Jump to content
Forum Windows-az.com

<Font> teqi


===

Recommended Posts

<Font> teqi vasitəsilə şriftin ölçüsünü, rəngini və şrift dəstini dəyişmək olur. Teqin size, color face parametrləri vardır.

 

SIZE parametri. Bu parametr vasitəsilə şriftin ölçüsünü təyin etmək olur. Şriftin ölçüsü 2 üsulla verilə bilər: mütləq və nisbi. Şriftin mütləq ölçüsünün qiyməti 1 (ən kiçik) - 7 (ən böyük) aralığında dəyişir.

 

Şriftin mütləq ölçüsü:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>Font teqi</title>

</head>

<body>

<font size="1">Şriftin ölçüsü 1-ə bərabərdir.</font><br>

<font size="2">Şriftin ölçüsü 2-yə bərabərdir.</font><br>

<font size="3">Şriftin ölçüsü 3-ə bərabərdir.</font><br>

<font size="4">Şriftin ölçüsü 4-ə bərabərdir.</font><br>

<font size="5">Şriftin ölçüsü 5-ə bərabərdir.</font><br>

<font size="6">Şriftin ölçüsü 6-ya bərabərdir.</font><br>

<font size="7">Şriftin ölçüsü 7-yə bərabərdir.</font>

</body>

</html>

 

979b8baa4745e2b5f1bc3e.png

 

Susma halında <font>....</font> teqi daxilində verilən mətndə şriftin ölçüsü 3-ə (standart ölçü) bərabərdir. Susma halı dedikdə <font> teqi daxilində size parametrinin olmadığı hal başa düşülür.

 

Şriftin nisbi ölçüsü standart ölçüyə (3) nisbətdə götürülür. Nisbi ölçünü təyin etmək üçün "+" və "-" simvollarından istifadə olunur. Əgər nisbi ölçü vasitəsilə şriftin mütləq ölçüsünün qiymətinin 5 olmasını istəyiriksə, bu aşağıdakı kimi olacaqdır:

 

<font size="+2">Şriftin mütləq ölçüsü 5-ə bərabərdir.</font>

 

Gördüyümüz kimi, size parametrinin aldığı qiymət "+2"-dir, yə'ni standart ölçüyə (3) nisbətdə 2 ölçü yuxarı, ona görə də mütləq ölçünün qiyməti 5 olacaqdır.

 

Color parametri. Bu parametr vasitəsilə şriftin rəngini təyin etmək olur:

 

<font color="rəng">Mətn</font>

 

Şriftin rənginin <font> teqi vasitəsilə təyin edilməsi:

<!DOCTYPE HTML PUBLIC "-//W3C//DTD HTML 4.01 Transitional//EN">

<html>

<head>

<title>Font teqi</title>

</head>

<body>

<font color="red" size="5">Mətnin rəngi qırmızıdır, şriftin

ölçüsü 5-ə bərabərdir.</font>

</body>

</html>

 

6560194f120c6bcfda97ed.png

 

Face parametri. Bu parametr vasitəsilə şrift dəstinin siyahısını təyin etmək olur:

 

<font face="Arial">Mətn</font>

 

Əgər "Arial" şrifti istifadəçinin kompüterinə yüklənibsə, onda səyyah mətni "Arial" şrifti ilə göstərəcəkdir. Əgər yüklənməyibsə, səyyah mətni standart şriftlə verəcəkdir.

 

Həmçinin face parametrində bir-birindən vergüllə ayrılmış şrift dəstinin siyahısını təyin etmək olar:

 

<font face="Arial, Helvetica, Verdana">Şrift dəstinin siyahısı</font>

 

Bu halda əgər istifadəçinin kompüterində "Arial" şrifti yüklənməyibsə, onda <font>....</font> teqi daxilində verilən mətn "Helvetica" şrifti ilə gorsənəcək, əgər "Helvetica" şrifti də yüklənməyibsə, onda "Verdana" şrifti ilə görsənəcək. Yə'ni ki, face parametrində səyyahın ardıcıllıqla axtaracağı şriftlərin adlarını verə bilərik.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...