Maksim_252 Konu tarihi: 11 Mart 2012 Paylaş Konu tarihi: 11 Mart 2012 Hər kəsə salamlar. İndi sizlərlə saytların birindən öyrəndiyim Corel Draw proqramıyla 8 Mart Qadınlar bayramı üçün açıqca dizaynını paylaşacam. Bir az gec olsa da paylaşmaq istədim. İlk olaraq boş səhifə yaradıb, Ellipse Tool (F7) alətini aktiv edirik. Aşağıda gördüyünüz formada ellips çəkirik. Sonra zövqünüzə görə istədiyiniz bir rəngi verə bilərsiniz. Transparency alətini aktivləşdiririk. Ellips aktiv olmaq şərtilə Transparency Tool alətiylə xətti qradient formasında obyektin üzərində şaquli hərəkət edirik. Oxun qara marker olan hissəsi şəffaf olacaq, ağ olan hissə isə olduğu kimi qalacaq - bir sözlə klassik maskalama prinsipi. Nəticə aşağıdakı şəkildə aydın görünür Alınmış yarımşəffaf ellipsi kopyalayıb aşağıda gördüyünüz formada yerləşdiririk. Hər iki ellpisi qruplaşdırıb (Ctrl+G), kopyalayırıq. Kopyalanmış obyektin üzərində bir də klik edirik ki, fırlanma markerləri aktiv olsun. Ctrl düyməsini sıxıb saxlamaqla ikinci obyekti sağa doğru fırladırıq. Ctrl düyməsini saxlamaqla obyektin 15, 30, 45 və s. dərəcə bucaq altında fırlanmasına nail ololuruq ki, beləcə obyekt daha səliqəli alınacaq. Əməliyyatı aşağıdakı nəticəni alana kimi davam etdiririk. Zövqümüzə görə qarşı ellipsləri müxtəlif rəngli edirik. Nəticədə aşağıda gördüyünüz kimi çox orijinal, rəngarəng bir gül şəkli əmələ gələcək. Alınmış gülü kopyalayıb, mərkəzə doğru kiçildib, gördüyünüz effekti ala bilərsiniz. Alınmış rəsmi müxtəlif formada açıqcada istifadə edirik. Bu birinci versiya: İkinci variant: Son versiya: Uğurlar Alıntı Link to comment Share on other sites More sharing options...
ZAUR_033 Mesaj tarihi: 11 Mart 2012 Paylaş Mesaj tarihi: 11 Mart 2012 Əziyyətə görə təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 11 Mart 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 11 Mart 2012 Dəyməz. Buyur. Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 11 Mart 2012 Paylaş Mesaj tarihi: 11 Mart 2012 tsk Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 11 Mart 2012 Paylaş Mesaj tarihi: 11 Mart 2012 Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 11 Mart 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 11 Mart 2012 Dəyməz, xoşdur... Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 11 Mart 2012 Paylaş Mesaj tarihi: 11 Mart 2012 .... halaldı... rənglər seçimində də görünür ki,yaxşı zövqün var...)))))))) Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 11 Mart 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 11 Mart 2012 mehdi1998, bəyəndiyinə sevindim Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Elbrus0033 Mesaj tarihi: 11 Mart 2012 Paylaş Mesaj tarihi: 11 Mart 2012 bilirdim.çox sagol maksim. Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 11 Mart 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 11 Mart 2012 deymez, buyur Alıntı Link to comment Share on other sites More sharing options...
nurik111 Mesaj tarihi: 11 Mart 2012 Paylaş Mesaj tarihi: 11 Mart 2012 Təşəkkürlər Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 11 Mart 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 11 Mart 2012 deymez, xosdur Alıntı Link to comment Share on other sites More sharing options...
TΛNNΞЯ Mesaj tarihi: 12 Mart 2012 Paylaş Mesaj tarihi: 12 Mart 2012 Tesekkurler Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 12 Mart 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 12 Mart 2012 Deymez, buyur... Alıntı Link to comment Share on other sites More sharing options...
Maksim_252 Mesaj tarihi: 12 Mart 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 12 Mart 2012 My-Comp yek, buyur xoşdur. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.