Jump to content
Forum Windows-az.com

LAN, WAN və digər Sahə Şəbəkələri (Area Networks)


===

Recommended Posts

Müxtəlif tip kompüter şəbəkə dizaynlarının kateqoriyalaşdırılması üçün bir yol var. Onları fiziki sahəsi və miqyasına görə qruplaşdırmaq. İnkişaf tarixi səbəblərindən, bütün dizayn tipləri demək olar ki müəyyən sahəyə görə yaradılmışdırlar. Aşağıda onları görə bilərsiniz:

 

LAN - Local Area Network (yerli sahə şəbəkəsi)

WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi)

WAN - Wide Area Network (geniş sahə şəbəkəsi)

MAN - Metropolitan Area Network (metropoliyan (paytaxt) sahə şəbəkəsi)

SAN - Storage Area Network, System Area Network, Server Area Network, və ya bəzən Small Area Network (bir çox adı var əsas Storage Area Network (saxlama sahə şəbəkəsi) kimi tanınır)

CAN - Campus Area Network, Controller Area Network, və ya bəzən Cluster Area Network (bir çox adı var əsas Controller Area Network (nəzarət sahə şəbəkəsi) kimi tanınır)

PAN - Personal Area Network (şəxsi sahə şəbəkəsi)

DAN - Desk Area Network (idarə etmə sahə şəbəkəsi)

 

LAN və WAN əsas orijinal sahə şəbəkəsi kateqoriyalarıdır, qalanları illər boyunca texnologiyanın inkişafı irəlilədikcə yaradılmışdırlar və yəqinki bundan sonrada yeniləri yaradılıcaqdırlar.

 

 

LAN Nədir?

 

LAN (Local Area Network) �YSŞ(Yerli Sahə Şəbəkəsi), məsləhətdir LAN deyəsiniz. YSŞ gülməli çıxır. Bu forma kiçik ofislərdə, ev daxili və ya kiçik kompüter klublarında istifadə olunur. Bu tip vasitəsi ilə evdə, işdə və ya klubda oyun oynamaq, o biri kompüterə qoşulmuş printerdən yazı çap etmək olar. Şəbəkə tipi nə qədər böyük olursa olsun onun tərkibində LAN(lar) olur. Nə qədər böyük deyən zaman mən aşağıda izah edəcəyim, yuxarıda siyahı formasında sadaladığım digər tipləri nəzərdə tuturam. Bütün böyük şəbəkələr kiçik LAN şəbəkələrini birləşdirmək üçün mövcuddurlar və ya o səbəbdən yaranıblar.

 

WLAN Nədir?

 

WLAN - Wireless Local Area Network (simsiz yerli sahə şəbəkəsi) bu da LAN deməkdir amma həm üstün həm də mənfi cəhətləri var. Üstün cəhəti evin ya da ofisin içərisində ayağınıza dolaşacaq və ya divarın deşilməsinə səbəb olacaq kabellərin olmamağıdır. Mənfi cəhəti onun hələ inkişaf etməkdə olmasıdır ki, texnologiya kompüter oyunları və həcmi böyük proqramların tələblərini hələ ki ödəyə bilmir. Amma sənədləri şəbəkə vasitəsi ilə bölüşmək onun üçün problem deyildir. Üstün cəhəti ötürmə radiusu üzrə dairəvi formada bağlantı qura bilir. Kabel kimi tək istiqamətli bağlantıdan asılı olmur.

 

WAN Nədir?

 

WAN - Wide Area Network (geniş sahə şəbəkəsi). LAN-ın maksimum əhatə sahəsi bir binadırsa, WAN üçün bu əhatə sahəsi şəhərin bir neçə rayonu, yer kürəsinin tamamı desək yalan olmaz. Əlbəttə ki burada istifadə olunan texnologiyalar LAN-dan fərqlənir və daha bir neçə cihaz əlavə olunur. Bu detalları hub vasitəsi ilə şəbəkə quraşdırmanı öyrənən zaman geniş şəkildə izah edəcəyik.

 

Digər tiplər nədir?

 

Siyahıda yazılan digər tiplər adlandırıldığı sahə üzrə şəbəkə dizaynlarıdır. Əsasən məqsəd yönlü yaradılmışdırlar. Bəzi sahə şəbəkə tiplərinin bir neçə adının olmasının səbəbi dizayn formasının saxlanılaraq məqsədinin dəyişdirilməsi ilə əlaqədardır. Yəni bir dizayn bir çox məqsəd ilə istifadə oluna bilər.

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...