=== Konu tarihi: 8 Ocak 2012 Paylaş Konu tarihi: 8 Ocak 2012 Müasir dövrdə mobil və iriformatlı displey industriyası fəal şəkildə inkişaf etməkdədir. Bu sektorda dünya liderlərindən biri də Cənubi Koreya istehsalçısı Samsung hesab olunur. Şirkət artıq çoxdan bəridir ki, elastik və şəffaf mobil ekranların kütləvi istehsalını vəd etsə də, reallıqda onların maya dəyəri daha yüksəkdir, istehsalı isə xeyli çətindir. Qatlanan Samsung Flip Smartfonunun Başlıca Özəllikləri Buna baxmayaraq, dizayner Nik Trambo (NickTrumbo) Samsung Flip adlı elastik ekrana malik smartfon konsepti işləyib hazırlayıb. Əsas displey üzvi işıq diod (OLED) texnologiyası əsasında istehsal olunub. Açılmış şəkildə telefon diaqonalı 3,5-4 dyüm olan ekrana malik standart taçfonu xatırladır. Lazım gəldikdə, smartfon iki yerə qatlanır və daha yığcam olur, başqa sözlə, kiçik bir displeyə çevrilir. Taçbuk və ikiekranlı telefonlarla müqayisədə, bu smartfonun başlıca üstünlüyü odur ki, açılmış formada heç bir yarığı və kəsiyi olmayan monolit paneli xatırladır. İstisna deyil ki, Samsung nəvaxtsa bazara, həqiqətən, bunabənzər bir qurğu çıxaracaq. Bax o zaman bu, kiçik bir texniki inqilab olacaq. Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 8 Ocak 2012 Paylaş Mesaj tarihi: 8 Ocak 2012 Maraglidir sendende xeberler cixire seni saytin xeberler uzre bas Spikeri qoymag lazimdir ))) Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 8 Ocak 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 8 Ocak 2012 Hamısı da texnologiya xəbərləridi Alıntı Link to comment Share on other sites More sharing options...
zeus Mesaj tarihi: 8 Ocak 2012 Paylaş Mesaj tarihi: 8 Ocak 2012 Texnalogiya günü gündən inkişafdadı Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.