Jump to content
Forum Windows-az.com

Proqramlaşdırma nədir?


ZAUR_033

Recommended Posts

Proqram sözü söz qaynağı olaraq müəyyən şərtlərə və nizama görə edilməsi lazım olan əməliyyatların bütünü mənasına gəlməkdədir.

Proqramlaşdırma da proqram ortaya çıxarma işidir.

Müəyyən şərtlərə və nizama görə müxtəlif əməliyyatlar reallaşdırmaqda həyatı asanlaşdırmaq üçün lazımlıdır. Müxtəlif problemlərin həll olumasında proqramlar zəruridir.

Yazılan proqramlar həyatımızın bir çox hissəsində bizə lazım olmaqda, işlərimizi asanlaşdırmaqdadır. Elə insan yoxdur ki, həyatı boyunca hansısa proqramla bilərək vəya bilməyərək tamasda olmasın, əgər bu adam meşədə mağarada yaşamırsa.

Nümunə olaraq 25!(25*24*23*22*...1) əməliyyatının nəticəsi normal bir insan tərəfindən bir anda deyilə bilməzkən yazdığımız sadə bir proqramla bu əməliyyat kompüterə çox sürətli və səhvsiz olaraq etdirilə bilər.

Proqramlaşdırmaya başlayacaq adamın əvvəlcə problemi, şərtləri, həll yollarını, üsulları ən yaxşı şəkildə sinifləyə bilmə qabiliyyətinin olması gözlənilər. Böyük proyektlərdə analiz dediyimiz bu ilk qisim və daha sonrasındakı kodlaşdırma(Proqramlaşdırma deyə daha çox bu qisim bilinir.) və test fərqli kəslər və ya qruplar tərəfindən reallaşdırılır.

Kompüter proqramlarının yazılmasında dəyişik proqramlaşdırma üsulları istifadə edilir. Yuxarıdakı faktoryal nümunəsi kimi sadə problemlərin həllində Struktur Proqramlaşdırma, gerçək həyat problemlərində(gerçək həyatdakı kimi obyektlər istifadə etmək məntiqli olacağından) Obyekt Yönümlü Proqramlaşdırma, həlli qeyri-mümkün kimi görünən; həllə gedən yolda da yeni həllər çıxaracaq yeni proqramların meydana gətirilməsi və çalıtırılması lazım olan vəziyyətlərdə də Süni İntellekt proqramlaşdırma istifadə edilər.

Bəhs etdiyimiz hər üsul üçün ayrı proqramlaşdırma dilləri mövcuddur. Bir proqramlaşdırma diliylə hər mərhələdə proqram yazma deyə bir şey yoxdur.

Nümunə olaraq Struktur Proqramlaşdırma edilə biləcək bir dil C (ki çox əhəmiyyətlidir), Obyekt Yönümlü Proqramlaşdırma edə biləcəyimiz dillər(java, c++), son olaraq Süni Zəka proqramları yazıla biləcək prolog yüzlərlə, hətta minlərlə proqramlaşdırma dillərindən yalnız bir neçəsidir.

Bu dillər vasitəsi ilə ortaya çıxacaq məhsullara kompüterimizə yüklədiyimiz müxtəlif proqramlar(Office, Photoshop, Oyunlar və s.), mobil telefonlara yüklənən programlar, sonra paltaryuyan maşınları, bəzi nəqliyyat vasitələrini(avtomobil, qatar təyyarə kimi), və s. digər qurğuların avtomatik idarə edilməsi üçün yazılmış proqramları göstərmək olar.

Unix əməliyyat sistemi ilə C proqramlaşdırma dili birbirləri ilə əlaqləlidir. Hər ikisinin tarixi 70-ci illərdən başlayır. AT&T Bell Laboratoriyasında işləyən Ken Thompson oyun proqramı yazmaq istəyir. O,bu proqramı PDP-7 maşınında yazmaq istəyirdi. Lakin onun əməliyyatlar sistemi xoşuna gəlmədi. O, MULtics sisteminin sadələşdirilmiş və dəyişdirilmiş versiyasını yazmağa qərar verdi. Daha sonra isə Dennis Ritchie və Brain Kernighan da ona qoşuldu.Unix və C-nin tarixində bu 3 nəfər böyük rol oynadı.Əvvəlcə Thompson,BCPL dilindən istifadə edərəl B dilini yaratdı.Bundan sonra isə Ritchie Unixi daha asan halda yazmaq üçün C dilini yaratdı.1973-cü ildə C-dən istifadə edərək Unixi yenidən yazdılar. Və bu işlərinə görə 1983-cü ildə ACM-in Turing mükafatını aldılar. O vaxtdan C dili çox dəyişməyib.1988-ci ildə isə ANSİ C dilinin standartlarını müəyyən etdi.

 

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...