Jump to content
Forum Windows-az.com

Kompüter`in zəif işləməsinin qarşısını almaq


Guest Musa_

Recommended Posts

Kompüter`in zəif işləməsinin qarşısını almaq üçün nə etmək lazımdır?

 

1. Sabit diskinizi təmizləyin.

2. Vizual effektlərdən xilas olun.

3. Virus və cəsus proqramları axtarın.

4. Daha çox yaddaş əlavə edin (asan yol).

5. Disk birləşdirmə köməkçi proqramını işlədin.

 

 

İndi İsə Açıqlamarı İlə:

 

1. Sabit diskinizi təmizləyin

Sabit diskinizdə nə qədər az şey olsa, kompüteriniz o qədər sürətli olar.

Kompüterinizdə yer boşaltmanın ən yaxşı yolu Windows® Disk Cleanup köməkçi proqramını istifadə etməkdir.

 

Proqrama çatmaq üçün Start (Başlat) -> All Programs (Proqramlar) -> Accessories (Təchizat) -> System Tools (Sistem Vasitələri) elementinə gedin və sonra Disk Cleanup (Disk Təmizləmə) elementini basın. Hansı sürücünü təmizləmək istədiyinizi seçin.

 

Disk Cleanup (Disk Təmizləmə) qutusunda, Files to delete (Silinəcək fayllar) siyahısında irəliləyin və qaldırmaq istədiyiniz elementləri işarələyin. Nələrdən xilas olmanız lazım olduğundan əmin deyilsinizsə, ən etibarlı yol artıq istifadə etmədiyiniz proqramları və keçici internet fayllarını seçməkdir. Hazır olduğunuzda OK (Tamam) düyməsini basın.

Fotoşəkil, musiqi və video faylları kimi tamamilə silmək istəmədiyiniz fayllar varsa, bunları xarici bir disk sürücüsünə köçürə bilərsiniz.

 

 

2. Vizual effektlərdən xilas olun

Windows Vista® bəzi möcüzə vizual effektlər təqdim edər, amma bunlar sistem qaynaqlarını quruda bilərlər. Bunların bəzilərini dövrə xarici buraxmaq sisteminizi sürətləndirəcək.

 

Bunun üçün Start (Başlat) düyməsini və sonra Control Panel (Yoxlama Masası) > System and Maintenance (Sistem və Baxım) > Performance Information and Tools (Performans Məlumatları və Vasitələri) elementini basın.

 

Burada Adjust Visual Effects (Vizual Efektleri Təşkil et) elementini seçin. Bir idarəçi parolu girməniz istənə bilər. Bundan sonra Visual Effects (Vizual Efektler) bölməsinə basın və Adjust for Best Performance (Ən Yaxşı Performans üçün Təşkil et) elementini seçin. OK (Tamam) düyməsini basın.

 

 

3. Virus və cəsus proqramları axtarın

Sürünən fərdi kompüter performansının əsas günahkarlarından biri pis niyyətli proqramlardır: viruslar, cəsus proqramlar, Troya atları, soxulcanlar və hər cür pis niyyətli istənməyən proqramlar. Əgər hələ hər hansı bir virusdan qoruma proqramınız yoxsa, dərhal əldə edin! Bu mövzuda Windows Vistaya daxil olan və Microsoft XP SP2 üçün ödənişsiz olaraq endirilə bilən "Microsoft Windows Defender"i düşünə bilərsiniz. Ayda ən az bir dəfə avtomatik virus axtarmasını redallaşdırmağı da laqeyd yanaşmayın. Ayrıca, pis niyyətli proqramların kompüterinizə ən başda girməsini maneə törətmək üzrə bir təhlükəsizlik divarı da işlədə bilərsiniz.

 

 

4. Daha çox yaddaş əlavə edin (asan yol)

Sistem yaddaşı (RAM olaraq da bilinər) əlavə etmək kompüterinizin performansını artırmaq üçün yaxşı bir yol ola bilər. Ancaq yaddaş yüksəldimi bəzən çətin və xərcli ola bilər. Windows Vista artıq hər hansı bir şey yükləməniz lazım olmadan yaddaş əlavə etmənizi təmin edən Windows ReadyBoost xüsusiyyətini təqdim edir. Bu xüsusiyyət USB flash yaddaş ya da bir SD yaddaş kartı kimi bir flash yaddaş cihazını əlavə yaddaş olaraq istifadə etmənizi təmin edir.

 

 

5. Disk birləşdirmə köməkçi proqramını işlədin

Disk Defragmenter kompüterinizin sabit diskindəki faylları və qovluqları, hər biri tək bir yer örtəcək şəkildə birləşdirən bir Windows köməkçi proqramıdır, beləcə diskin yazma və oxuma sürəti artar.

Sabit diskinizdə birləşdirmə əməliyyatı reallaşdırmaq üçün Start (Başlat) > All Programs (Proqramlar) > Accessories (Təchizat) > System Tools (Sistem Vasitələri) > Disk Defragmenter (Disk Birləşdirici) elementinə gedin və sonra birləşdirmək istədiyiniz sürücünü seçin. Daha sonra Settings (Nizamlar) elementinə gedərək When defragmenting my hard drive (Sabit sürücümün birləşdirilməsi) hissəsindəki iki variantın işarəli olduğundan əmin olun və başlamaq üçün OK (Tamam) düyməsini iki dəfə basın. Birləşdirmə tamamlandığında, kompüterinizi bağlayıb yenidən başlatmanız lazım ola bilər.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...