Jump to content
Forum Windows-az.com

BİOS-un təyinatı


===

Recommended Posts

BIOS-un böyük hissəsi, sisteminizi qoşduqda işləyir, vəzifəsini tamamlayır və əməliyyat sisteminiz fəaliyyətə keçdikdə BIOS kənara çəkilir. Buna baxmayaraq vəzifəsi bitmiş sayılmır, çünki sistemin dərinliyindəki bəzi funksiyalar və enerji qənaət funksiyaları hələ BIOS-un məsuliyyətindədir. Sisteminizdə bir problem olmadıqda, ya da yeni taxdığınız bir təchizat, başqa bir təchizat ilə üst-üstə düşmədikcə BIOS arxa planda işləməkdədir.

 

İlk dəfə hazırlandıqda BIOS-un 4 funksiyası var idi: 1.Sistem açıldıqda, ilk olaraq aparat hissəsinə nəzarət edərək bir səhv olub olmadığını təsbit etmək (Power On Self Test - POST) 2.Sistem işlədikdən sonra RAM yaddaşı davamlı olaraq təzələmək 3.Sistem açıldığında bəzi kiçik RAM bloklarına sisteminiz haqqında məlumatlar yazmaq. Bunun məqsədi isə, proqramlarınızın sisteminizdəki təchizatlar haqqında məlumat sahibi olmamasıdır, məsələn bir proqramın, yaddaşdakı müəyyən bir sahəyə baxaraq neçə GBlik bir disk istifadə etdiyinizi və neçə diskinizin olduğunu anlaya bilməsi üçün. Bu bloklara BIOS Data Area deyilir. 4.Proqramlarınızın aparat hissəsi ilə əlaqələndirilməsini təmin etmək

 

İndiki vaxtda, inkişaf etmiş əməliyyat sistemləri BIOS-un gördüyü bir çox işi üzərlərinə götürürlər. BIOS hələ də var və əsas əməliyyatlar üçün lazımlıdır, amma əməliyyat sistemləri çoxu BIOS parametrini də keçə bilirlər. Məsələn, BIOS-un Setup ekranına girib, sistemə taxılı disklərinizdən birini sıradan çıxarsanız da, Windowsa girərkən diskin yerində olduğunu görəcəksiniz.

 

BIOS-un ilk funksiyası, sistemin açılmasını təmin etməkdir. Əgər prosessorunuza nə edəcəyini söyləməsəniz, ana platanın üzərində öz başına işləyəcək. Halbuki BIOS, prosessorunuza ilk əsas əmrləri verərək, sistemin açılışını başladır. POST əməliyyatı tamamlandıqdan sonra da idarəni digər proqramlara verir. Bu sayədə PC-lərimizin universal olması təmin edilir, yəni əməliyyat sisteminə aid xüsusi BIOS-a ehtiyac duyulmur. BIOS işini qurtardıqdan sonra əməliyyat sistemi fəaliyyətə keçir.

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 9 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...