Jump to content
Forum Windows-az.com

Proqramlaşdırma dilləri


===

Recommended Posts

Proqramlaşdırma dilləri – proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dili kompyuterin alqoritmi qəbul etməsi üçün istifadə edilir.

 

Proqramlaşdırma dilləri adi dillərdən "sözlərin" (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir. Proqramlaşdırma dili süni dil olub, təbii dillərdən məhdud sayda sözlərin olması ilə fərqlənirlər. Bu dillərlə hazır proqramlar deyil, yalnız proqramın mətni yaradılır. Proqram dilini kompyuterin başa düşdüyü maşın dilinə çevirmək üçün translyatorlardan (translator – tərcüməçi) və kompilyatorlardan (compiler – tərtibatçı) istifadə edilir. Hər bir proqramlaşdırma dilinin öz translyatoru (kompilyatoru) olur. Məsələ həll edərkən əvvəlcə yerinə yetiriləcək əməliyyatların alqoritmi tərtib edilir, daha sonra bu əməliyyatlar hər-hansı alqoritm (proqramlaşdırma) dilində əmrlər şəklində yazılır. Tərtib olunmuş proqram xüsusi əlavələr (translyator proqramlar) vasitəsilə yerinə yetirilir və ya maşın koduna çevrilir.

 

İstənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası.

 

-Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.

-Sintaksis – əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.

-Semantika – dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər proqramın bu yerində y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına "göstərir" ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi a-ya vursun.

 

Beləliklə, hər hansı verilənlərin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır.

 

Translyator və kompilyatorlar

 

Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. Proqramçının başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompyuterdə translyatorlar və kompilyatorlar olur.

 

Proqram ancaq onların translyatorları olan halda icra oluna bilərlər. Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən) asılı olmadan). Proqramlaşdırma dillərinin səviyyələri. Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri mnemonika adlanan simvol işarəmələrinin köməyilə ədədlər şəklində yox, maşın kodları şəklində verir. Assemblerin köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq mümkündür. Assemblerdən adətən, sistem əlavələrin, drayver-proqramların, kompyuterin aparat resurslarına müraciət edən proqram modullarının hazırlanması üçün istifadə olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. Bu dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı, daha sürətlə icra olunurlar. Yüksək səviyyəli proqramlaşdırma dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın başa düşüləndir. Çox yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat verək

 

Proqramlaşdırma dilləri iki hissəyə bölünür:

 

-Aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.),

-Yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.).

 

Aşağı səviyyəli proqramlaşdırma dillərində hər operatora bir maşın əmri uyğun gəlir. Bu dildə yazılan proqram az yer tutur və tez yerinə yetirilir. Aşağı səviyyəli dillərdən sistem proqramçılar istifadə edir. Yuxarı səviyyəli proqramlaşdırma dillərində hər operator bir neçə maşın əmri ilə əvəz edilə bilər, bu isə yaddaşda çox yer tutur. Yüksək səviyyəli dillərdən isə tətbiqi proqramçılar istifadə edir.

 

Proqramlaşdırma dilləri

-Ada

-Assembler – bu proqram vasitəsilə effektiv və kompakt proqramlar yaradılır. Assemblerlərdən sistem proqramlarının, drayverlərin, kompyuterin aparat resurslarına müraciət üçün və s. proqramların yaradılmasında istifadə edilir.

-Basic – populyarlığına görə dünyada birinci yerdədir. Bu dil üçün kompilyator və interpretatorlar mövcuddur. 60-cı illərdə yaradılmışdır və öyrənilməsi sadədir.

-C – Bell laboratoriyasında yaradılmışdır və assembler dilini əvəz etmək üçün nəzərdə tutulmuşdur. Assemblerdən fərqli olaraq konkret tip prosessordan asılı deyil.

-C++ – 1980-cı ildə Byörn Straustrup tərəfindən yaradılmışdır. Proqramın imkanları proqramçının işinin məhsuldarlığını artırmış olur.

-C#

-Fortran – 50-ci illərdə Cim Bekus tərəfindən yaradılmış ilk kompilyasiya dilidir. Bu dildən hal-hazırda da bütün dünyada istifadə edilir. 2000-ci ildə Fortranın yeni versiyası yaradılmışdır: F2k.

-JAL

-Java – 90-cı illərdə Sun kompaniyası tərəfindən С++ proqram dili əsasında yaradılmışdır. Java С++ proqram dili əsasında əlavələrin işlənməsini sadələşdirir.

-LISP

-Object C

-Pascal – 70-ci illərdə Niklaus Birt tərəfindən yaradılıb, Alqol dilinə daha çox oxşayır.

-Perl

-PHP

-Prolog

-Python

-Ruby

-Scheme

-Delphi

-Cobol – 60-cı illərdə yaradılıb, iqtisadi sahədə, biznes məsələlərin həllində istifadə edilir. Bu proqramın operatorları adi ingilis cümlələrinə çox bənzəyir.

-SQL (Structured Qquery Language) – sorğuların strukturlaşdırılmış dili olub, güclü riyazi nəzəriyyəyə əsaslanır və yazılar qrupunu idarə etməklə VB-nın effektiv işlənməsini yerinə yetirir. Praktiki olaraq SQL dilindən başqa hər bir VBİS -də, özünün unikal dili mövcuddur. VBİS-nin unikal dilini digər sistemlərə tətbiq etmək mümkün deyil.

 

İndi dünyada 5 VBİS istehsal edən kompaniya vardır: Microsoft SQL Server, IBM (DB2), Oracle Software AG (Adabas), Informix və Sybase.

 

Internetdə proqramlaşma dilləri:

 

-PERL – 80-cı illərdə Larri Uoll tərəfindən işlənmişdir. Bu proqramdan böyük həcmli mətn fayllarının effektiv işlənməsində, hesabatların generasiyasında və məsələlərin idarəsində istifadəsi nəzərdə tutulmuşdur. PERL-dən sətrlərlə, massivlərlə, ayrı-ayrı verilənlərlə, proseslərin idarəsində, system informasiyaları ilə işlərdə istifadə edilir.

-HTML – web-səhifələrin hazırlanmasında istifadə edilən populyar dildir.

-XML

-PHP

-Java

Link to comment
Share on other sites

Proqramlar telegramda

Tanner duzdu,amma baslamaq ucun rahatini secmek isteyirem.

===,alqoritm nedi?men ekitablar kocurmusem xeyli,delphi 7 ni bir az oyrenmisem,tessufki rusca zeif bilirem,rus dilinde olanlarini oxumuram,sen dediyin weylerin coxunu tapa bilmirem,bunlari arada vaxt olanda forumda yerlewdirsen yaxwi olar,cunki oyrenmek isteyenler coxdu

Link to comment
Share on other sites

Təəssüf.Məndə olanların çoxu ruscadı.İngiliscə və türkcə yaxşı başa düşmürəm.Ona görə də rus saytları vasitəsiylə məlumat əldə edirəm.Alqoritm kodlamadı.8-ci sinif İnformatika dərsliyinin Proqramlaşdırma fəslinə bax.Onda biləcəksən ki,alqoritm proqramlaşdırma üçün ən vacib hissədir.Nəinki hissə.Elə proqramlaşdırmanın özüdür.Mart tətilində qoyacam.Tərcümə eləmək çox vaxt almır onsuzda
Link to comment
Share on other sites

Pascal ilə Delphi 7 eynidir.Yəni, Delphi 7 Pascal əsasında yaradılıb.Delphi 7 haqqında "Delphi proqramlaşdırma dili ilə tanışlıq" mövzu açacam.İlk addımları ordan öyrənəcəksən.Netim zəifdir.Fomrat eləmişəm.Delphi yüklənməyib.Şənbə,bazar günləri dərsliklər qoyacam
Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...