Jump to content
Forum Windows-az.com

Sərlövhələr (H1, H2, H3, H4, H5, H6)


===

Recommended Posts

HTML dilində 6 səviyyəli sərlövhə teqi mövcuddur:<H1>, <H2>, <H3>, <H4>, <H5>, <H6>. <H1> ən böyük sərlövhə, <H6> isə ən kiçik sərlövhə teqləridir. Ən böyük sərlövhə səyyahda iri və qalın şriftlə göstərilir. Bu teq daxilində verilənlərdən həm əvvəl, həm də sonra boş məsafə yaranır. Sərlövhələrin köməkliyi ilə mətnin strukturunu təyin etmək olur. Məsələn, siz məqalə hazırlayırsınız. Sözsüz ki, məqalənin adı da var və onu mətnin digər hissələrindən fərqləndirmək üçün iri və qalın şriftlə vermək lazımdır, yə'ni ən böyük sərlövhə teqindən istifadə edirik. Həmçinin məqalənin mətnində ikinci dərəcəli başlıqlar da ola bilər. Bu zaman ikinci səviyyəli sərlövhə teqindən istifadə etmək olar.

 

Sərlövhə teqi:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>Heading</title>

</head>

<body>

<h1>Birinci səviyyəli sərlövhə</h1>

<h2>İkinci səviyyəli sərlövhə</h2>

<h3>Üçüncü səviyyəli sərlövhə</h3>

<h4>Dördüncü səviyyəli sərlövhə</h4>

<h5>Beşinci səviyyəli sərlövhə</h5>

<h6>Altıncı səviyyəli sərlövhə</h6>

</body>

</html>

 

4c0a413da3eaf8260b2d61.png

 

Sərlövhə teqi daxilində verilən mətnin nizamlanması (teq daxilində verilənlərin brauzerdə üfuqi xətt üzrə mövqeyi) üçün align parametrindən istifadə olunur. Align parametrinin aldığı qiymətlər aşağıdakılardır:

left - verilənlər sol tərəfdə yerləşir;

right - verilənlər sağ tərəfdə yerləşir;

center - verilənlər mərkəzdə yerləşir;

justify - verilənlər hər iki tərəfdən (həm sağ, həm də sol) eyni nizamlanır.

 

Sərlövhə teqi daxilində verilənlərin nizamlanması:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>Heading</title>

</head>

<body>

<h1 align="center">Teodor Drayzer və onun "Cenni Herhardt" romanı.</h1>

<h3 align="left">Əsərlərində ABŞ həyatının ən geniş bədii panoramasını

yaratmış Teodor Drayzer (1871-1945) Amerikanın görkəmli realist ədibidir.

</h3>

<h4 align="right">O, Amerika həqiqətini ağır həyat sınaqları bahasına

dərindən öyrənmişdir.</h4>

<h5 align="justify">Yoxsul ailədən çıxmış Drayzer 15 yaşından yaşamaq

üçün pul qazanmağa məcbur olmuşdur. O işləyir və təhsil alırdı, lakin

maddi ehtiyac onun universitet kursunu qurtarmağına imkan vermədi.

O, jurnalist oldu, uzun illər əyalət, sonra isə Nyu-York qəzetlərində

işləyir.</h5>

</body>

</html>

 

8b19a8e29f6e6c76be8991.png
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...