Jump to content
Forum Windows-az.com

MTN Azeri xakerləri həbs etdi


Guest Elbrus0033

Recommended Posts

Guest Elbrus0033

MTN kibercinayətkar dəstəni ifşa etdi

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində, kompüter informasiyasına qanunsuz daxil olaraq müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanmasında təqsirli bilinən mütəşəkkil dəstənin üzvləri yaxalanaraq ifşa ediliblər. MTN ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları – Musayev Rəhman Sahib oğlu, Abdullayev Elçin Tariyel oğlu, Zəkiyev Emin Tahir oğlu, Dadaşlı Mikayıl Elşad oğlu və qeyriləri mütəşəkkil dəstə tərkibində İnternetdən istifadə etməklə qanunla qorunan kompüter informasiyasına qanunsuz daxil olub onların surətlərini əldə edərək 2008-2011-ci illər ərzində həmin informasiyalar vasitəsilə ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus elektron bank hesablarından böyük məbləğdə pul çıxarıb və onların mənafeyinə külli miqdarda ziyan vurmaqla həmin pul vəsaitini gizli olaraq talayıblar.

 

Müəyyən edilib ki, özgənin əmlakını gizli talamaq məqsədilə Rəhman Musayev Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyrilərindən ibarət mütəşəkkil dəstə yaradıb. Rəhman Musayevin dəstə üzvləri arasında apardığı vəzifə bölgüsünə əsasən, onun özü və Elçin Abdullayev xarici ölkə vətəndaşlarına məx¬¬sus plastik kartlara aid məlumatların İnternetlə qanunsuz əldə edilərək Emin Zəkiyevə, Mikayıl Dadaşlıya və qeyrilərinə verməyi öhdəsinə götürüb. Hə¬min məlumatlar əsasında özgənin gizli talanmış əmlakını, yəni pul vəsaitlərini Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı mağaza və şirkətlərin hesabına köçürüb müx¬¬təlif çeşidli məişət avadanlıqlarının, mobil telefon aparatlarının və digər qiy¬mət¬li əşyaların alınaraq satışının təşkilini Emin Zəkiyevlə Mikayıl Dadaşlıya tapşırıb.

 

Dəstə üzvləri Bakıdan İnternet şəbəkəsinə qoşularaq, Rusiya Federasiyasının Moskva şəhərində qeydiyyatdan keçirilmiş İnternet saytına daxil olub, həmin səhifədən yenə də İnternetlə ABŞ ərazisində fəaliyyət göstərən müxtəlif bankların müştərilərinə məxsus elektron hesablar barədə məlumatlar əldə ediblər. Dəstə üzvləri bu məlumatlardan yararlanaraq 2011-ci ilin fevral-iyun ayları ərzində həmin hesabların sahiblərindən gizli olaraq onların 6 min 180 manat pullarını talayıb digər elektron hesaba köçürüblər. Gizli olaraq pulları oğurlanmış xarici ölkə vətəndaşlarının xidmət banklarının tələblərinə əsasən, Rəhman Musayev və qeyrilərinin qanunsuz fəaliyyəti nəticəsində əldə edilmiş həmin məbləğ Azərbaycan bankları tərəfindən qeyd olunan kartların sahiblərinin hesablarına ödənilib ki, bununla da həmin banklara külli miqdarda ziyan dəyib.

 

Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və qeyriləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının «Visa» və «Mastercard» elektron plastik kartlarındakı məlumatlar vasitəsilə onlara məxsus bank hesablarından yenidən 9 min 298 manat götürüb, sonradan İnternetlə bir şirkətin hesabına köçürmüş və qaimə-faktura əsasında həmin şirkətdən 2 ədəd «Apple İphone 4-32 gb», 4 ədəd «Black berry 9780», 6 ədəd «Black berry 9780 White», 4 ədəd «Black berry 9800» markalı bahalı mobil telefon aparatları alıb və sonradan bu telefon aparatlarını real dəyərindən ucuz qiymətə müxtəlif şəxslərə satıblar.

 

Qanunazidd fəaliyyətlərini davam etdirən mütəşəkkil dəstə üzvləri 2011-ci ilin may ayında xarici ölkə vətəndaşlarının elektron plastik kartlarına aid qanunsuz olaraq İnter¬netlə əldə etdikləri informasiyadan istifadə etməklə, həmin kartların sahiblərinin xarici ölkələrdəki bank hesablarından gizli surətdə yenidən 10 min 682 manat çıxarıb Bakı şəhərində fəaliyyət göstərən digər şirkətin hesabına köçürməklə müxtəlif mar¬ka¬lı mobil telefon aparatları sifariş verərək götürməyə cəhd ediblər. Lakin həmin vaxt Azər¬baycanda fəaliyyət göstərən banklar tərəfindən xarici kartlarla ödəmələrin apa¬rıl¬ma¬sı müvəqqəti məhdudlaşdırıldığından dəstə üzvləri iradələrindən asılı olmayaraq qeyd olunan ödəmələri həyata keçirə və mobil telefon aparatlarını əldə edə bilməyiblər.

 

Buna baxmayaraq, dəstə üzvləri İnternetlə qanunsuz olaraq xarici ölkə vətəndaşlarının elektron plastik kartlarındakı məlumatlar vasitəsilə həmin şəxslərə məxsus bank hesablarından daha 15 min 900 manat çıxarıb və Bakı şəhərində fəaliyyət göstərən bir neçə mağazanın hesabına pul köçürərək müxtəlif çeşidli qiymətli mallar əldə ediblər. Elçin Abdullayev 5 min 228 manat məbləğində hətta özünün toy mərasimi üçün Bakı şəhərindəki restoranlardan birinin müxtəlif çeşidli güllərlə bəzədilməsini Emin Zəkiyev vasitəsilə paytaxtda fəaliyyət göstərən şirkətlərdən birinə sifariş edib.

 

Mütəşəkkil dəstənin üzvləri növbəti hüquqazidd əməlin törədilməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.

 

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama), 29.177.3.1, 29.177.3.2, (mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaya cəhd), 194.2.1 və 194.2.4-cü (mütəşəkkil dəstə tərəfindən bilə-bilə cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı alma və ya satma) maddələri ilə cinayət işi başlanıb. Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev və Mikayıl Dadaşlı təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 

Mütəşəkkil dəstə tərəfindən bu illər ərzində törədilmiş qanunazidd əməllərlə bağlı toplanmış materiallar, eləcə də çoxlu sayda sübutlar müxtəlif hüquqi və fiziki şəxslərə vurulmuş zərərin miqdarının yüz dəfələrlə artıq olacağını ehtimal etməyə əsas verir. Cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Link to comment
Share on other sites

Proqramlar telegramda
  • 5 ay sonra...
  • 4 ay sonra...

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...