Jump to content
Forum Windows-az.com

Virusların Yaranma Tarixi Haqqında


===

Recommended Posts

1224400275_kill_autorunn.jpg


"Brain" - Dünyada ilk dəfə olaraq, 1986-cı ildə pakistanlı bir proqram təminatçısı satdığı proqramları saxta nüsxələrdən qorumaq məqsədilə "Brain" adlı virus yaradıb.

"Christmas tree" - Bu virus 1987-ci ildə yaradılıb və kompüterə düşdüyü vaxt ekranda yeni il ağacı görünür və nüsxəsini e-mail ünvanındakı bütün ünvanlara göndərir.

"Morris worm" - İnternetdə yayılan ilk mənfi məqsədli proqram kimi tanınan "Morris worm" virusu Robert Morris tərəfindən inkişaf etdirilmiş və 1988-ci ildə on minlərlə kompüterə zərər vermişdi. Bu hadisə ilə 1986-cı ildə ABŞ kompüter saxtakarlığı və mənfi məqsədlərlə işlədilməsi qanunu ilə mühakimə olunan Morris, ölkədən kompüter hücumlarının qarşısını almaq üçün tədbirlərin başlanılmasına səbəb olmuşdu.

"Melissa" - Bu virus 1999-cu ildə yaradılmışdır. Devid Smit tərəfindən yaradılan "Melissa" virusu özünü e-mail mesajlarına nüsxələyən bir virus idi. Göndərilən mesajda "Sənin istədiyin sənəd budur, əsla heç kimə göstərmə" yazılırdı. Çox tez bir zaman ərzində yayılan bu virus bəzi ABŞ şirkətlərinin elektron məktub vasitəsilə alış-verişlərinə son qoymalarına səbəb olmuşdu. Devid Smit saxlanıldıqdan sonra 20 ay həbs cəzası və 5000 dollar cərimə ilə cəzalandırıldı. Bununla yanaşı, o, həyatının sonuna qədər kompüterdən istifadə etmə hüququndan məhrum edildi.

"I love you" - Öz nüsxəsini çıxara bilmək qabiliyyəti olan bu virus ən zərərli kompüter viruslarından biri sayılır. 2000-ci ildə Filippində yaradılan bu virus 10 milyard dollar ziyana səbəb olmuşdu. Belə ki, virus, "Gizli pərəstişkarından gələn eşq məktubu" ifadəsi ilə insanları tələyə salır və beləliklə, istifadəçinin şifrə və gizli məlumatlarına yiyələnə bilirdi.

"Santy" - 2004-cü idə meydana çıxan bu virus "Google" və "AOL" kimi axtarış sistemlərində olan, təhlükəsizliyi yaxşı qorunmayan internet səhifələrini özünə qurban seçərək, 3 saatdan daha az vaxtda xeyli sayda səhifəni yararsız hala salmışdı.

"Conficker" - Wİndoüs əməliyyat sistemini hədəf seçən bu virus 2008-ci ildə yaradılmış və 15 milyondan çox "Microsoft" serverinə təsir edərək, xüsusilə İngiltərə, Almaniya, Fransa ordularına əməliyyat problemləri yaratmışdı.

"Stuxnet" - 2010-cu ildə yaradılan bu virus sadəcə insanları deyil, ölkələri də təhdid etmək məqsədilə, xüsusilə İranın nüvə proqramına zərər vermək üçün naməlum proqramçılar tərəfindən hazırlanmışdır. Bu virus öz hədəfinə çatmış və İran Elektrik Stansiyasına ciddi zərər vurmuşdu.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...