Jump to content
Forum Windows-az.com

“Azercell” “Portal 111” xidmətini istifadəyə verdi


My-Comp yek

Recommended Posts

Azercell-logo.png


“Azercell Telekom” MMC yeni “Portal 111” xidmətini istifadəyə verib.

Şirkətdən verilən xəbərə görə, bu xidmət sayəsində “Azercell” abunəçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq “Portal 111”-ə pulsuz daxil olub, müxtəlif “Azercell” xidmətlərindən istifadə edə bilərlər.

“Portal 111”-in daxilində abunəçilər 1-9 düymələrindən istifadə edərək müxtəlif kateqoriyaları seçə bilərlər. Həm Fakturalı, həm də SimSim xətt abunəçiləri “Portal 111”-in ümumi menyusuna daxil olaraq, orada göstərilən xidmət siyahısından onlara uyğun olan xidmətləri seçə biləcəklər.

Məlumata görə, “Portal 111” komandasının köməkliyi ilə SimSim xətt abunəçiləri Simkredit, Günlük Gizlətcell, Rominq xidməti, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən istifadə edə biləcəklər.

Eyni zamanda, “Azercell” Fakturalı xətt abunəçiləri də, Günlük Gizlətcell, SMS paketləri, MMS paketləri, Mobil İnternet Paketləri, Balans haqqında məlumat və Yardım xidmətlərindən yararlana bilərlər.

Xatırladaq ki, “Azercell Telekom” MMC Azərbaycanda ilk dəfə olaraq onlayn müştəri xidmətlərini və eyni zamanda, Facebook sosial şəbəkəsindən istifadə e dən abunəçiləri üçün xüsusi müştəri proqramını istifadəyə verib.
Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...