Jump to content
Forum Windows-az.com

Sevgi misraları


Guest fariz.ibiyev

Recommended Posts

Proqramlar telegramda
Guest fariz.ibiyev
ZOYAG_5699.jpg


Gecənin bir yarısı



Gecənin bir yarısı,
Ağlayan bir həsrət sancısı,
Qırıldı bu eşqin aynası,
Daha Nə mənası,
Nə faydası.
Ürəyimdə tikanlı qəmqüssələr,
Ömrümü sömürdülər.
Məni unudan mələklər,
Küsüb gedən diləklər,
Halımı bir görsələr,
Ağlamaqdan ölərlər.
Üzərimə nazil olan
Bu dərd-kədər,
Bir dağın üzərinə
Nazil olsaydı əgər,
Yerlə bir olardı.
Gecənin bir yarısı,
Ağlayan bir həsrət sancısı,
Qırıldı bu eşqin aynası,
Daha Nə mənası,
Nə faydası.


(söz/şeir:Muzzəmmil Naxçıvani)


GLWTN_3300.jpg



Bir məcnun məzarı



Bir məcnun məzarı,
Hüsran qaranlığında.
Ay işığına həsrət,
Yad olunmağa həsrət,
Uzaq bir diyarda intizarda.



Bir məcnun məzarı,
Mühacir kərvan yolunda,
Atlı piyadın baxışlarında,
Kiminin gecə yuxularında ,
Bir nigaran hissi duyulur, o məzarda.



Bir məcnun məzarı,
Tozlu dumanda.
Nə su tökəni var,
Nə də göz yaşı tökəni.
Tək soluq bir çiçək,
O da quru tikan ətrafında.



Bir məcnun məzarı,
Diri-diri torpağa gömülən bir məcnun,
Hər cür əzaba düçar olan bir məzlum,
Tək günahı sevgiyə məhkum.



Bir məcnun məzarı,
Bir fəryad etsə ürəkləri yandırıb yaxar,
Dənizlər od tutub yanar,
Dağlar yerindən yerlə yeksan olar,
Bu dərdə kim ağlar, kim yanar.

(söz/şeir:Muzzəmmil Naxçıvani)


OGCZJ_1964.jpg



Əlvida!!!

C_e_R_i

Əlvida o xoş günlərə,

Sənlə yaşanan xatirələrə,

Bitməz sandığımız sevgiyə,

Dilim gəlmir deməyə, əlvida sənə.





Muzzammil_Naxcivani

Dizlər büküldü daha qalmadı taqətim,
Əlvida ilə nöqtələndi məhəbbətim,
Sən mənim ilk və son hisslərim,
Əlvida ilə bağlandı sənsizliyə gözlərim.



C_e_R_i

Yalan oldu bu sevda,

Ayrıldıq biz bir anda,

Bu son görüş, bu son vida,

Əlvida sənə, əlvida!!!



Muzzammil_Naxcivani

Xoshbəxtliyim bədbin bir nəğmədir,
Aldığım hər nəfəs əcəl zəngidir,
Sevilmək deyil tək niyyətim,
Unudulmamaqdır tək istəyim!!!


RENZM_1034.jpg



Sevgi



Muzzammil_Naxcivani


Sevgidir məni bir huş edən,
Gözlərindir məni məst edən,
Səndən ayrı qalsam əgər,
Qüssə, kədər məni zülm edər.

C_e_R_i


İçində sevgi olmayan,
İnsan varmı həyatda?
Sevgi dadını alıb da,
Sevməyən varmı dünyada?

Muzzammil_Naxcivani


Mənim hisslərim tərki dünya,
Bir röya bəlkədə bir xülya,
Bir vəfadar yar varmı guya,
Qərq oluram mən yorğun yuxuya.

C_e_R_i


Sevgi çicəyi hec solmasın,
Qüssə, kədər olmasın,
O gözlər yaşla dolmasın,
Dünyada sevgisiz insan qalmasın.

Muzzammil_Naxcivani


İstəmirəm alovlansın ömrüm,
Daha solmasın ümüd gülüm,
Yaşla dolmasın iki gözüm,
Sən mənim ilk və son sözüm.

C_e_R_i


Sevgi xoş bir hisslər dolu,
Bitməyəcək gözəl bu duyqu.
Hisslər izahsız qədər çətin,
Sevgi ilə dolsun o ürəyin.


DAYBW_9661.jpg



Bağışla bilmədim



Bağışla bilmədim,
Bilmədim, bilmədim.
Huzurunda hisslərim icazəsiz diz çökdü,
Bir gedişin boynumu bükdü,
Məndəki qəm sənin hökmündü.
Mən zənn edirdim ki, sevir məni hər an,
Sən demə bir ümüdə qapandım bir an,
Gəldi-gəldi gözləmədiyim o an,
Və hərşey yalan, yalan,
Geriyə tək xüsran qalan və viran.

Yox getmə razıyam sevmə inan,
Lakin məni sənsiz, səssizliyə qərq etmə,
Bu ömrü yerlə yerksan etmə,
Bağışla bilmədim,
Bilmədim, bilmədim.
Bu günü heç düşünmədim.
Qışın sərtliyindən belə,
Sənə olan sevgimlə heç üşümədim,
Mən sənsizləyə öyrəşmədim.
Mənə küsmə, incilmə, kövrəlmə,
Nə edim sevdim, sevdim,
Nə edim sevdim,
Bağışla bilmədim.

(söz/şeir:Muzzəmmil Naxçıvani)
Link to comment
Share on other sites

Guest fariz.ibiyev
ORPLU_8658.jpg



Ağladı gözlər sənsiz,
Tükəndi Əyyub səbirləri sənsiz,
Yusufun düşdüyü quyudayıq biz.
Gəl ey zülmətin nuru,
Gəl ki, Qərq olsun Fironlar,
Odların-da yansın Nəmrudlar Tağutlar.
Gəl ki, yenə Təkbir desin ümmətin,
Yenə üstümüzdə Qara buludlar.
Göz yaşlı Uvəyslər səni istər,
Gülməz oldu sənsiz bu üzlər,
Hicrətindən qalan izlər bizi gözlər,
Heyhatlıdır Sənsiz gündüz-gecələr.
Sənsiz keçən günlərimiz,
Dənizdə batan qayıq kimi.
Məhkum olduq sənsizliyə biz,
Zindanda ölən şəhid kimi.


(söz/şeir:Muzzəmmil Naxçıvani)


OVSXR_7741.jpg




Ağlayan həsrətim

Zənn etmə ki unutdum səni,
Sən məndəki bir müqqəddiməsən,
Sən mənim qəmli hekayəmsən,
Sən mənim əzab mələyimsən.



Nə gecəm var nə gündüzüm,
Sənə deyiləcək yoxdur sözüm,
Görmədiyimidə gördü gözüm,
Bu hicarana, tənhalığa, ayrılığa,
Gözəl səbr gərəkdir ki, dözüm.



Yoxsa türbədə əriyən,
Bir şam olaram,
Divanə olaram,
Dayanmadan ağlaram, sızlaram,
Kimə səni oxşadaram,
Kimə?



Halım yamandır,
Artıq xeyri zamandır,
Sənsiz dörd divarım da zindandır,
Ağlayan həsrətim agahdır.



(söz/şeir:Muzzəmmil Naxçıvani)


EMWYG_6367.jpg



Mən heç uşaq olmadım,
Nə uşaq kimi oynamağı bildim,
Nə də uşaq kimi sevilməyi, gülməyi.



Gözlərim dolardı qəlbimə, süzülərdi ilk öncə,
Sığınırdım bir künce,
Seyr edirdim, uşaqların xoşbəxtliyini gizlice.



Demədilər heç buyur gəl oyna bizimlə,
Hiss edirdim onlar məndən uzaqlaşırdı.
Axşam olurdu ataları işdən qayıdırdı,
Hər biri öz atasına tərəf qacırdı.



Mən isə boynu bükük yerə baxırdım,
Və mən həmişəki kimi tək qalırdım.
Oyana, buyana vəgər edirdim,
Özüm özümlə söhbət edirdim,
Mən heç uşaq olmadım ana.



(söz/şeir:Muzzəmmil Naxçıvani)
Link to comment
Share on other sites

Guest fariz.ibiyev
DQXYR_7542.jpg




Ümid sevinci

Ümid sevinci mənə düşməz oldu,
Nədənsə hər nəyi düşündümsə
O düşündüyüm mənə düşmən oldu,
Bilirəm çoxdan ümid gülüm soldu.
Lakin küsmədim bu eşq həvəsindən,
Kəsmədim ki bu hissi nəfəsimdən,
Düşündüm bəlkə üzüm-könlüm gülər bu dəfəsindən.
Və hər dəfə bir-bir sınadım,
Hər sınağımdan yaralandım və biraz da ağladım,
Ruhumu bu sevgiyə niyə belə bağladım,
Və niyə kədər zindanında məhkum qaldım.
Sən bir çeşmə ikən,
Mən sənsiz səhralandım.
Sən bir səhra ikən,
Mən sənsiz məzarlandım.

(söz/şeir:Muzzəmmil Naxçıvani)
Link to comment
Share on other sites

Guest fariz.ibiyev

 

 

 

 

Ümid sevinci

Ümid sevinci mənə düşməz oldu,

Nədənsə hər nəyi düşündümsə

O düşündüyüm mənə düşmən oldu,

Bilirəm çoxdan ümid gülüm soldu.

Lakin küsmədim bu eşq həvəsindən,

Kəsmədim ki bu hissi nəfəsimdən,

Düşündüm bəlkə üzüm-könlüm gülər bu dəfəsindən.

Və hər dəfə bir-bir sınadım,

Hər sınağımdan yaralandım və biraz da ağladım,

Ruhumu bu sevgiyə niyə belə bağladım,

Və niyə kədər zindanında məhkum qaldım.

Sən bir çeşmə ikən,

Mən sənsiz səhralandım.

Sən bir səhra ikən,

Mən sənsiz məzarlandım.

 

(söz/şeir:Muzzəmmil Naxçıvani)

 

Məkkədə, Mədinədə izlərin var

 

 

 

Açmayan güllər sənin eşqinlə açar,

Qəlbə ox dəysə qan yerinə sevgin axar,

Səhrada bir kimsə su yerinə səni axtarar,

Məkkədə, Mədinədə izlərin var.

 

 

 

Qarlı yolları sevgin əridər,

Yenə Mədinə hicrətini istər,

Doğulduğun Məkkə həsrətini çəkər,

Məkkədə, Mədinədə izlərin var.

 

 

 

Sönən yanğına sevgin atəşdir,

Yağışsız buluda sevgin şimkəkdir,

Ümidsizlərə ümid səndədir,

Məkkədə, Mədinədə izlərin var.

 

 

 

Sevgin xəstə könüllərə şəfadır,

Səni görənlər bəxtiyardır,

Şəfaətinə ümmətin möhtacdır,

Məkkədə, Mədinədə izlərin var.

 

 

 

(söz/şeir:Muzzəmmil Naxçıvani)

 

Oyan Gözlərim...

 

Oyan Gözlərim oyan

Bilməzsənmi ki,

yuxu sənə haram.

oyan Gözlərim oyan

dur viran eylə.

Qəlbindəkilərini,

Divanə eylə hisslərini.

Həsrət izləyir hər an səni,

Oyan Gözlərim oyan

Geriyə qayıtmaz o eşqi dövran,

O Yar bir yalan

Kədərdir sənlə yarışan.

qəmqüssədir göz yaşlarıva qarışan.

Oyan Gözlərim oyan

Fəryadıva bürün

Ziyan olunmuş hər bir günün,

Səvəbkarı sən,

Günahkarı yenə sən

Bir soyuqqqanlı olmağı

bacara bilməzsən.

Düşüncələrivi bir tuğyan edə bilsən

Oyan Gözlərim oyan

İlahi eşq qırsın səni.

Nigaran yuxulardan

Hifz eyləsin səni xülyalardan.

Ayırsın yuxularda ki röyalardan,

Bəşərin sevgisi bir zindan

Dayan getmə

yoxsa ümidlərin olar ziyan.

Oyan Gözlərim oyan

Eşqin fəsli bitdi,

Oyan Gözlərim oyan

(söz/şeir:Muzzəmmil Naxçıvani)

 

MUYWX_9827.jpg

 

Diyarım

 

 

Mənim hüznlü qürbətli diyarım

 

Sən mənim bədbin eşqimin yarı

 

Hər göz yaşıma şahid oldun

 

Qəmginliyimədə təkliyimədə

 

Yuxusuz keçən hər gecəmədə

 

Kövrək misramada

 

Bəxtsiz xəyallarımada şahid oldun

 

Ey mənim diyarım Sənə baxıbda

 

Hey həsrət kölgəsində qaldım

 

Tərk olundum bir-bir qatarı tərk edən sərnişinlər kimi

 

Sevilmədim özüm sevdiyim kimi

 

Batsın bu gəmi qərq olsun dərin sulara

 

Mənzilinə yetişməsin çatmasın ki yeni vəfasızları görməsin

 

Diri-diri torpağa gömülməsin birdə

 

Bu eşqdir deyə sevinməsin birdə

 

Bilsin ki bu sağalmaz yaradır

 

Bu yara eşq əzabıdır

 

(söz/şeir:Muzzəmmil Naxçıvani)

 

Mən mümkün olmayan izlərin helakındayam

 

 

Mən ünvansız sevgilərin qapılarındayam

 

Mən körpə bir xəyalın arzusundayam

 

Mən eşqimin aşurasındayam

 

Mən məqbulsuz duallardayam

 

Mən itirilmiş ismət yuxusundayam

 

Mən ölən aşiqin soyuq zindanındayam

 

Mən köcüb gedən mühacir yolundayam

 

Mən tükənməz şairlər kərvanındayam

 

Mən qərib bir məzlum məzarıyam

 

Mən kövrək bir misra

 

Mən uzaq bir diyar

 

Mən ömrün qəzası

 

Mən yetimin göz yaşı

 

Mən tərk edilmiş bir yuva

 

Mən sevgiyə həsrət

 

Sevgi mənə həsrət

 

Mən arzulara həsrət

 

Arzular mənə həsrət

 

Mən xoşbəxtliyə həsrət

 

Mən həsrətə məhkum bir kədər

 

 

(söz/şeir:Muzzəmmil Naxçıvani)

Link to comment
Share on other sites

Guest fariz.ibiyev
APQZC_4258.jpg




E T İ R A F (dua)

Ey Uca Rəbbim

Etiraf edirəm bir məxluqu səndən çox sevdim.

Utanıram və özümə nifrət edirəm.

Gecdə olsa peşimanlığımı ərz edirəm.

Uzaqlaşdım səndən,

İtirilmiş ismət oldum sənsizlikdən.

Gecələri bir onu yad etdim,

Bir onu sevdim.

Faniliyini getdiyində dərk etdim.

Gecəmi gündüzümü ona həsr etdim.

Etiraf edirəm,

Sirat körpüsündən keçə bilmərəm.

Qırıldı imanım bir şüşəki kimi, kəsdi əlim qanadı,

Gözlərim onun yolunda ağladı.

Etiraf edirəm hələdə oyanmadım qəflət yuxusundan,

Şeytanın sevgi röyasından.

Etiraf edirəm hələr hifs olunmadı düşüncələrim,

Aldandım Bir Adəm kimi

Yönəlmədi tövbəyə nəfsi istəkllərim

Qırmadım ruhumda ki, bu fani düyünü.

Dadmadım əzan səsində ki, sübhü

Gördüm gecdə olsa insanların iki iç üzünü.

Gördüm bir güzgü kimi gördüm həm özümədə,

Sadecə quru bir inam inac var dilimdə sözümdə,

Etiraf edirəm o yalan yar var qəlbimdə,

Etiraf edirəm dünyaya meyl var izlərimdə və könlümdə,

Mənim şan şöhrətimdə öləcək əlbət mənlə qəbrimdə,

Ən yaxınlarım belə unudacaq ta dəfn edildiyimdə.

Allahım sənsiz nə qazandım ki, itirdiklərim qazancımdan çox, israflarımın kəffarəsi yox.

Allahım dost dediyim dosta yalan oldu

Nədənsə gözlərimə günah toz dumanı doldu.

Qəzası olmayan günlərim mənasız soldu,

Rəbbim demədim ürəkdən

Rəbbim ismini dilimə gətirərkən əsmədim tir-tir,

Sevdiklərim zamanla tərk etdi məni bir-bir.

(söz/şeir:Muzzəmmil Naxçıvani)
Link to comment
Share on other sites

  • 1 sene sonra...
  • 3 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...