Jump to content
Forum Windows-az.com

Diskin tamamilə eyni surətinin yaradılması


===

Recommended Posts

İlk əvvəl surətini çıxarmaq istədiyimiz original diski sürücüyə (disk oxuyan (yazan) qurğu) daxil edirik (şəkil 1):

 

dce68d6cdd7024d580aec2.jpeg

 

Diskdəki informasiyanın tamamilə eyni surətini (kopyasını) yaratmaq üçün (həmçinin ISO surət yaratmaq üçün) CDBurnerXP proqramını açırıq (işçi masadakı CDBurner XP nişanı (icon) vasitəsilə və ya Start → Programs → CDBurnerXP). Açılan pəncərədə (proqramın başlanğıc görünüşü) Copy or grab disc bölməsini seçib OK düyməsini sıxırıq (şəkil 2):

 

9f1c53fb39bd188e4bc080.png

 

Copy or grab disc bölməsini seçib OK düyməsini sıxdıqdan sonra aşağıdakı pəncərə açılır (şəkil 3):

 

0bd55aaca7830bcbb19dc4.png

 

Əgər kompüterə yalnız 1 sürücü (disk oxuyan (yazan) qurğu) quraşdırılıbsa, onu həm mənbə (Source bölməsi), həm də son (Target bölməsi) qurğu kimi seçmək laımdır. Kompüterdə 1 sürücü olan halda proqram original diskin müvəqqəti surətini (kopyasını) sərt diskdə yaradır. Surət (kopya) yarandıqdan sonra original disk avtomatik olaraq sürücüdən (disk oxuyan (yazan) qurğudan) xaric edilir və qurğuya boş disk daxil etmək lazımdır. Diqqət etmək lazımdır ki, sərt diskdə original diskin surətinin (kopyasının) tutumu üçün yer olsun. Qeyd etmək istəyirəm ki, kompüterdə 1 sürücü olan halda proqram həm Source, həm də Target bölməsində qurğunu avtomatik təyin edir:

 

2a09d1d894339adc5b1d6e.png

 

Source bölməsi

Read retries - zədələnmiş sektorları oxumaq cəhdlərinin sayı;

Ignore unreadable data - diskdəki oxunmayan informasiyanın rədd edilməsi (oxunmaması);

Disable hardware error correction - səhvlərin qurğu vasitəsilə düzəlişini deaktiv etmək.

 

b02e3a5bd483be9fc419ab.png

 

Target bölməsi

Finalize disc (Diski bağla) - Finalize disc (Diski bağla) variantı vasitəsilə yazılan diskə sonradan fayl yazmaq (əlavə etmək) olmaz.

Eject disc after burning (Yazma prosesindən sonra diskin qurğudan xaric edilməsi) - Bu rejim seçildikdə yazma prosesindən sonra disk avtomatik olaraq qurğudan xaric edilir.

 

bf0a1dbb29f75be9cadefd.png

 

Lazımi parametrləri təyin etdikdən sonra Copy disc düyməsini sıxırıq:

 

de240f9e247a4f54923d0e.png

 

Surət (kopya) yarandıqdan sonra original disk avtomatik olaraq sürücüdən (disk oxuyan (yazan) qurğudan) xaric edilir və original diskin tamamilə eyni surətini yaratmaq üçün qurğuya boş disk daxil etmək lazımdır.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...