Jump to content
Forum Windows-az.com

HTML sənədinin başlıq hissəsi


===

Recommended Posts

<HEAD>...<\HEAD> teqi daxilində verilənlər sənədin başlıq hissəsinə daxildir. Bu hissədə sənəd haqqında texniki məlumatlar verilir. <HEAD> teqi konteyner teqdir. Konteyner teq o deməkdir ki, bu teq daxilində digər teqlər yerləşə bilər.

 

Teqlər tək və cüt olur. Cüt teqlər 2 hissədən - başlanğıc və son teqlərdən ibarətdir. Başlanğıc teq - <teq>; son teq - </teq>. Göründüyü kimi, "/" simvolu əlavə etməklə son teq alınır.

 

<HEAD>...<\HEAD> konteyner teqi daxilində <BASE>, <BASEFONT>, <BGSOUND>, <LINK>, <META>, <SCRIPT>, <STYLE>, <TITLE> teqləri yerləşə bilər.

 

Mən bu dərsdə sizə yalnız <TITLE><META> teqlərini başa salacağam.

 

<TITLE> teqi. Bu teq daxilində veb səhifənin adı verilir. Veb səhifənin adının mənası olmalıdır, çünki bu ad robot-proqramlar tərəfindən axtarış sistemlərinin verilənlər bazasına daxil edilir. "HTML"-in xüsusiyyətlərinə ciddi riayət olunan versiyada <title> teqi mütləq olmalıdır. Bu teq daxilində verilənlər səyyahda (Internet Explorer səyyahının (brauzerinin) 6-cı versiyasında) pəncərənin başlıq hissəsinin sol küncündə görsənəcəkdir.

 

Nümunə 1. Veb səhifənin adı:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>Page</title>

</head>

<body>

<p>Veb səhifənin adı</p>

</body>

</html>

 

a10a9c1429b8db3593bcd6.png

 

<META> teqi. Bu teq vasitəsilə sənəd haqqında məlumat vermək olar. Bu məlumatlar səyyahda görünmür. Axtarış sistemləri bu məlumatlardan istifadə edərək sayt haqqında məlumatı axtarış sistemləri kataloquna daxil edir.

 

META teqinin atributları aşağıdakılardır:

 

NAME - meta yazının adı

 

HTTP-EQUİV - Praktiki NAME parametrinə uyğun gəlir, lakin HTTP başlıqda əlavə məlumatı ötürəndə lazım olur.

 

Content - NAME və ya HTTP-EQUİV vasitəsilə verilmiş atributun qiymətini təyin edir.

 

Veb səhifənin müəllifi haqqında məlumat aşağıdakı qaydada təyin edilir:

<meta name="author" content ="müəllifin adı">

 

Nümunə 2:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>META teqi</title>

<meta name="generator" content="Adobe Dreamweaver CS3">

</head>

<body>

<p>META teqi</p>

</body>

</html>

 

Veb səhifəni axtarış sistemlərinin verilənlər bazasına daxil etmək üçün veb səhifə haqqında informasiya verən sözlərdən istifadə olunur:

 

<meta name="keywords" content ="veb səhifə haqqında informasiya verən sözlər">

 

Nümunə 3:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>META teqi</title>

<meta name="keywords" content ="HTML, CSS, PHP, MYSQL">

</head>

<body>

<p>META teqi</p>

</body>

</html>

 

Veb səhifənin dili haqqında məlumat aşağıdakı qaydada təyin edilir:

<meta http-equiv="Content-language" content ="veb səhifənin dili">

 

Nümunə 4:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>META teqi</title>

<meta http-equiv="Content-language" content="az">

</head>

<body>

<p>META teqi</p>

</body>

</html>

 

Veb səhifəni təyin edilmiş müddət ərzində (məsələn, 5 saniyə) yenidən yükləmək üçün aşağıdakı qaydadan istifadə olunur:

 

<meta http-equiv="refresh" content ="zaman">

 

Nümunə 5:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>META teqi</title>

<meta http-equiv="refresh" content="5">

</head>

<body>

<p>META teqi</p>

</body>

</html>

 

Veb səhifədən digərinə təyin edilmiş müddət ərzində (məsələn, 10 saniyə) keçid etmək üçün content daxilində url-dan istifadə olunur:

<meta http-equiv="refresh" content ="zaman; url=sayt adı">

 

Nümunə 5:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>META teqi</title>

<meta http-equiv="refresh" content="10; url=http://w3.org">

</head>

<body>

<p>META teqi</p>

</body>

</html>

 

Elektron poçt ünvanı haqqında məlumat aşağıdakı qaydada təyin edilir:

<meta http-equiv="reply-to" content ="elektron poçt ünvanı">

 

Nümunə 6:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>META teqi</title>

<meta http-equiv="reply-to" content="name@mail.ru">

</head>

<body>

<p>META teqi</p>

</body>

</html>

 

 

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...