Jump to content
Forum Windows-az.com

Azərbaycanda internet trafikin orta sürəti nə qədərdir?


===

Recommended Posts

0545fe18f42277fd1aaa6b.jpeg


“Speedtest” şəbəkəsini yaradan “Ookla” şirkətinin “NetIndex” reytinqinə əsasən, Azərbaycan İnternetinde daxilolma ( download) trafikinin orta sürəti 2,75 Mbit/s təşkil edir. Bu barədə şirkətin məlumatında deyilir.

Bakı üzrə bu göstərici 2,83 Mbit/s, Sumqayıt şəhəri üzrə 2,99 Mbit/s təşkil edir.

Ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.

Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 187578 unikal IP ünvan seçilib.

Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb. Araşdırmaların aparıldığı müddətdə qeyd edilən provayder və operatorların şəbəkələrində daxilolma trafikinin maksimal sürəti 4,59 Mbit/s (“Eurosel” şəbəkələrində), minimal sürəti isə 1,49 Mbit/s (“Datacell”) olub.

Azərbaycan çıxan trafikin reytinqinə görə 120-ci yeri tutub. Burada istifadəçilər şəbəkəyə 0,98 Mbit/s sürəti ilə qoşulurlar. Bakı üzrə bu göstərici 0,98 Mbit/s, Sumqayıt üzrə isə 1,26 Mbit/s təşkil edir.

Çıxan trafikin reytinqində, həmçinin Azərbaycanın 20 internet-xidmət-provayderləri və rabitə operatorlarının statistik nəticələri yer alıb. Araşdırmaların aparıldığı müddətdə onların şəbəkələrində çıxan trafikin maksimal sürəti 2,12 Mbit/s (Azərbaycan Təhsil Şəbəkəsində AzEduNet), minimal sürət isə 0,37 Mbit/s (Azerbaijan Data Network) qeydə alınıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Günzdün fikrincə isə bu nəticə heç də qənaətbəxş deyil, əksinə ölkədə son dövrlər xeyli müzakirələrə səbəb olan internetin keyfiyyətsizliyinin göstəricisidir. "“Speedtest” şəbəkəsi internetin sürət məsələləri ilə bağlı dünyada oturuşmuş beynəlxalq qurumlardan biridir. Bu qurumun açıqladığı nəticələr isə daim öz obyektivliyi ilə seçilib. Son nəticələrə görə Azərbaycan İnternetinde daxilolma ( download) trafikinin orta sürəti 2,75 Mbit/s təşkil etməsi isə çox təəssüf edici bir məqamdır. Çünki qurumun hesabatında Azərbaycanda internetə daxilolma ( download) trafikinin orta sürəti 2,75 Mbit/s təşkil etdiyi halda, Gürcüstan və Ermənistanda bu göstəricilər 6,58 və 4,15 Mbit/s -dir. Rusiyada bu rəqəm 11.61 , Ukraynada 18.45, Türkiyədə isə 6.62 Mbit/s-dir. Bu isə onu göstərir ki, Azərbaycan regionda ən aşağı göstəricilərə malikdir və internet sahəsində potensial imkanlar yetəri qədər istifadə olunmur. "

Qeyd edək ki, “NetIndex” reytinqinə əsasən internetə daxilolma ( download) trafikinin orta sürətinə görə Estoniya 45.73 Mbit/s sürətlə liderdir.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...