Karb10 Konu tarihi: 5 Mayıs 2023 Paylaş Konu tarihi: 5 Mayıs 2023 son zamanlar apple.com/bill, itunes.com adreslərindən sanki hansısa xidmətə abunə olmuşsunuz kimi və ya iTunes'dan/AppStore'dan nə isə alırmışsınız kimi bank kartınızın balansından müəyyən bir məbləğ çəkilməyə cəhd olunmuşdursa, bu həmişə sizin bu əməliyyatın müəllifi olduğunuzu göstərmir. Belə ki, kart məlumatlarınız 💳 (16 rəqəmli kod, bitmə tarixi, CVV kod) hər necə olubsa başqa Apple istifadəçisinin/dələduzun əlinə keçib, o da öz iTunes'unda nəsə almaq üçün sizin kart məlumatlarınızdan istifadə etmək istəyib. 💸 Çünki iTunes bu 3 məlumatı doğru daxil etdiyiniz təqdirdə sizdən 3DS kod tələb etmir❗ Xülasə, son zamanlar kart məlumatlarınızı kiminlə paylaşdığınızı özünüz üçün dəqiqləşdirin. ➡️DAHA ƏTRAFLI⬅️ Bu kimi hallarla qarşılaşdıqda nə etməli❓ 1️⃣Təbii ki, ilk olaraq əməliyyata görə özünüzün/övladınızın məsuliyyət daşıyıb daşımadığını dəqiqləşdirməlisiniz. Bunun üçün ilk olaraq Settings➡️John Smith (burada sizin adınızdır) ➡️ Subscriptions şəklində irəliləyin. Qarşınızda ✅Active və ❎İnactive olaraq hal-hazırki və daha əvvəl əldə etdiyiniz, lakin sonradan dayandırdığınız abunəlikləriniz görünəcək. 2️⃣ Əgər abunəlik qismi boşdursa və ya sizin yerinə yetirdiyiniz əməliyyatlardan əlavə başqa əməliyyat görünmürsə, 2-ci addım 🔗reportaproblem.apple.com🔗 saytına keçid etmək, Apple ID-niz ilə daxil olmaq və satın alınmışlar siyahısını gözdən keçirməkdir. Ola bilsin ki, siz heç bir xidmətə abunə olmamısınız, lakin övladınız oyun və ya oyun içi satın alım edib. Tək səfərlik satın alınmışlar buradadır, əgər ödəniş burda görünürsə, hardasa bəxtiniz gətirib, çünki Apple-dən refund tələb edə bilərsiniz. Yox, əgər burda da heç nə görünmürsə? 3️⃣ İlk 2 addımı yoxladınız, abunəlik və satın alınmışlar siyahısında əlavə heç bir əməliyyat görünmürsə, deməli kiber dələduzluq qurbanı olmusunuz. Yox, heç kim bankınızın sistemlərini qırıb, daha sizin kart məlumatlarınızı oğurlamayıb. Əksinə, kartı əldə edərkən bank əməkdaşının, həmçinin TV'nin, faydalı saytların sizə dönə-dönə "Kart məlumatlarınızı, xüsusən kartın istifadə müddətinin bitmə tarixini və CVV kodu digər şəxslərlə paylaşmayın" şəklində xatırlatmalarını gözardı edərək, həmin məlumatları 3-cü şəxslərlə paylaşmısınız ki, bu da yuxarıda qeyd etdiyim dələduzluğa səbəb verir. Təbii ki, fiziki olaraq kartınızı bir neçə dəqiqə görən şəxs də kart məlumatlarınızı sizdən xəbərsiz götürə bilər, yenə də məsuliyyəti özünüz daşıyırsınız, çünki kart məlumatları məxfidir, onu kiminsə açıq şəkildə görəcəyi yerdə saxlamamalısınız. 🤷Təəssüf ki, 3-cü bənddəki dələduzluq halı baş verdiyi halda ödənişi geri qaytarmaq mümkün deyil. Ən yaxşı halda, bankla əlaqə saxlayıb kartınızın internet üzərindən xaricə çıxışını bloklaşdıra bilərsiniz. Çünki ödəniş abunəlik tiplidirsə, gələcəkdə yenə bank hesabınızdan pul tutula bilər. Daha yaxşısı isə kartınızı ümumiyyətlə bloklaşdırmaq və bankdan yeni kart əldə etməkdir. 📌 Kiçik bir qeyd: İstifadəçisi olduğum 2 bank Mobil tətbiqdə pulsuz 1 il müddətinə dijital kart yaratma funksiyasına malikdir. Sizə də əgər bankınız bu xidməti verirsə, dijital kart əldə etməyinizi, onlayn ödənişlərdə bu kartdan istifadə etməyinizi və dijital kartınızın balansını yalnız istifadə edəcəyiniz zaman artırmağınızı məsləhət görürəm. Fiziki kartınızı isə ümumiyyətlə yoxa çıxardın. 🙂 Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.