Guest Cavid018 Konu tarihi: 24 Ocak 2011 Paylaş Konu tarihi: 24 Ocak 2011 ADSL nədir,hansi funksiyalari var və nə üçündür ? Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Vusal Mesaj tarihi: 24 Ocak 2011 Paylaş Mesaj tarihi: 24 Ocak 2011 ADSL İngiliscə (Asymmetric Digital Subscriber Line) termininin qısalmış formasıdır.Standart mis telefon telləri üzərindən daha çox məlumatı transfer edilməsinə imkan vermək üçün inkişaf etdirilmişdir.İntenetdən istifadə etmək üçün hazırlanmış bir aparatdır. 100 Mb/bit hətta bəziləri 1 Gb/bit sürət dəstəkləyir. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Cavid018 Mesaj tarihi: 24 Ocak 2011 Paylaş Mesaj tarihi: 24 Ocak 2011 Məmdə bir az əlavə edim........ DSL (ing.. Asymmetric Digital Subscriber Line — Asimmetrik Rəqəmsal Abunəçi Xətti) — adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə çevirən modem texnologiyasıdır. İnkişaf tarixi ADSL texnologiyasının inkişaf tarixi iyirminci əsrin səksəninci illərindən başlayır. O zaman İnteraktiv televiziyanı təmin edən texnologiyaların axtarışı aparılırdı. 1987–ci ildə Bellcore şirkəti xDSL texnologiyasının ilk spesifikasiyasını təqdim etdi və həmin texnologiyanı ABŞ-nın telefon şəbəkələrində işə saldı.. Lakin sonradan şirkət parçalandı, texnologiya isə müvəqqəti istifadədən çıxdı. Doxsanıncı illərin ortalarında xDSL abunəçinin rəqəmsal xətləri asimmetrik modifikasiyası ilə - ADSL-lə təkmilləşdirildi. Sonrakı illərdə ADSL vasitəsi ilə məlumatın ötürülməsini həyata keçirmək üçün yeni və təkmilləşdirilmiş mikrosxem yığımı yaradıldı. Hal-hazırda ADSL daha sürətli Fast Ethernet texnologiyası tərəfindən sıxışdırılıb çıxarılır. Bunun səbəbi – ADSL şəbəkəsində ötürmə qabiliyyətinin məhdud olmasıdır, 24 Mbit/s (ADSL2+) abunəçi istiqamətində və abunəçidən 1.4 Mbit/s, belə ki, FastEthernet dolanmış naqil cütü üzərindən 100 Mbit/s, hətta 1Gbit/s (Gigabit Ethernet) sürəti ilə məlumatın ötürülməsini təmin edir. Təşkili ADSL texnologiyası üzrə məlumatın ötürülməsi adi analoq telefon xətti ilə, abunəçi qurğusu – ADSL modemi və ATS də bilavasitə abunəçinin xəttində quraşdırılmış multiplekserin (ing. DSL Access Multiplexer, DSLAM ) vasitəsi ilə həyata keçirilir. Nəticədə DSLAM telefon şəbəkəsinə məxsus məhdudiyyətlərdən asılı olmayaraq abunəçilərin DSL xəttlərini vahid yüksəksürətli magistral şəbəkəyə birləşdirir. Qeyd etmək lazımdır ki, iki ADSL modem, VDSL, SHDSL və DialUp modemlərdən fərqli olaraq öz aralarında birləşmə yarada bilmir. Buna səbəb ADSL modemlərdə ötürmənin və qəbul etmənin müxtəlif tezliklərdə aparılmasıdır. Fəaliyyət prinsipi ADSL texnologiyasında kanalın ötürmə zolağı çıxan və daxil olan trafik arasında qeyri simmetrik paylanır. İstifadəçilərin çox hissəsinə daxil olan trafik daha çox əhəmiyyət kəsb edir, nəinki çıxan trafik, buna görə daxil olan trafik üçün zolağın boyük hissəsinin ayrılması özünü doğruldur. Adi telefon xətti səsin ötürülməsi üçün 0...4 kHz tezlik zolağını istifadə edir. Telefon şəbəkəsinin işinə maneə törətməmək üçün ADSL-də tezliyin aşağı sərhədi 26 kHz səviyyəsində yerləşir. Yuxarı sərhəd isə məlumatın ötürmə sürətinə olan tələbdən və telefon kabellərinin imkanlarindan irəli gələn 1.1 MHz təşkil edir. Bu zolaq iki hissəyə bölünür – tezliklər 26KHz dən 138 kHz-ə qədər çıxış axınına ayrılır, 138 kHz dən 1.1 MHz ə kimi zolaq daxil olan axına ayrılır. Bu növ tezliklərin paylanması eyni zamanda telefonla danışıq aparmaq və məlumatın ötürülməsinə imkan yaradır. Aydındır ki, bəzi halda ADSL modemin yüksəktezlikli siqnalı müasir telefonların elektronikasına mənfi təsir göstərir, və ya telefon hər-hansı xüsusiyyətinə görə xəttə yüksəktezlikli parazit siqnal gətirir. Bununla mübarizə üçün abunəçinin evində telefon xəttinə aşağı tezliklərin tənzimləyicisi qoşulur (tezlik bölücüsü, ing. Splitter). Bu qurğu telefona yalnız siqnalın aşağıtezlikli tərkib hissəsini buraxır və telefonun xətdə olacaq təsirini aradan qaldırır. Bu cur tənzimləyicilər əlavə enerji tələb etmir və buna görə elektrik şəbəkəsində və ya ADSL avadanlığinda nasazlıqlar yarandıqda səs kanalı işçi vəziyyətində qalır. Abunəçiyə ötürmə 1.5 dən 8 Mbit/s dək sürəti ilə aparılır. Xidməti kanalın sürəti 15 -640 Kbit/s arasında dəyişə bilər. Xəttin maksimal sürəti müxtəlif faktorlardan asılıdır, məsələn xəttin uzunluğundan, kabelin kəsik sahəsindən və xüsusi müqavimətindən. Sürətin aşağı düşməsinə kabelin quruluşu da təsir göstərir..........Şəbəkə (set) anlami çox maraqlidir,Birdə Vusal 100mb/bit birde 1gb/bit LAN kartarda olur axi mənsə ADSL nədir yazdim......?ADSL-maksimal 24m/bit-əcən olur bu modemlərə (router) aiddir Alıntı Link to comment Share on other sites More sharing options...
serverus Mesaj tarihi: 24 Ocak 2011 Paylaş Mesaj tarihi: 24 Ocak 2011 Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Vusal Mesaj tarihi: 24 Ocak 2011 Paylaş Mesaj tarihi: 24 Ocak 2011 Texniki bacarigin varsa modemde deyisiklik tsen sureti artira bilersen.ama tutsalar gerimedir Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Cavid018 Mesaj tarihi: 24 Ocak 2011 Paylaş Mesaj tarihi: 24 Ocak 2011 Yox Nicat=) Modemin daxilinde parametirleri deyismeyi demak istayir Vusal modemin daxilin hansi parametrleri deyisek suret qalxacaqki ?? Bize butun parametrleri provayder verir upload-da oqranicheniye qoyurlar,deyirsen mumkudur ?! Alıntı Link to comment Share on other sites More sharing options...
yasamal_571 Mesaj tarihi: 29 Mart 2011 Paylaş Mesaj tarihi: 29 Mart 2011 Vusal qaqash men modemin daxiline gire bilirem zehmet olmasa deye bilersen??hardan coxaldim? Alıntı Link to comment Share on other sites More sharing options...
jafar519 Mesaj tarihi: 30 Mart 2011 Paylaş Mesaj tarihi: 30 Mart 2011 Vüsal, ətraflı yaza bilərsən ki, hansı parametrləri və nə cür dəyişmək lazımdır sürəti artırmaq üçün ? Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Cavid018 Mesaj tarihi: 30 Mart 2011 Paylaş Mesaj tarihi: 30 Mart 2011 millet ele shey yoxdur,butun nastroykalar izlenilir ve her bir provayderin ozune mezsus encamlari ( parametrleri ) var,nasa duz olmuyanda o sizi tanimiyacaq Alıntı Link to comment Share on other sites More sharing options...
Delphi7 Mesaj tarihi: 30 Mart 2011 Paylaş Mesaj tarihi: 30 Mart 2011 He deyilenlerle raziyam.Bir az ehtiyatli olun. Alıntı Link to comment Share on other sites More sharing options...
damid_91 Mesaj tarihi: 30 Mart 2011 Paylaş Mesaj tarihi: 30 Mart 2011 Provayderler Izdemeseydiler yaxsi olardi. Dovleti bankrot edib sureti qaldirardim. ;-) heyif ki yoxdu. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.