Jump to content
Forum Windows-az.com

IT sahəsində nəyi öyrənmək lazımdır


Karb10

Recommended Posts

IT deyəndə konkret nəyi nəzərdə tutursunuz? Kibertəhlükəsizlik, Şəbəkə, Sistem, Proqramlaşdırma, Kabel çəkib kamera quraşdırmaq və s? IT ümumi termindir içində sahə çoxdur. Hansını öyrənmək, hansına yönəlmək istəyirsiznizsə onu qərarlaşdırmağınız lazımdır.
Heç bir peşə üşün yaş limiti yoxdur. Əsas da ıt, Proqramlaşdırma üçün heç yoxdur
 
Nə həvəs oyadıb sizdə? Sizi ITyə cəlb edən nədir? Sayt hazırlamağa, kod yazmaq istəyirsiniz yoxsa komputer təmir etmək, hissələrini söküb yığmaq maraqlı gəlir? yoxsa hacker filmlərinə baxmısınız onlar maraq yaradıb. Ya format atmaq, virus təmizləmək kimi şeyləri görmüsünüz bu maraqlı gəlib. Yoxsa protokollar, paketlər haqda oxumusunuz bunlar marağınızı çəkib ki? Bunlar hamısı fərqli fərqli qollarına aid xüsusiyyətlərdir. Bunu desəniz kömək etmək olar ki maraq dairəniz ITnin hansı qoluna düşür.
Məsələn bu qrupun adından da göründüyü kimi Developer qrupudur. Yəni əsasən websaytlar, mobil tətbiqlər falan hazırlamaq haqqındadır. Bu qrupdakıların da çoxu developerlərdir yəni sayt hazırlayan adamlardır. Bəlkə arada 2-3 nəfər oyun hazırlayan (game) developerlər də ola bilər, onlar da bu sahədən pul qazanıblar ya yox, müqaviləli şəkildə hansısa şirkətdə game developer kimi işləyib pul qazanırlar ya yox bilmirəm. Xalq arasındakı deyimlə proqramistlər. Ola bilsin ki sizin də developerliyə/proqramlaşdırmaya marağınız var deyə gəlib bu qrupu tapmısınız. Proqramlaşdırmaya başlamaq istəyirsinizsə proqramlaşdırmanın da qolları var. Amma Azərbaycanda əsasən web və mobil app yaratmaqla məşğul olmaq olar. Bunlar haqqında araşdırma edin. Youtubeda, googleda yazın frontend nədir, backend nədir, mobile app (türkçə : mobil uygulama) nədir və bu haqda bir neçə məqalə oxuyub, video izləyin.
Təbii ki proqramlaşdırmanın başqa qolları da var məsələn Oyun yaratmaq. Pubg mubg, fifa pes hamısı proqramıaşdırmayla yaranıb. Hətta paltaryuyan maşın, PlayStation bunların hamısı firmware deyilən şeylə işləyir ki onlar da proqramlaşdırma ilə yaradılır. Əməliyyat Sistemləri (Windows, Android, Macos, IOs) də. amma Azərbaycanda o sahələrdə iş yoxdur, ümumən də daha çətin sahələrdir.
Web və mobil tətbiqlər, saytlar hazırlamaq isə asandırlar, 1ilə və ya daha qısa zamanda işləyəcək səviyyədə öyrənmək olar.
 

developerliyə yönələcəksinizsə əvvəl brovser nədir, internet nədir, necə işləyir, web nədir, sayt və app fərqi nədir, protokol nədir http nədir, assembly nədir, binary/ikili say sistemi nədir bunları araşdırmağa başlayın sonra da bir proqramlaşdırma dili seçin öyrənməyə başlayın. Qalanı özü gələcək.

ITnin digər sahələrinə (Kibertəhlükəsizlik də bura daxildir) gedəcəksinizsə Helpdesk öyrənməkdən başlayın.

 

 

Link to comment
Share on other sites

Proqramlar telegramda

Sohbete katıl

Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.

Misafir
Bu konuya yanıt ver...

×   Zengin metin olarak yapıştırıldı.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Önceki içeriğiniz geri yüklendi.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • loading...
×
×
  • Create New...