serverus Konu tarihi: 5 Şubat 2011 Paylaş Konu tarihi: 5 Şubat 2011 BİOD BIOS (Basic Input/Ouput System – giriş /çıxış baza sistemi) - proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resuslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır. Fərdi kompüterin daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Belə proqramları BIOS adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində düzəldilir. Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən isifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial ATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur. Ana platada BIOS yerləşmiş ROM-un mikrosxemi Əməliyyat sistemi (en. Operating System (OS)) - hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır. Əməliyyat sistemlərinin yaranma/inkişaf yolu Funksiyaları Əsas funksiyalar: Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi Kompüterin əməli yaddaşının idarə edilməsi Kompüterin sabit yaddaşının idarə edilməsi İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması Əlavə funksiyalar: Bir neçə əməliyyatın parallel olaraq yernə yətirilməsi Prosesslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə) Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması Qoşulmaların idarə edilməsi Əməliyyat sistemlərinin təsnifatı Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur: sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili; sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli; prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu; prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli; interfeysin tipinə görə: əmrli və obyektyönlü; informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı; resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal. Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər. Növləri Kompüterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP. Fərdi kompüterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistem olub, qrafiki pəncərə istifadəci interfeysinə malikdir. MSDOS(QDOS) əsasında: Microsoft Windows(+1993 Windows NT 3.1, NT 3.5, Windows 95, NT 3.51, NT 4.0, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Server 2003, Windows Vista...) Mac OS UNIX əsasında: Linux: Debian(Ubuntu, KNOPPIX və s.), SLS/RedHat(Fedora və s.), Slackware(SuSE, SLAX və s.) və s. Linux (azərb. Linuks) - çox populyar, sərbəst paylanan və Microsoft Windows-a güclü bir alternativ təşkil edən azad və açıq mənbəli əməliyyat sistemidir. Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 Dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi. 1991 ilində, C və Unix dərsləri aldığı vaxt özünə xüsusi kompüter (PC) aldı. Kompyuterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxtı bir Hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı. Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Richard Stallmanın da əməyinin keçdiyini söyləyir, ona görə ki Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi. Linux ictimayəyə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir. Hal hazırda Linux dedikdə əslində onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir. Linuksun rəsmi talismanı - Tux-dı. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Vusal Mesaj tarihi: 5 Şubat 2011 Paylaş Mesaj tarihi: 5 Şubat 2011 Çox sağol həqiqətən çox ətraflı məlumatdır. Alıntı Link to comment Share on other sites More sharing options...
Guest Cavid018 Mesaj tarihi: 5 Şubat 2011 Paylaş Mesaj tarihi: 5 Şubat 2011 Cox sag ol....artiq oz dilimizde ozumaq olar Alıntı Link to comment Share on other sites More sharing options...
Elvin Məlikov Mesaj tarihi: 6 Şubat 2011 Paylaş Mesaj tarihi: 6 Şubat 2011 serverus yaxsi melumatlardir. Alıntı Link to comment Share on other sites More sharing options...
serverus Mesaj tarihi: 6 Şubat 2011 mövzunu açan Paylaş Mesaj tarihi: 6 Şubat 2011 Çox sağolun dostlar. Alıntı Link to comment Share on other sites More sharing options...
Hisatsu Mesaj tarihi: 14 Haziran 2011 Paylaş Mesaj tarihi: 14 Haziran 2011 melumata gore cox sagol Alıntı Link to comment Share on other sites More sharing options...
resad444 Mesaj tarihi: 14 Haziran 2011 Paylaş Mesaj tarihi: 14 Haziran 2011 cox saq ol Alıntı Link to comment Share on other sites More sharing options...
DEAMON Mesaj tarihi: 3 Ağustos 2011 Paylaş Mesaj tarihi: 3 Ağustos 2011 buyurun derslikler derslik 1 ders 2 ders 3 Alıntı Link to comment Share on other sites More sharing options...
Kamran Cavadov Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 ...ətraflı məlumata görə təşəkkür... Alıntı Link to comment Share on other sites More sharing options...
•SaiD• Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 Melumat ucun tsk Melumat ucun tsk Alıntı Link to comment Share on other sites More sharing options...
kenan chelsea Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 tesekkurler eziyyete gore Alıntı Link to comment Share on other sites More sharing options...
-Rovshan- Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 ~Təşəkkürlər~ Alıntı Link to comment Share on other sites More sharing options...
X-Missiya Mesaj tarihi: 26 Kasım 2012 Paylaş Mesaj tarihi: 26 Kasım 2012 DEAMON, verdiyin link xarabdir işləmir serverus , tesekkurler deyerli melumat ucun. Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.