Jump to content
Forum Windows-az.com

URL-nədir.....?


Guest Cavid018

Recommended Posts

Guest Cavid018

URL (en. Uniform Resource Locator) — faylın və ya resursun Web-də yerləşdiyi ünvanı və ya yeri göstərir. URL İnternetdə yerləşən bütün verilənlərlə əlaqə saxlamağa imkan verir, yəni İnternetdə yerləşən hər bir fayl və ya resurs identifikasiya edilir: URL serverdə istifadə olunan protokolun adı ilə başlayır: http://

 

URL ünvanı bir neçə hissədən ibarətdir: protokol, host və sənədin yerləşdiyi qovluğu göstərən yol. Məsələn, URL ünvanı aşağıdakı şəkildə ola bilər, məsələn:

 

http://www.xxxx.az

http:// – serverlə əlaqə protokolu;

www – qovşağın tipi;

xxxx – qovşağın adı;

.az – yuxarı səviyyəli domen.

 

Tarixi

 

1990-cı ildə Tim Berners-Li internetlə işləyən hər bir kəsin tanıdığı vahid resurs lokatoru (URL) adlanan internet ünvanın yazılışının əvvəli kimi http://www işarəsini icad edib.

 

Tim Berners-Li 2009-cu ildə Vaşinqtonda keçirilən və gələcəyin texnologiyalarına həsr olunmuş simpoziumda deyib ki, əslində ikili sləşə heç ehtiyac yoxdur: “Mən bunu yenidən yaratsaydım, onsuz keçinərdim. Bu gün istifadəçilər bu cür diqqətsizliyin tam miqyasını hiss etmirlər. Müasir brauzerlər daxil edilən resursun simvolunu avtomatik sürətdə təqdim edir. Lakin əvvəllər yığılması narahat olan bu işarənin daxil edilməməsi sintaktik səhvə gətirib çıxarırdı”.

 

Bundan əlavə, Tim Berners-Li bu illər ərzində lazımsız işarənin çap olunması üçün istifadə edilən kağız və printer mürəkkəbinin sərf edilməsinə təəssüfləndiyini dilə gətirib.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...