Jump to content
Forum Windows-az.com

Süni intellekt


Guest Cavid018

Recommended Posts

Guest Cavid018

Süni intellekt (Sİ) (ing. artificial intelligence (AI)) — insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elm. Sİ sahəsində aparılan tədqiqatlar komputer elmləri, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimizasiya, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanır. Süni intellekt ifadəsi ilk dəfə 1956-cı ildə Con Makkarti tərəfindən istifadə olunub. O bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb. Həqiqətən də süni intellektin tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur. Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında o mühüm yer tutur. Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində süni intellektin rolu böyükdür. Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış sahədir, onun çoxlu sayda sahələri vardır. Çox zaman Sİ-in bir sahəsi digər sahəsi ilə qarşılıqlı əlaqədə olmur. Onun bəzi sahələri isə o dərəcədə inkişafa nail olmuşdur ki, onlar artıq ayrıca bir ixtisas kimi fəaliyyət göstərirlər. İnsan intellektindən daha güclü bir intellektin yaradılması Sİ-in əsas məqsədlərindəndir.

 

Tarixi

İntellektə malik olan maşınlar və digər süni aparatlar barəsində yazılı fikirlərə hələ qədim yunan miflərində rast gəlmək olar. İntellektə malik avtomatlaşdırılmış maşınlar Heron, Əl Cəzirə, Volfqanq von Kempelen, Cabir ibn Həyyan, Parasels və digər ixtiraçılar tərəfindən qədim dövrlərdən bəri hazırlanmışdır. Artıq eramızdan əvvəl 4-cü əsrdə yaşamış Aristotel süni intellektin düşüncəsinin əsasını təşkil edən sillogizm nəticələr nəzəriyyəsinin əsasını qoymuşdur. 1275ci ildə Roman Llull özünün Ars Maqna adlı məntiq aparatını ixtira etmişdir. Ars Maqnaya istifadəçi xristianlıq haqqında öz sualını daxil edir və aparat insanın köməyi olmadan dərhal avtomatik olaraq bu suala cavab tapırdı. Bu aparat müsəlmanları xristianlaşdırmaq məqsədilə yaradılmışdır.

Müasir dövrdəki süni intellektin əsası 1956-cı ildə Dartmut Kollecində keçirilən konferensiyada qoyulmuşdur.

 

Link to comment
Share on other sites

Proqramlar telegramda
suni_intellekt.jpg

Süni intellekt yaxud idrakımızın zirvəsi


Ali təhsil aldığım dövrdə də, bu gün aspirant olduğum bir vaxtda da bizə elmi klassikcəsinə, olduğu kimi qavramağı aşılayıblar. Klassik elmi metodologiya, klassik elmi üsullar, bir sözlə elmi klassika həmişə yadımızda olub.

Lakin bir həqiqəti danmaq olmaz ki, məhz klassik elmi üsulların (klassik riyaziyyat, fizika, kibernetika və s.) köməyi ilə insan Aya uçub, kompüter yaradıb, astronomik cədvəllər, atom və hidrogen silahları düzəldib. Lakin bu gün o qədər vacib məsələlər var ki (gələcəkdə də olacaq), onların həllində bu klassika bir qədər ləngiyir. Bu gün artıq bəşəriyyəti daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və tətbiqi, süni intellekt üsullarının, ekspert sistemlərin yaradılması, idarəetmə proseslərinin intellektuallaşdırılması, qeyri-səlis məntiq, qeyri-səlis neyron sistemlər və s. daha çox düşündürür. Real həyatda qərar qəbuletmə və idarəetmə məsələlərini həll edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır. Amma necə?1960-cı illərə kimi idarəetmə və qərar qəbuletmə nəzəriyyələri tam müəyyənlik şəraiti üçün yaranmışdı. Yəni insan müəyyən bir şəraitdə qərar qəbul etmək istəyirsə, o şəxsdə həmin şərait və şəraitin gələcəyi haqqında 100 faizlik məlumat olur. Və yaxud təyyarə uçan zaman ona külək təsir edir, biz o küləyin hansı qanunla, hansı sürət və istiqamətdə əsməsi barədə tam informasiyaya malik oluruq. Lakin real həyat məsələlərində tam informasiya heç vaxt olmur. Bu və ya digər dinamik sistemə təsir edən faktorlar (həyəcanlandırıcı təsirlər) barədə informasiyamız cüzidirsə, elə idarəetmə qanunu tapmaq lazımdır ki, idarə olunan sistem həmin həyəcanlandırıcı təsirlərdən asılı olmasın, başqa sözlə, sistem invariant olsun. Mütəxəssislərin fikrincə artıq klassik idrak, klassik elmi üsullar öz əvvəlki qüdrətini itirib. Onların fikrincə, bir dildən başqa dilə tərcümə problemi, persepsiya əsasında ətraf mühitin qavranılması problemi, canlıların sərbəstlik dərəcəsinə və çevikliyinə (ilanın sərbəstlik dərəcəsi sonsuzdur) malik olan robotların yaradılması, lazımi adekvatlığa malik olan iqtisadi modellərin yaradılması və s. klassik elm, o cümlədən klassik riyaziyyat tərəfindən həllini tapa bilməzdi. Çünki klassik riyaziyyat deterministik riyaziyyatdır. Qeyri-müəyyənliyi nəzərə ala bilmir. Yeni elmi və fəlsəfi yanaşma tələb olunur. Bax, belə bir yanaşma hesablama intellekti yanaşmasıdır. Hesablama intellekti isə süni intellekt və onun daha inkişaf etmiş formasıdır.Süni intellekt (ing. Artificial intellegence)- informatikanın hesablama sistemələri və digər süni qurğuların köməyi ilə fikir və hadisələrini təminat imkanlarını öyrənən şöbəsidir. Süni intellekt dedikdə insanın proqramlaşdırılmış şəkildə, süni yollarla yaratdığı və digər köməkçi vasitələrlə üzə çıxan qeyri-ənənəvi intellekt, alışmadığımız bir idrak kateqoriyası başa düşülür. Məsələn, insan robot yaradır və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot insana çay gətirirsə və yaxud bir neçə sualın cavabını verirsə bu hələ süni intellekt deyil, bu sadəcə həmin robotun proqramlaşdırılmadan irəli gələn funksiyalarıdır. Süni intellektə malik robotsa insanın əsəbi olduğunu görüb artıq hərəkətlərə, yersiz “söhbətə” yol verməyən robotdur (hələlik belə bir süni varlıq yaradılmayıB). Və yaxud başqa bir misal. Adi kalkulyatorlar insanın imkanları xaricində olan riyazi hesablamaları bir neçə saniyədə həll edir. Lakin bu o demək deyil ki, hər hansı bir kalkulyator insandan “ağıllıdır”. Sadəcə, həmin hesablamalar insan tərəfindən yaradılan proqram təminatı əsasında verilən əmrləri yerinə yetirir. Son illər dünya ölkələrində olduğu kimi, Azərbaycanda da, soft kompütinq, hesablama intellekti məsələlərinə diqqət artırılıb, bu sahədə sanballı elmi tədqiqtlar meydana gəlib. Professor Lütfi Zadəni və Rafiq Əliyevi isə bu sahənin öncülləri kimi qəbul edirlər. Məsələn, R.Əliyevin invariantlıq nəzəriyyəsi sahəsindəki işləri neft emalı, neftkimya sənayesi, intellektual robotlar sahəsindəki işləri metallurgiya və əlvan metallar sənayesində, elmi əsaslarını yaratdığı böyük sistemlərdə koordinasiya nəzəriyyəsi müxtəlif iqtisadi və istehsal sistemlərinin qurulmasında, süni intellekt, hesablama intellekti, soft kompütinq sahəsindəki nəticələri neftçıxarma, neftemalı, təbabət, təhsil, konfliktologiya, biznes, iqtisadiyyat sahələrində, ALİ-1, ALİ-2, ALİ-3 məntiqləri isə kosmik obyektlərdə tətbiq olunub. Coğrafiya baxımından bu tətbiqlər Azərbaycan, Rusiya, Özbəkistan, Ukrayna, Almaniya, İran, Türkiyə, Bolqarıstan və s. ölkələri əhatə edib. ALİ-1, ALİ-2, ALİ-3 məntiqlərinin yeniliyi ondadır ki, onlar qeyri-müəyyənlik şəraitində insan təfəkkürünü, nəticə çıxartmaq mexanizmini başqa məntiqlərə nisbətən daha dəqiq və dürüst yazır. (Aristotel məntiqi ikili (binar) məntiqdir, qeyri-müəyyənliyi, ümumiyyətlə, nəzərə almır). 1996 və 1999-cu illərdə Rusiyanın strateji təyinatlı raket qoşunları hərbi akademiyasının alimləri eksperimental yolla bu üç məntiqin başqa məntiqlərdən üstünlüyünü isbat etmiş və onlar strateji səma obyektlərinin idarəolunmasında və diaqnostikasında istifadə olunmuşdur. Alimin sonrakı elmi işləri postmodern hesablama və informasiya texnologiyalarının sinerjisinə (qovuşmasına ) əsaslanan və əsası dövrümüzün ən böyük elm dühası olan professor Lütfi Zadə tərəfindən qoyulan soft komputinq və sözlə hesablama (ədədlə yox, sözlə) nəzəriyyələrinin və texnologiyalarının yaranmasına və inkişafına həsr olunub. Artıq bir neçə ildir ki, “Zadə irsi və süni intellekt” Assosiasiyası fəaliyyət göstərir. Bu assosiasiya indi əsasən iki istiqamətdə iş aparır. Birincisi, qeyri-səlis məntiq, soft kompütinq, hesablama intellekti, sözlə və persepsiya ilə hesablama sahəsində hər il beynəlxalq konfranslar və simpoziumlar təşkil edir. Bu günə kimi Almaniya, İran, Türkiyə, İtaliya, İspaniya və başqa ölkələrdə 10-dan çox belə konfranslar təşkil olunub. İkincisi, Azərbaycanda assosiasiyanın daimi elmi seminarları keçirilir ki, bu seminarlarda dünyanın, o cümlədən Azərbaycanın sanballı alimləri aldıqları orijinal elmi nəticələrlə çıxış edirlər. Bildiyimiz kimi, süni intellektin ən bariz nümunəsi olan beşinci nəsil kompüterlər qeyri-səlis məntiqə əsaslanır. Qeyri-səlis məntiq R.Əliyev tərəfindən obrazlı şəkildə belə izah olunur: Aristotel məntiqi ilə mühakimə yürüdən beyin dünyanı yalnız ağ və ya qara rəngdə qavrayır, Zadə məntiqi isə dünyanı bütün çalarları ilə qavramağa imkan verir. Çünki Aristotel məntiqi ikili məntiqdir, Zadə məntiqi çoxmənalı (kəsilməz qiymətli) məntiqdir. Aristotelə görə, bir müddəa ya doğru, ya da yalan ola bilər. Zadəyə görə, hər bir müddəanın doğruluq dərəcəsi doğru və ya yalan arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər alır. Zadə məntiqində real həyatı daha dürüst inikas etmək qabiliyyəti var, bu məntiqdə tolerantlıq daha çoxdur. Aristotel məntiqinə görə, bir adam ya dostdur, ya düşmən. Zadə məntiqinə görə, dostla düşmən münasibətləri arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn, neytral, çox yaxın dost və s.). Formal məntiqi dildə desək, Zadəyə görə, sıfır ilə bir arasında çoxlu rəqəmlər var, Albert Eynşteyn fizikada inqilab etdi, klassik mexanika ilə kvant mexanikasının sərhədini göstərdi. Lütfi Zadə alternativ riyaziyyat (qeyri-səlis riyaziyyat) yaratdı. Elmin dili, qeyri-müəyyənlik ölçüsü dəyişdiyindən qeyri-səlis fizika, qeyri-səlis kimya, qeyri-səlis riyaziyyat və başqa qeyri-səlis elmlər yarandı. Bu gün qeyri-səlis məntiq sahəsində 50-dən çox elmi curnal nəşr olunur, hər il 100-dən çox beynəlxalq konfrans və simpoziumlar keçirilir.
Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...