My-Comp yek Konu tarihi: 6 Şubat 2012 Paylaş Konu tarihi: 6 Şubat 2012 Facebook-un sahibi Mark Sukerberq şəbəkənin İPO-sunu bu ilin II rübündə keçirmək niyyətindədir. "Techcrunch" bildirir ki, sosial şəbəkə bu yaxınlarda bir neçə yeni servisinin təqdimatını keçirəcək. Ötən il şəbəkə 3,71 milyard dollar əldə edib ki, bu da 2010-cu ilə müqayisədə 88 faiz çoxdur. Eyni zamanda, Facebook-un kapitallaşma həcminin artımı internetin digər nəhəngləri - "Google", "Zynga", "Groupon" və "Yahoo" ilə müqayisədə daha ləngdir. Facebook sosial şəbəkəsinin hazırda 845 milyona yaxın istifadəçisi var və şəbəkənin saytına hər gün 483 milyon insan daxil olur. İstifadəçilər hər gün şəbəkəyə 250 milyon foto yükləyir, "dost"larının məlumatlarına 2,7 milyard “like” qoyurlar. Mütəxəssislərin hesablamalarına görə, Facebook istifadəçi bazasının indiki artım dinamikasını qoruya bilərsə, sosial şəbəkəyə qoşulanların sayı bu ilin payızında 1 milyard nəfərə çatacaq. Hazırda Facebook sosial şəbəkəsinin əsas səhmdarı Mark Sukerberqdir. O, şirkətin səhmlərinin 28,2 faizinə malik olmaqla yanaşı, başqa investorlardan "səsvermə" ilə bağlı zəmanətə malikdir. Beləliklə, Sukerberq sosial şəbəkənin səhmlərinin 57 faizinə nəzarət edir. Bu yaxınlarda isə Facebook-un sayəsində multimilyonçu və milyarder olacaq insanların adlarını eşidəcəyik. Belə adamlardan biri də ABŞ-da yaşayan, əslən çinli olan qraffiti rəssam Devid Çodur. 7 il əvəvəl, 2005-ci ildə Mark Sukerberq ona şirkətin ABŞ-ın Kaliforniya ştatındakı Palo-Alto şəhərində yerləşən ofisinin divarlarını əsərlərlə bəzəməyi təklif etmişdi. Sukerberqin o vaxt pul sarıdan problemləri olduğundan 35 yaşlı rəssama nağd ödəniş əvəzinə, Facebook-un az sayda səhmləri təklif edilmişdi. Facebook-un o vaxtkı prezidenti də Çoya 5 min dolların əvəzində səhmlər vermişdi. İndi həmin səhmlərin dəyəri 200 milyon dollardır və kasıb Ço multimilyonçuya çevrilib. Yaxın günlərdə isə Facebook-un təxminən 1000 əməkdaşının istisnasız olaraq hamısı milyonçulara dönəcəklər. Mark Sukerberq, Dastin Moskovits və Şon Parker indi Facebook-un İPO-suna hazırlaşmaqla yanaşı, səhmlərin satışı nəticəsində bir gündə multimilyonçuya çevriləcək insanları bəribaşdan təbrik ediblər. Alıntı Link to comment Share on other sites More sharing options...
farid.93 Mesaj tarihi: 7 Şubat 2012 Paylaş Mesaj tarihi: 7 Şubat 2012 chox sagol Alıntı Link to comment Share on other sites More sharing options...
zeus Mesaj tarihi: 7 Şubat 2012 Paylaş Mesaj tarihi: 7 Şubat 2012 Bu məlumatların bir çoxundan xəbərim vardı Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.