Jump to content
Forum Windows-az.com

QANLI XOCALI FACIYƏSI


serverus

Recommended Posts

1330202153_xocali.jpg


26 fevral 1992-ci il. Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi...

1988-ci ilden başlamış Ermenistan - Azerbaycan, Dağlıq Qarabağ münaqişesi dövründe en müdhiş, facieli, tarixde analoqu çox az olan hadiselerden biri Qarabağın en qedim insan meskenlerinden biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciesi XX esrin en dehşetli ve en qeddarcasına töredilmiş Xatın, Xirosima facieleri ile eyni seviyyede durur.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir....
Bu mövzunu çox uzatmaq olar çünki insan gərək özünün və öz milətinin tarixini unutmaya tarixsiz bir şey olmazz.


1330202435_13466.jpg


1330202446_142558304.jpg


1330202389_x1.jpg


1330202415_xocal_facisi.jpg


1330202417_xocali_cinayetlerin_davami_id




Allah bütün şəhidlərimizə Rəhmət eləsin...
Link to comment
Share on other sites

Proqramlar telegramda

Prezident zəif siyasətçidir.Xalqın fikrincə biz Kiçik Ermənistanla deyil,Böyük Rusiya ilə müharibə edirik.Rusiyaya görə torpaqlarımızı ala bilmirik.Onda belə nəticəyə gəlmək olar ki, Rusiya Federasiyası nə qədər ki, mövcuddur, Qarabağı ala bilməyəcəyik.İndi Qarabağlıların 80 faizi də deyir ki, "Qarabağı neynirik.Alınsa da ora qayıtmayacağıq".Heç bir ana da oğlunu müharibəyə göndərmək istəmir.

 

Prezident də hakimiyyətdə olduğu dövrdə elə bir şey eləmələdir ki, heç vaxt unudulmasın.Bizim prezident də ancaq atasının adına park, saray, prospekt açır.Hər rayonda Heydər Əliyevin heykəli var.Ancaq onun qurduğu dövlətdə rüşvətxorluq,korrupsiya baş alıb gedir.Nə qədər ki, İlham Əliyev hakimiyyətdədir, Qarabağı Ala Bilməyəcəyik

Link to comment
Share on other sites

===

Biz 20 ilin dövlətindən çox şey gözləyirik. Öz dəvlətimizi başqa 1-2 əsirik müstəqil olan dövlətlərə tay tutaraq deyiriki dövlətimiz inkişaf etmir. Amma dövlətimiz ölkəmiz çox surətlə inkişaf edir sadəcə bunu görmək lazmıdır. Düz deyirsən ana heç vaxt öz öğlunu müharibəyə göndərməz məs elə ona görədə ali baş kamandant müharibə elan etmir sülhə səsləyir camatı. Çünki bilirki onun milətinin içində müharibədən qaçan gənclər var. Gərək öz milətini sevəsən bir sözü unutmayın. Dövlət xalıq yaşatmır xalq dövləti yaşadır.

Link to comment
Share on other sites

===

Bizdə razıyıb nə yol ilə olursa alınsın. Sadəcə dövlətimizə dəstək olmaq lazmıdır. Yuxarda yazdığın şərhdə mən o dəstəyi görmədim.

Rusiya ilə müharibəyə girmək Gürcüstanın gününə düşmək deməkdir. Gənclər bir az idealist olun nə vəzyyətdəyəm deməyin nə vəziyyətdə olacam deyin.

Link to comment
Share on other sites

Düzdü.Rusiya ilə müharibə etsək, heç bir dövlət bizə dəstək olmayacaq.Rusiya istəsə 30 dəqiqənin içində Azərbaycanı yer üzündən silər.Amma İlham Əliyevin də apardığı siyasət uğurlu siyasət deyil.İndi Eurovision olacaq, müharibə etməyəcəyik.Olimpiadaya keçirmək istəyirik, müharibə olmayacaq.Müxalifət də boş-boş vədlər verir.İlham Əliyevdən başqa da hakimiyyətə gələcək Real Namizəd görmürəm.Çünki, savadlı insanlar çox azdır.Bunun da səbəbi idmana göstərilən qayğıdır.Əgər həmin qayğının 50 faizi təhsilə göstərilsə savadlı adamlar çoxalar.Bu da məmurlara və prezidentə sərf eləmir
Link to comment
Share on other sites

===

Səni başa düşürəm səndə nə deyirsənsə öz millətivin yaxşılığına görə deyirsən. Amma həmin eurovision və olimpiya oyunlarından Azərbaycana yaxşı xeyir gələ bilər. Düzdür ola bilsinki həmin məbləğdən çoxu məmurların cibinə gedəcək amma ölkə üçündə mütləq istifadə olunacaq. Onuda düz vurğuladınki təhsil bərbadır bu mövzuda səninlə heç mübahisə etmək istəmirəm çünki düz sözə nə deyim. Amma müharibə dalınca müharibə özüdəki dünyada hərbi gücünə görə ikinci dövlət olan Rusiya ilə bu Azərbaycanı məhv edə bilər. HƏmdə İlham Əliyevdən başqa kimsə prizident olsa təzədən başlayacaq Azərbaycanı soymağa.

Link to comment
Share on other sites

Əlbəttə. İlham Əliyev pis adam deyil.Amma ona dəstək olmaq lazımdır.Məsələn mənim yaşadığım Bakı kəndində böyük bir göl var.Prezident əmr vermişdi ki, o gölü qurutsunlar.Amma məmurlar proyektin puluna yeyib,içib kef elədilər və o göl hələ də durur.Bakı şəhərində ən çox radiasiya o gölün ətrafındadır.

 

İlham Əliyev keçən il danışırdı ki, korrupsiyaya,rüşvətxorluğa qarşı tədbirlər görüləcək.Bu yaxınlarda da bu haqda danışdı.Amma boş-boş sözlərdir.Əslində rüşvətxorluğu onun atası Heydər Əliyev gətirib.

 

Daha bir neçə nümunə gətirə bilərəm.Amma yazdığca əsəbləşirəm

Link to comment
Share on other sites

===

Qaqa rüşvət məmurdan çox rüşvəti verəsə sərf edir sən nə danışırsan. Problem insanlardadır dövlətdə deyil. Heydər olmasaydı bəlkə indi biz ruslar üçün zibil təmizdəyirdik ee. Heydər olmasaydı bəlkə indi birzdə ermənistanın bir parçası idik. Yaxşlıqa yamanlıq etmək lazım deyil. Ümumilli lider haqında belə danışma.

Link to comment
Share on other sites

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...