My-Comp yek Konu tarihi: 26 Şubat 2012 Paylaş Konu tarihi: 26 Şubat 2012 “Xocalı faciəsi soyqırım olmaqla yanaşı ölkə iqtisadiyyatına real və potensial ziyan vurub” Bunu Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı açıqlamasında Iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O həmçinin qeyd edib ki, ölkə ərazilərinin işğalına yalnız işğal və ya siyası hadisə kimi deyil, iqtisadi baxımdan da yanaşmaq lazımdır: “Sözügedən ərazilərin işğalı Azərbaycan iqtisadiyyatının tam olaraq fəaliyyət göstərməsinə imkan vermir. Xocalı faciəsində rayonda yerləşən istehsal, eləcə də təhsil və mədəni obyektlər dağıdılıb. O cümlədən 7 min nəfər əhalinin yaşadığı rayonun işğalı sonrakı müddətdə bu ərazinin istifadəsinin mümkünsüzlüyünə gətirib çıxarıb”. İqtisadçı bildirir ki, işğaldan əvvəl Xocalıda çoxsaylı istehsal müəssisələri fəaliyyət göstərib: “Qarabağ regionunda məşhur olan Xocalı toxuculuq fabriki fəaliyyət göstərirdi. Əhalinin əsasən üzümçülük, heyvandarlıq, arıçılıqla məşğul olduğunu nəzərə alsaq, həmin dövrdə Xocalıda bu sahələr üzrə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləri də var idi. Bütövlükdə Xocalının infrastrukturunu, 7 min əhalinin məskunlaşdığı rezidensiyaları qeyd etdikdə ərazinin işğalı iqtisadi baxımdan ölkəyə böyük ziyandır. Rəsmi hesablamalara görə, Xocalı işğalından Azərbaycana dəymiş ziyan 170 milyon dollardır”. V.Bayramov hesab edir ki, işğal nəticəsində dəymiş ziyan hesablanan zaman təkcə ərazidəki real sektor subyektləri, təhsil, mədəniyyət obyektləri, yaşayış binaları deyil, ərazinin istifadəsiz qalmasından dəymiş ziyanlar da nəzərə alınmalıdır: “Xocalıda olan əmlakın, həmçinin digər dəyşmiş ziyanların qiymətləndirilməsi göstərir ki, işğal ərəfəsində iqtisadiyyata 200 milyon manata yaxın ziyan dəyib. İllərdir ərazinin istifadə olunmadığını, infrastrukturun dağıdıldığını nəzərə alsaq, Xocalı faciəsi ölkə iqtisadiyyatına 300 milyon manat ziyan vurub”. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.