verlişləri daha çox vermək lazımdır.

Link to comment
Share on other sites

Proqramlar telegramda

günümüzün əsəs problemlərinnəndi bu.camaat da günü gündən qoyunlaşır bunlara baxmaqdan.mən tvni açan kimi Discovery,NGC(National Geographic Channel) baxıram.KTVdə 4-5 dənə belə məşhur kanal var.onlara günlərnən baxmaq olar.əla verlişlər olur.heç olmasa ay millet 1mənalı şey öyrənindəə.1 də bizimkilər yaxşı 18+ kinolara baxa bilir wink sonra da mentelitetdən danışırlar no

Link to comment
Share on other sites

Heç olmasa kinoya baxsalar dərd yarı. Kinoda hansısa məntiq var.

 

Ən zəhləm getdiyi kanal Liderdir. Liderin siyasi xəbər şərh edən jurnalistləri ağızları köpüklənə-köpüklənə ancaq müxalifəti söyürlər. Elə bil müxalifət onların müştəriləri olub amma pullarını verməyib.

 

İtv -ancaq giydirmə kinolar verir, adam o kinolara baxmaqdansa başına güllə çaxar.

Xəzər xəbərləri oğurlayır, türk saytlarından

İdman azərbaycan - ancaq köhnəlmiş süjetlər verir, və bir qələbə olanda 1 il gedir kanalda.

AZtv-tə baxanda adam elə bilir ki həyat bundan gözəl ola bilməz. Xəbərləri elə verirlər ki Nev York bakıdan geri qalıb.

ANS-in aparıcıları elə bil kifirlik müsabiqəsindən çıxıb.

 

Birdə ən çox xoşum gələn kanal ANS-dir. Üzr istiyirəm hamıdan. ANS-də qəhbəliyə, və yekabaşlığa başlayanlar şirkətdən uzaqlaşdırılır, və sonradan həmin işçiləri LİDERDƏ, SPACEDƏ görürsən... wink

Link to comment
Share on other sites

sizin sohbete mende qosuluram

ehhh bu kanallar puldan otru ne desen ederler.

dne hec komputere aid bele qeseng programlari var?yox

neyine lazim.ele mugeniler soyunub cixsinlar.................

 

 

qaldiki medeniyet onlarda o olmurki?

kecen defe mugennilere vurma gedvelini sorusurlar inan hec biri bilmedi

biyabirciliq.

natavandan sorusdular ki 5 vur 6 nece edir dediki gor sen cavaba bax eeeeeeee deyir hec olmasa mene kagis qelem verin.guya olsa hesablayacaq

.harda gorulubki vurma cedveline kagis qelem lazimdirki hesablasin.

semed semedovdan sorusdularki Azerbaycanin himnini kim yazib sozlerinin ve musiqisini bilmedi wink

 

sou biznez bir suru ......mo mo mo

 

 

Link to comment
Share on other sites

Onu demirsən. 28may günüdə müğənnilərdən soruşurlar ki bu gün nə günüdür. Çobanların heç biri bilmədilər. Halbuki həmin günü konsert proqramlarında oxuyurlar.

 

Mən bu cür milli məsələlərdə çox diqqətçiləm ona görə tələb edirəm bu vətənin suyunu içən hər kəs Bilməlidir ki bu dövlət (cümhuriyyət) nə vaxt yaranıb. Əgər 1918ci ildə dövlətimizi yaradanlar bilsəydilər ki indi onların yaratdıqları dövlətin tarixini sonradan axmaq cammat bilməyəcək vallah heç yaratmazdılar.

 

Demirəm gedin tarix oxuyun. Amma vətənin tarixini bilməyən kəs bu vətənin suyunu, çörəyini boğazından keçirtmələlidir.

 

Eh nə diyəsən bir şey ki xocalı günündə gedib İSRAİLDƏ konsert verirlər. nə var-nə var hərəsinə 3-5min dollar pul verəcəklər, haramları olsun

Link to comment
Share on other sites

  • 6 ay sonra...

İnanın heç Azərbaycanda, öz kanallarımıza baxan yoxdur. hamı Türk ya rus kanallarına baxır. Elə yaxşıda eliyir :) baxmağa heçnə yoxdu. Bütün günü, adların müğənni qoyan, "Q" lardan verirlər. Guyaki müğənnilərdə ürəyi açıqdırda. Hamısı mollanının dalı kimi pakdı guya.. Hələ bunlarda azmış kimi, evləndirmə verlişi açıblar. Verlişə anca evlənib, boşanan qızlar gəlir. Hamısınında yaşı 20 25 yaş arasıdı. Belə şey olmaz, Millət ayağa qalxmalıdır.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...