anar2708 Konu tarihi: 28 Mart 2012 Paylaş Konu tarihi: 28 Mart 2012 Forex – Banklararası Beynəlxalq Valyuta Bazarıdır. Termin Foreign Exchange sözlərinin birləşməsindən yaranıb. Amma söhbət hərfi mənada bazardan getmir: Forex bazarı eyni zamanda həm bütün dünyanı əhatə edir, həm də heç bir konkret məkanda yerləşməyib. Sadəcə, dünyanın böyük bankları və digər iri maliyyə qurumları (onları bazarın operatorları, yaxud, marketmeykerlər adlandırırlar) öz aralarında xüsusi şəbəkə vasitəsilə müxtəlif ölkələrin valyutalarını mübadilə edirlər. Bu mübadilə çox nəhəng həcmdə baş verir: gündə 3 trilyon dollardan çox. Forex də elə budur: gündə 3 trilyon dollardan çox dövriyyəsi olan valyuta bazarı. Forex-i haradasa İnternetlə müqayisə etmək olar: o, var, fəaliyyət göstərir, amma konkret məkanı yoxdur, heç kimə məxsus deyil və heç kim onu idarə edə bilməz. Banklalarası ticarət zamanı söhbət fiziki dövriyyədən getmir. Yəni, məsələn, Yaponiya bankı 1 milyard funt sterlinq alırsa, heç kim həmin pulları təyarə dolduraraq, xüsusi mühafizə altında Brityaniyadan Gündoğar Ölkəyə göndərmir. Bunun mənası da olmazdı: çünki bir müddətdən (ola bilər, bir neçə dəqiqədən, ola da bilər bir neçə gündən) sonra Yaponiya bankı həmin pulu məsələn, avroya dəyişəcək. Sonra avronu franka. Həmin milyard funt sterlinqi alan Alman bankı isə onu Avstraliya dolları ilə mübadilə edəcək. Onlara qalan bu mübadilə prosesindən əldə etdikləri gəlir olur. Müxtəlif ölkələrin milli valyutalarının məzənnələri daim bir-birinə nisbətdə dəyişir. Forex bazarında bu dəyişmənin həcmi hər cütlük üçün bəzən gündə bir neçə yüz punkta çatır. Bir halda ki belədir, demək, valyutaları bir-birinə nisbətdə alıb-satmaqla həmin dəyişmələrdən pul qazanmaq mükündür (“Exchange”lərin iş prinsipini yadınıza salın). Bu məsədlə dünyanın hər yerindən milyonlarla spekulyantlar bazara daxil olaraq, valyuta mübadiləsi prosesinə qoşulurlar. Müasir texnoligiyalar hər bir şəxsə Forex bazarının iştirakçısı olmaq üçün imkan yaradır. Mahiyyətcə bu, ticarətdir, amma əmtəə ticarətindən bir sıra fərqli cəhətləri var. Forex-də siz mal yox, bir ölkənin puluna digər ölkənin pulunu alır və satırsınız. Yəni pulun özü əmtəə rolunda çıxış edir. Hər hansı əmtəəni alıb-satarkən heç vaxt əvvəlcədən müvəffəqiyyətə yüz faiz əmin olmaq mümkün deyil: Sizin malınız satılmaya, vaxtı keçə, qiymətdən düşə bilər; nəqliyyat və saxlanma problemləri ortaya çıxar; bürokratik əngəllərlə üzləşə bilərsiniz. Forex-də bu cür problemlər yoxdur, amma orada da başqa bir məsələ var: Digər ölkənin valyutasını alarkən (satarkən) onun məzənnəsinin qalxıb-düşəcəyini əvvəlcədən proqnozlaşdırmaq lazımdır. Əlbəttə, bu proqnozlar səhv də çıxa bilər. Ona görə də, çoxları Forex-i riskli bazar sayırlar. Amma xüsusi hazırlıq və intizam həmin riski minimuma endirməyə imkan verir. Bütün birjalar kimi, Forex bazarına da girmək üçün nisbətən böyük kapital tələb olunur. Məsələn, standart lotun qiyməti 100.000 dollardır. Amma hazırda kiçik məbləğlə də Forex bazarının iştirakçısı olmaq mümkündür. Bu, necə baş verir? Son 20 ildə bir çox Broker şirkətləri yaranıb ki, onların əsas funksiyası xırda investorların Forex bazarına çıxışını təmin etməkdir. Bunun üçün Broker şirkəti öz müştərisinin kiçik həcmli vəsaitinin onlarla, bəzən yüzlərlə dəfə (1:20, 1:50, 1:100, 1:500) artırmaqla, ona Forex bazarındakı əməliyyatlara qoşulmaq imkanı yaradır. Buna “kredit dəstəyi”, yaxud “marja” (Margin) deyilir, belə sxem üzrə ticarət isə “marjinal ticarət” adlanır. Artırılan məbləğ itirilə bilməz – o, yalnız bazara girə bilmək üçündür. Bazarda siz yalnız öz vəsaitinizlə əməliyyat apara bilərsiniz. İtirəndə də öz vəsitinizi itirəcəksiniz, qazancda sizin olacaq . Burada hər kəs yalnız özünə cavabdehdir. Amma bu zaman riskləri də mütləq nəzərə almaq lazımdır. Məbləğ nə qədər az, kredit dəstəyi nə qədər çoxdursa, adətən, risk də bir o qədər böyüyür. Bu halda kapitalı idarə prinsiplərinə ciddi şəkildə riayət olunmalıdır. Konkret misala baxaq. Tutaq ki, Sizin 1000 dolar həcmində depozitiniz var. Broker şirkəti onu 100 dəfə artıraraq, 100.000 dollar edir. Bu halda siz 0.1 lot alsanız, qiymətin hər 1 punkt dəyişməsi, istiqamətindən asılı olaraq, sizə ya 1 dollar qazandıracaq, ya da ziyana salacaq. Bu halda siz analizininzin gəldiyi nəticəni və kapitalın idarə olunması prinsipini nəzərə alaraq, özünüz qərar verməlisiniz. Məsələn, daha az həcmdə, tutaq ki, 0.05 lot almaq olar və s. Bu cür əməliyyatların aparılığı hesablara “mikro Forex hesabları” deyirlər. Bəs bütün bunlarda Brokerin marağı nədir? Çox sadə: Broker sizin açdığınız hər bir əməliyyatdan spred çıxır. Adətən bu spredlər 2-4 punkt arasında dəyişirlər. Bu, bir növ Brokerin göstərdiyi xidmətə görə aldığı haqdır. Son bir neçə il ərzində müxtəlif treyderlər tərəfindən Birjaların öyrənilməsi müxtəlif analiz metodlarının ortaya çıxmasına səbəb olub. Xüsusilə texniki analiz, fundamental analiz və kapitalın idarə olunması qaydaları treyderə imkan verir ki, Forex-də stabil şəkildə qazansın. Hazırda dünyada stabil şəkildə qazanan yüz minlərlə treyder var. Şəxsi bacarığınız sayəsində siz də həmin treyderlərdən biri ola bilərsiniz. Uğurlar hər kəsə!!! Sayta giriş. http://fxstart.org/?id=215143 Alıntı Link to comment Share on other sites More sharing options...
ZAUR_033 Mesaj tarihi: 29 Mart 2012 Paylaş Mesaj tarihi: 29 Mart 2012 Mövzunun yeri səhvdi bunun Proqramlar Ordan-burdan bölməsinə nə dəxli var axı?! Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.