Jump to content
Forum Windows-az.com

Cinayət məcəlləsində Xakerlik


Guest Elbrus0033

Recommended Posts

Guest Elbrus0033

Salam elykum.bunu bir saytdan oxudum düşündüm ki sizlərlə paylaşmagimda gerek var

bir çoxumuz hackinglə maraqlanırıq və aramızda məşgul olanlarda var. Ama bu hackingin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinidə bilməyimizin gərəkli olduğunu düşünürəm və sizində bu məlumata Sahib olmağınızı istərdim.

 

Maddə 271. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma

 

271.1. Qanunla qorunan kompüter informasiyasına, yəni maşın daşıyıcılarında, elektron hesablayıcı maşınlarda (EHM), elektron-hesablayıcı maşınlar sistemində və ya onların şəbəkələrində olan informasiyalara qanunsuz olaraq daxil olma, bu hərəkətlər informasiyanın məhv edilməsi, təcrid olunması, modifikasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin, və ya onlarıın şəbəkəsinin fəaliyyətinin pozulmasına səbəb olduqda - şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

271.2. Eyni əməllər:

 

271.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

 

271.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, yaxud elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxs tərəfindən törədildikdə;

 

271.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə - şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...