=== Konu tarihi: 20 Şubat 2012 Paylaş Konu tarihi: 20 Şubat 2012 HTML 4.01 versiyasında html sənədi 3 hissədən ibarətdir: Sənədin versiyası haqqında informasiyanı bildirən sətir; Sənədin başlıq hissəsi (<head> teqi daxilində verilənlər); Sənədin gövdə hissəsi (<body>, <frameset> teqi daxilində verilənlər). Düzgün hazırlanmış HTML sənədində onun versiyası haqqında informasiyanı bildirən teq olmalıdır. Bu teq vasitəsilə HTML sənəddə hansı versiyadan istifadə edildiyi səyyaha bildirilir. Versiyalar aşağıdakılardır: 1.<!DOCTYPE HTML PUBLIC "-//W3C/DTD HTML 4.01//EN" "http://www.w3.org/TR/html4/strict.dtd"> 2.<!DOCTYPE HTML PUBLIC "-//W3C/DTD HTML 4.01 Transitional//EN" "http://www.w3.org/TR/html4/loose.dtd"> 3.<!DOCTYPE HTML PUBLIC "-//W3C/DTD HTML 4.01 Frameset//EN" "http://www.w3.org/TR/html4/frameset.dtd"> Bu versiyalar dəstəklədiyi elementlərə görə fərqlənirlər: 1.Birinci versiyada "HTML"-in xüsusiyyətlərinə ciddi riayət olunur və tövsiyə olunmayan teqlərdən bu versiyada istifadə etmək olmaz. Qeyd edim ki, HTML 4.01 versiyasında əvvəlki versiyalardakı müəyyən teqlər tövsiyə olunmur, onların əvəzinə "CSS"-dən, yə'ni kaskadlı stil cədvəllərindən istifadə etmək tövsiyə olunur. 2.İkinci versiyada tövsiyə olunmayan teqlərdən istifadə etmək olar. 3.Əgər HTML sənəddə freymlərdən istifadə olunubsa, üçüncü versiyadan istifadə etmək lazımdır. Sənədin HTML kodunda versiyanı bildirən teq birinci verilir və həmin teqdən sonra <html> teqi gəlir. Həm başlıq, həm də gövdə hissəsindəki verilənlər <html>...</html>konteyner teqi daxilində olmalıdırlar. Konteyner teq o deməkdir ki, teq daxilində digər teqlər yerləşə bilər. Nümunə 1. HTML sənədinin strukturu: <!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN"> <html> <head> <title>HTML</title> </head> <body> <p>HTML page</p> </body> </html> Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.