Guest Musa_ Konu tarihi: 18 Aralık 2011 Paylaş Konu tarihi: 18 Aralık 2011 Texnologiya və yeniliklər insan həyatında sürətlə daha böyük yer tutmağa başlayıb, yeni həyat stilinə çevrilib. Bu yenilikləri izləməkdə uşaqlar artıq böyüklərdən də irəlidədirlər. Alimlərin apardıqları araşdırmalara görə, insanların həyatında mühüm yer tutmağa başlayan Facebook, Twitter kimi sosial şəbəkələrdən uşaqların istifadəsi isə onları təhlükələrlə üz-üzə qoyur. İnternetdə uşaqların təhlükəsizliyi ilə bağlı mövcud problemlər və ölkəmizdə onların həlli yolları ilə əlaqədar hansı addımların atılması vacibdir? Azərbaycan İnternet Forumunun prezidenti (AİF) Osman Gündüzün sözlərinə görə, Facebook özü bu məsələlərdə ciddidir. Yəni formal olaraq onların qaydaları var və istifadə qaydalarına görə, üzv olmadan öncə, bu qaydalara əməl edilməlidir. Orada bir qayda məhz bundan ibarətdir ki, 13 yaşdan aşağı olanlar üzv ola bilməzlər. Ancaq təbii ki, üzv olmaq istəyən uşaqlar orada yaşlarını yuxarı göstərirlər. Digər tərəfdən, uşaqların yalnız sosial şəbəkələrdə yox, ümumiyyətlə, internetdə təhlükəsizliyinin gündəmdə olan bir məsələ olduğunu deyən AİF rəhbəri, beynəlxalq aləmdə, inkişaf etmiş ölkələrdə bu məsələyə baxışın müxtəlif olduğunu deyir: "Elə ölkələr var ki, məsələn, İngiltərədə buna tamamilə sərt yanaşırlar. Bəzi ölkələr bir qədər qeyri-sərtdir, amma onlar uşaqların təhlükəsizliyi ilə bağlı ciddi addımlar atır. Məsələn, Amerika, Fransa və digər inkişaf etmiş ölkələrin əksəriyyətində uşaqların internetdə təhlükəsizliyi məsələsinə yanaşma çox ciddidir. Ölkəmizdə uşaqlarla bağlı bu sahədə vəziyyət bir qədər yumşaqdır. Bu istiqamətdə müxtəlif ölkələrdə fərqli addımlar atılır. Məsələn, uşaqlarla bağlı müxtəlif informasiyalar yayan resurslara, müxtəlif çatlarda uşaqlara təsiredici informasiyalar yayan şəxslərə qarşı addımları göstərmək olar. Elə ölkələr var ki, onlarda uşaqların təhlükəsizliyini qorumaqla bağlı oturuşmuş informasiya sistemləri formalaşıb". Azərbaycanda internetlə bağlı təhlükəsizlik sistemi varmı? İnternetdə uşaqların ələyhinə yönələn, psixoloji təsir edən informasiyaların qarşısını almaq, onların tərbiyəsinə təsir edən informasiyalardan qorumaq və s. tədbirlər də var. Azərbaycana gəldikdə isə O.Gündüzün sözlərinə görə, uşaqların internetdə təhlükəsizliyi ilə bağlı zaman-zaman müxtəlif tədbirlər görülür: "Belə ki, təhsil sistemində gözəl bir informasiya, təhlükəsizlik sistemi qurulub. Yeni internet, təhsil sistemində, müəssisələrdə filtrasiya-süzgəcdən keçirilib verilir. Həmin informasiya sistemində zərərli informasiyalar, ekstremizm, terrorçuluğa çağırış, pornoqrafik, erotik və başqa bu kimi mövzular avtomatik olaraq süzgəcdən keçirilib təhsil müəssisələrinə verilir. Eyni zamanda burada 100 faiz nəticə əldə etmək mümkün olmadığına görə təhsil nazirinin əmri ilə müvafiq şura yaradılıb və burada təhsil müəssisələri üçün yararlı olmayan informasiyaların oraya getməməsi ilə bağlı müəyyən tədbir görülür. Mən ekspert olaraq həmin şurada iştirak edirəm. Burada qanunverici bazası formalaşıb ki, hansı informasiyalar internet üzərindən təhsil müəssisələrinə verilə bilər, hansı yox. Beləliklə, təhsil sistemində təmiz internetlə bağlı problem 99 faiz həll olunub". Ancaq AİF rəhbəri deyir ki, digər müəssisələrdə, evlərdə, internet klublarda belə problemlər qalmaqdadır. Bu istiqamətdə AİF tərəfindən müxtəlif ictimai, dövlət və özəl qurumların xətti ilə iş aparılıb. Məsələn, Microsoft, RİTN, TN xətti ilə bu istiqamətdə tədbirlər keçirilib. Broşüralar təqdim edilib, müəllimlər üçün seminarlar keçirilib. O.Gündüz onu da qeyd etdi ki, uşaqların internetdə təhlükəsizliyi ilə bağlı ciddi bir problem valideynlərdə müəyyən informasiya mədəniyyətinin aşağı olması ilə bağlıdır: "Evlərdə hazırda vəziyyət elədir ki, valideynlərin əksəriyyəti uşaqlara normal kompüter alıb verirlər, internetə qoşulurlar, sonra isə nəzarət etmirlər, burada ciddi problemlər var. Fikrimcə, ictimai və dövlət qurumları evlərdə, internet klublarda uşaqların informasiya təhlükəsizliyi ilə bağlı ciddi addımlar atmalıdır". Uşaqları gözləyən başqa hansı təhlükələrdir? Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru, "Aktual" elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri Əbülfəz Süleymanlı isə texnologiyanın faydaları yanında zərərlərin də mövcudluğunu və ən böyük zərərin kompüter qarşısında, virtual aləmdə itib-batan uşaqlar olduğunu deyir: "Bu sahədə müşahidələr və aparılan tədqiqatlar onu göstərir ki, azyaşlı istifadəçilərin əhəmiyyətli bir hissəsi kompüter haqqında zəruri məlumata sahib olmadan sosial şəbəkələrə üzv olur. Eyni zamanda azyaşlı istifadəçilərin bir qismi sosial şəbəkələr üzərindən heç tanımadıqları insanlarla ünsiyyətə girir, bir qismi isə həmin insanlarla hətta üz-üzə görüşürlər. Bu da bu səhifələrdə ən xırda təfərrüata qədər öz şəxsi informasiyasını paylaşan azyaşlı istifadəçilərin psixoloji və sosial təhlükələrlə qarşılaşması riskini artırır. Belə ki, bu cür tanışlıqları öz bədnam məqsədləri üçün istifadə etmək istəyən şəxslərin sayı heç də az deyil". Sosioloqun fikrincə, başqa böyük təhlükə isə sosial şəbəkələrdən bir növ asılı vəziyyətdə olan uşaqların vaxt itkisidir. Belə ki, yeniyetmə və uşaqların sosial şəbəkələrdəki profillərini davamlı təqib etmək istəmələri, "dostum nə paylaşmış, qrupda hansı müzakirə olmuş" marağı ilə sıx-sıx şəbəkədəki səhifələrini ziyarət etmələri uzun vaxt itkisinə səbəb olur. Bu da şübhəsiz ki, şagirdlərin dərslərinə vaxt ayırmalarını məhdudlaşdırdığı üçün dərs prosesinə mənfi təsir göstərir. Uşaqlar özləri də bunu etiraf edirlər. Bu yaxınlarda Türkiyədə orta məktəb şagirdləri arasında aparılmış sosioloji sorğu nəticəsində respondentlərin 60 faizi sosial şəbəkələrdən çox sıx istifadə etmələrinin dərs prosesinə çox mənfi təsir göstərdiyini qeyd edib. Uşaqlar kompüterdən asılı fərdə çevrilirlər İnternetdən asılılıq uşağın şifahi və yazılı nitq mədəniyyətinin inkişafını da müəyyən ölçüdə əngəllədiyini deyən sosioloqun fikrincə, internetin öz ifadə üslubu var və həmin üslüb ədəbi üslubdan xeyli fərqlənir ki, bu da təbii olaraq bir çox məsələlərdə və ələlxüsus təlim-tədris prosesində ciddi problemlərə səbəb olur: "Digər tərəfdən vaxtının böyük hissəsini sosial şəbəkələrə və kompüter oyunlarına sərf edən uşaq və yeniyetmələrin özünə qapalı, özünə inam hissi az, sosial əlaqələri və ünsiyyət qurma imkanları zəif, utancaq və küsəyən olduqları təsbit olunub. Belə ki, asılılq nəticəsində virtual aləmdən uzaqlaşmaq istəməyən uşaq kompüterdən asılı fərdə çevrilir. Beləliklə, həmyaşıdlarından, ailəsindən, sosial mühitdən uzaqlaşan yeniyetmə-uşaq yalnızlaşır və sosiallaşması, bir başqa ifadə ilə cəmiyyətə uyğunlaşması getdikcə çətinləşir. Bu yaxınlarda ABŞ-da aparılan tədqiqatdan məlum olur ki, virtual ünsiyyət yalnız müvəqqəti bir xoşbəxtlik gətirir, reallıqda isə buna aludə olan insanlar özlərini yalnız və qəmgin hiss edirlər. Bu aludəçilik uşaqların fiziki inkişafına da öz mənfi təsirini göstərir. Belə ki, fiziki mənada da hərəkəti məhdudlaşan uşağın həm sağlamlığı korlanır; kökəlmə və onurğa sütunun əyilməsi, şüalanmaya məruz qalma, gözün zəifləməsi və s., həm də toplanmış energiyasını fiziki mənada boşalda bilməyən bu uşaqlarda aqressiv və eqoistik davranışlar özünü büruzə verir. Tədqiqat nəticəsində məlum olub ki, sosial şəbəkə istifadəçiləri olan uşaqlar psixologiyada narsistik pozğunluq olaraq adlandırılan eqoistik pozğunluğa malik olurlar". Uşaqları bu aludəçilikdən xilas etmək üçün hansı tədbirlər həyata keçirilməlidir? Sosioloq deyir ki, bunun üçün xüsusilə valdeynlər ilk növbədə övladlarını bu cür şəbəkələrin təhlükələri və riskləri haqqında məlumatlandırmalı, xüsusilə şəxsi informasiyalarını bölüşməmələri mövzusunda diqqətli olmalarını, hər verilən informasiyaya inanmamalarını onlara təlqin etməlidirlər: "Bunun üçün ilk növbədə valideynlərin özlərinin kifayət qədər məlumat sahibi olmaları vacibdir. Eyni zamanda yaxşı olar ki, valideynlər övladlarının internetdə keçirilən müddətini əvvəlcədən öz aralarında razılaşdırsınlar. Onlara daxil olduqları hər səhifəni kompüterə yüklədikləri xüsusi filtr proqramlarla nəzarət altında saxlamalı və nəzarət altında olduqlarını uşaqlar özləri də hiss etməlidirlər. Eyni zamanda yaxşı olar ki, internetə bağlı olan kompüter evin qonaq otağı kimi ümumi bir yerində olsun". Uşaqları internet aludəçiliyindən xilas etmənin ən yaxşı yollarından biri də onların yaradıcılıq imkanlarının inkişafına səbəb olan daha fərqli fəaliyyət növlərinə sövq etmək olduğunu deyən Ə.Süleymanlı hazırda uşaqların dərsdənkənar vaxtlarda və xüsusilə də tətil aylarında maraqlarını təmin edəcək başqa məşğuliyyət sahələrinin az olduğunu deyir: "Belə ki, əvvəllər mövcud olan uşaqlar üçün sənət emalatxanaları və dərnəkləri gözə dəymir, eləcə də oyun sahələrinin darlığı və bəzi yerlərdə hətta yoxluğu da problemin bir başqa tərəfini təşkil edir. Eyni zamanda düzgün ailə mühiti də əsas şərtdir. Bunun üçün də valideynlər övladları ilə daha çox vaxt keçirməli və açıq havada oyun oynamaları üçün onlara şərait yaratmalıdırlar. Bu işdə əlaqədar qurumlarda bilavasitə tədbirlər həyata keçirməlidirlər". Uşaqlar uşaq həyatından kənar böyüyür Həkim-pediatr Yasəmən Cəlilova isə bildirdi ki, hazırda uşaqların internetdən istifadəsi bir reallığa çevrilib: "Bu gün bəzi uşaqların aqressiv olmasının səbəbi nəinki sosial şəbəkələr, hətta televiziyada izlədikləri cizgi filmləridir. Çünki hazırda cizgi filmlərində xeyirxahlıq, qocaya, kimsəsizə yardım etmək kimi fikirlər deyil, öldürmək, güc tətbiq etmək kimi kadrlar yer alıb. Bundan başqa, əyləncə mərkəzlərində uşaqlar üçün tətbiq edilən oyunlar hamısı yenə mənfi amillər aşılayır. Eləcə də saatlarla internetdə, Facebook kimi sosial şəbəkələrdə vaxt keçirirlər. Uşaqlar uşaq həyatından kənar böyüyürlər. Onlar həyətdə uşaqlarla oynamaq, dost olmaq əvəzinə sosial şəbəkələrdə tanımadıqları insanlarla dostluq qurmağa çalışırlar. Uşaqlar yalnız ən çox yarım saat ərzində cizgi filminə baxmalıdırlar. Amma bu gün bunun tam əksidir. Burada valideynlər də günahkardırlar. Bu gün valideyn 7-8 aylıq uşaqların əlinə telefon verir. Valideynlər anlamaq istəmirlər ki, bu, uşağın beyninə necə mənfi təsir edir. Hazırda bağça yaşlı uşaqların bir çoxunda güclü əsəb müşahidə olunur. Valideyn bu yaşda uşağa nağıl, hekayə, şeir oxumalıdır ki, uşağın beyni inkişaf etsin. Ancaq telekanallarda hazır verilişlərə baxdığı, internetlə məşğul olduğu üçün inkişaf zəifdir, çünki beyin heç nə istehsal etmir". Alıntı Link to comment Share on other sites More sharing options...
DieseL Mesaj tarihi: 18 Aralık 2011 Paylaş Mesaj tarihi: 18 Aralık 2011 Dəyərli məlumatdır.Təşəkkürlər. Alıntı Link to comment Share on other sites More sharing options...
farid.93 Mesaj tarihi: 18 Aralık 2011 Paylaş Mesaj tarihi: 18 Aralık 2011 tewekkur Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Musa_ Mesaj tarihi: 18 Aralık 2011 Paylaş Mesaj tarihi: 18 Aralık 2011 Dəyməz.. Alıntı Link to comment Share on other sites More sharing options...
AQIL_ISMAYIL Mesaj tarihi: 18 Aralık 2011 Paylaş Mesaj tarihi: 18 Aralık 2011 Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Elmar2001 Mesaj tarihi: 18 Aralık 2011 Paylaş Mesaj tarihi: 18 Aralık 2011 Çox sağol MUSA Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Musa_ Mesaj tarihi: 18 Aralık 2011 Paylaş Mesaj tarihi: 18 Aralık 2011 Dəyməz.. Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 6 Ağustos 2012 Paylaş Mesaj tarihi: 6 Ağustos 2012 Tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
S.Orxan Mesaj tarihi: 6 Ağustos 2012 Paylaş Mesaj tarihi: 6 Ağustos 2012 tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
HeLMaX Mesaj tarihi: 6 Ağustos 2012 Paylaş Mesaj tarihi: 6 Ağustos 2012 -Rovshan-, S.Orxan, dəyməz.. Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 4 Aralık 2012 Paylaş Mesaj tarihi: 4 Aralık 2012 ...məncə bu mövzu həmişə aktual olacaq...təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
Rauf-SDTK Mesaj tarihi: 4 Aralık 2012 Paylaş Mesaj tarihi: 4 Aralık 2012 Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 4 Aralık 2012 Paylaş Mesaj tarihi: 4 Aralık 2012 Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Karb10 Mesaj tarihi: 4 Aralık 2012 Paylaş Mesaj tarihi: 4 Aralık 2012 Tsekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 4 Aralık 2012 Paylaş Mesaj tarihi: 4 Aralık 2012 məncədə Alıntı Link to comment Share on other sites More sharing options...
kenan chelsea Mesaj tarihi: 5 Aralık 2012 Paylaş Mesaj tarihi: 5 Aralık 2012 tesekkurler melumata gore Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 5 Aralık 2012 Paylaş Mesaj tarihi: 5 Aralık 2012 Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.