Karb10 Konu tarihi: 2 Mart 2023 Paylaş Konu tarihi: 2 Mart 2023 Salam, yoldaşlar. Yaxın zamanlarda avtomobilini satmış və ya satmağı düşünən şəxslərlə icbari sığorta ilə bağlı vacib bir məqamı bölüşmək istəyirəm. Əgər heç bir qəza törətmədiyiniz halda sığorta haqqınızın 3 dəfə artmasını istəmirsinizsə avtomobilinizi satarkən mütləq formada icbari sığorta etdirdiyiniz şirkətə müqavilənin ləğvi üçün müraciət edin. Əks halda, sizinlə bağlanmış icbari sığorta müqaviləsi qüvvədən düşməmiş avtomobilin yeni sahibi qəza törədərsə bu sığorta hadisəsi sizin adınıza qeydiyyata salınır və gələcək sığorta haqlarınızda çox ciddi artıma səbəb olur. Qeyd etdiyim problem qanunvericilikdəki boşluqdan qaynaqlanır və məsələ ilə bağlı İSB heç bir köməklik göstərmir. Sigortani addan ada kecirmek mumkundu? Bunun üçün müqavilə bağlanan sığorta şirkətinə yaxınlaşıb öz adınıza olanı ləğv edib avtomobili alan adamın adına yeni müqavilə bağlanmalıdır. Ləğv etdiyiniz zaman müqavilənin bitmə tarixinə qədər olan günlərə görə müəyyən məbləğ hesablanıb sizə geri qaytarılır. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.