=== Konu tarihi: 18 Nisan 2012 Paylaş Konu tarihi: 18 Nisan 2012 Obyekt mürəkkəb verilən tipidir. Obyektin tərkibinə dəyişə çoxluğu – xassə və bu dəyişənlər üzərində manipulyasiya etmək üçün funksiya çoxluğu – metod daxildir. Xassə verilən saxlayır, metod isə onları emal edir. Bu şəkildə obyektə proqramın digər fraqmentlərindən asılı olmayaraq ayrıca baxmaq olar. Obyektə nümunə kimi HTML-dokumentə baxaq. O xassələr çoxluğuna malikdir: internet-adres, ölçü, simvol kodlaşdırılması və s. Bəzi xassələrini dəyişə bilərsiniz, digərlərini isə yox. O həmçinin motodlar çoxluğuna da malikdir: Web browser pəncərəsində göstərmək, disk üzərində saxlamaq, çap etmək və s. Belə bir analogiya vermək də olar: xassə - obyektin atributu, metod – idarəetmə vasitəsi. Obyekt digər verilənlərin tiplərindən əlavə olaraq bir də onunla fərqlənir ki, onun istifadəsi üçün uyğun obyekt sinifinin nüsxəsini yaratmaq lazımdır. Bu zaman sinif dəyişən tiplərinə oxşar olaraq obyekt tipinin nümunəsidir, nüsxə isə onunla işləyə biləcəyiniz konkret obyektdir. Nüsxə obyekt new operatoru vasitəsilə yaradılır. Bu zaman obyektə istinad dəyişənə mənimsədilir. İstinad (və ya göstərici) yaddaşda bir yerə nişanlanır, hansı ki, yaradılan nüsxə obyekt saxlanılır. Dəyişəndə saxlanılan bu göstərici ilə obyektə müraciət edə bilərik. var obj; obj = new SomeObject(); Burada obj – dəyişəndir, hansı ki yaradılmış obyekə istinad edən göstərici mənimsədilib, SomeObject isə - obyekti yaradan sinifdir. Obyekti isifadə edib qurtardıqdan sonra onu silmək olar. Bunun üçün delete operatorundan istifadə edilir. delete obj; Qeyd: delete operatoru yalnız Internet Explorer və Navigator 4.0 versiyalarından başlayaraq dəstəklənir. Internet Explorer və Navigator 3.0 versiyalarında dəyişənə null qiymətini mənimsədərək obyekti silə bilərsiniz. Navigatorun çox köhnə versiyaları obyekti silməyi ümumiyyətlə dəstəkləmir. Yaxşı, biz obyekt yaratdıq və onun xassə və metodlarına müraciət etmək istəyirik. Bunu necə etməliyik? Çox sadə! Aşağıdakı çağırma formatından istifadə edərək xassələrə müraciət edə bilərsiniz: {Obyektə istinad edən dəyişənin adı}.{Xassənin adı} Bu şəkildə xassəyə müraciət etmək dəyişənə müraciət etmək kimidir, fərq yalnız ondan ibarətdir ki, burada dəyişənin – xassənin əvvəlinə obyekiti göstərən dəyişənin adını və nöqtə işarəsini qoymaq lazımdır. obj.SomeProperty = 9; encoding = HTMLDocument.CodePage; Metod da oxşar şəkildə çağrılır: {Obyektə istinad edən dəyişənin adı}.{Metodun adı}([{Parametrlər}]) Yəni demək olar ki, adi funksiya kimi çağrılır, istisna olaraq obyektin adını (obyektin adı – onyektə istinad edən dəyişənin adı mənasındadır) yazmaq lazımdır. void HTMLDocument.SaveToDisk( Alıntı Link to comment Share on other sites More sharing options...
Hacker-8km Mesaj tarihi: 19 Nisan 2012 Paylaş Mesaj tarihi: 19 Nisan 2012 ===-tesekkurler melumata gore Alıntı Link to comment Share on other sites More sharing options...
=== Mesaj tarihi: 19 Nisan 2012 mövzunu açan Paylaş Mesaj tarihi: 19 Nisan 2012 Dəyməz Alıntı Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Sohbete katıl
Şimdi mesajını gönderebilir ve daha sonra kayıt olabilirsin. Bir hesabın varsa, hesabınla göndermek için şimdi oturum aç.