Jump to content
Forum Windows-az.com

İlk html sənədinin hazırlanması


===

Recommended Posts

HTML dilini öyrənmək üçün lazım olan proqramlar aşağıdakılardır:

Redaktor

Səyyah (Brauzer) - istifadəçilərin veb serverlər üzərindəki HTML sənədlərinə baxmasına imkan verən proqram təminatıdır.

 

HTML sənədini istənilən mətn redaktorunda, həmçinin Windows əməliyyat sisteminin standart bloknotunda hazırlamaq olar.

 

Mən HTML sənədinin hazırlanmasını Notepad++ v5.8.6 redaktorunda göstərəcəyəm. Notepad++ v5.8.6 redaktorunun üstün cəhətləri aşağıdakılardır:

Proqramlaşdırma dilinin işıqlandırılması;

Sətirlərin əvvəlində nömrələrin olması;

Eyni vaxtda bir neçə sənədə baxış (vərəqlər funksiyası) və redaktə edilməsi.

 

Notepad++ v5.8.6 redaktorunu windows-az.com saytından yükləyə bilərsiniz.

 

Notepad++ v5.8.6 redaktorunda HTML sənədini hazırlamaq üçün aşağıdakıları etmək lazımdır:

Redaktoru açırıq. Redaktor bir çox proqramlaşdırma dillərini dəstəkləyir. HTML sənədi hazırladığımız üçün "Language" menyusundan "HTML"-i seçirik, yə'ni redaktora bildiririk ki, HTML sənədi hazırlayırıq. Həmçinin Encoding menyusundan Encode in UTF-8 kodlaşmasını seçirik. UTF-8 kodlaşması vasitəsilə azərbaycan hərfləri səyyahda (brauzerdə) düzgün görsənir. (şəkil 1.).

 

81fab82972910af81f8707.png

 

Hazırladığımız HTML sənədin kodunu redaktorda yığırıq (şəkil 2.)

 

00422aacd480542a42cc6b.png

 

Sənədi yadda saxlayırıq: File menyusundan Save as əmrini seçirik. File name (faylın adı) hissəsində sənədə ad veririk: məsələn, firstpage. HTML faylının genişlənməsi .html və ya .htm olmalıdır. Biz əvvəldə "Language" menyusundan "HTML"-i seçdiyimiz üçün Save as Type (faylın genişlənməsi) hissəsində redaktor faylın genişlənməsi avtomatik olaraq .html və ya .htm seçmişdir (şəkil 3.)

 

fb517397fbbec695e04490.png

 

Internet Explorer səyyahını açırıq.

Səyyahda File menyusundan Open əmrini seçirik.Browse düyməsini sıxırıq, first page.html faylını səyyaha əlavə edirik. (şəkil 4.)

 

8c5659da08d0d790399637.png

 

Əgər yuxarıda sadalananlar düzgün olaraq yerinə yetirilbsə, səyyahda aşağıdakı nəticə görsənəcəkdir: (şəkil 5.)

 

a9d2f366ba4458e3a97744.png

 

 

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...