Jump to content
Forum Windows-az.com

Fayl nədir....?


Guest Cavid018

Recommended Posts

Guest Cavid018

Faylinformasiyanın diskdə tutduğu yerdir.

 

İki cür fayllar olur:

 

Sistem faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (*.sys).

 

İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn:

 

mətn redaktorlarında yaradılan fayllar (*.doc, *.odt, *.txt),

 

verilənlər bazasının faylları (*.mdb, *.odb),

 

elektron cədvəllərinin faylları (*.xls, *.ods),

 

mediya-fayllar (səs faylları: *.wav, *.mp3, *.ogg, *.midi, *.au, video-fayllar: *.avi, *.mov),

 

qrafik fayllar (*.jpg, *.gif, *.bmp, *.tif, *.png),

 

prezentasiyalar (*.ppt, *.pps, *.odp),

 

web-fayllar (*.htm, *.html),

 

konfiqurasiya faylları (sistem reestr, DHCP, WINS, DNS və Active Directory verilənləri).

 

Hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir.

 

Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Eyni məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa imkan verir.

 

Bütün əməliyyat sistemləri faylların axtarışı ilə məşğul olan xüsusi proqrama malikdir. Disketlər, bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır – yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat informasiya yerləşir.

 

Ondan sonra fayılların yerləşmə cədvəli (FAT və NTFS cədvəli) yerləşir. Bu cədvəldə diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur. Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa göndərir.

 

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...